Təkamül nəzəriyyəsinin arxa planı

Təkamül nəzəriyyəsi bu gün dünyanı öz təsiri altına salan digər düşüncə sistemləri kimi Avropada doğulmuş və oradan digər cəmiyyətlərə təbliğat yolu ilə ixrac edilmişdir. Bu səbəbdən, bu nəzəriyyənin hansı məqsədlə ortaya atıldığını və nəyə görə daim gündəmdə tutulduğunu anlamaq üçün Avropada baş verən böyük dəyişiklikdən bir az bəhs etmək istəyirik.

 

Avropa orta əsrlər boyu dinin idarə etdiyi cəmiyyətlərdən ibarət idi. Din insanların ən böyük yol göstəricisi olaraq qəbul edilirdi. İnsanlar özlərinin və kainatın Allah tərəfindən yaradıldığına və yenə Onun tərəfindən yox ediləcəyinə, ölümün ardınca da Ona hesab verəcəklərinə inanırdılar. Cəmiyyət nizamı bu inanc üzərində, yəni insanın və kainatın “yaradılmış” olduğu həqiqətinə əsaslanaraq qurulmuşdu.

 

Ancaq orta əsrlər Avropası nə qədər mühüm sayılan doğruları ehtiva etsə də, bir çox yanlışları da var idi. Hər şeydən əvvəl, din deyilən şey Allah’ın insanlara verdiyi həqiqi və orijinal din (haqq din) deyildi. Dinə bir çox yad ünsür qarışmışdı. Dinin saflığının pozulması fanatizmin doğulmasına gətirib çıxarmışdı. Kilsənin mühafizəkar və dar görüşlü bəzi yönləri vardı. Həmçinin dinə bir çox xurafat qarışmışdı və bu xurafatlar da təbii olaraq ağıl və məntiqə uyğun gəlmirdi. İnsanlar kilsənin təzyiqi ilə xurafatlarla qarışdığı üçün məntiqli olmayan, insan ruhuna zidd olan bu dini bir az çətinlik çəksələr də, qəbul edirdilər. Ancaq bu vəziyyət belə davam edə bilməzdi. İki ehtimal vardı, birincisi, dinin xurafatlardan təmizlənməsi və təmiz isəvi (hz. İsadan gələn) ənənəsinə geri qayıdılması idi ki, bu, Avropanın həqiqi qurtuluşu olardı. İkinci ehtimal isə dinin tamamilə rədd edilməsi idi ki, bu, Avropanın fəlakəti demək olardı.

 


15-ci əsrdə başlayan və 19-cu əsrdə kulminasiya nöqtəsinə çatan bir dəyişiklik müddəti nəticəsində ikinci ehtimal həqiqətə çevrildi və Avropa dini tərk etdi.
Ancaq bu dəyişiklik öz-özünə olmamışdı. Avropanı birinci seçimdən, yəni dini xurafatlardan təmizləməkdən saxlayan və onu ikinci seçimə, yəni dini tamamilə rədd etməyə yönəldən bəzi mühüm amillər vardı. Bu faktorlar avropalı cəmiyyətlər içində mövcud olan bəzi cəmiyyət qrupları idi. Bunlar dini şəxsi mənfəətləri üçün çox böyük bir rəqib olaraq görür və dini nizamın nə olursa-olsun, pozulmasını istəyirdilər. Xüsusilə ticarət yolu ilə zənginləşənlər və yəhudilər kimi katolik kilsəsi ilə fəlsəfi olaraq uyğunlaşmayan cəmiyyətlər şəxsi mənfəətlərini Avropanın dindən tamamilə uzaqlaşmasında görürdülər. Ancaq bu şəkildə daha çox qazanc əldə edəcəkləri və güclənə biləcəkləri bir sistem qurulacağına inanırdılar. Məsələn, Avropanın katolik kilsəsinin qurduğu nizama görə, faizdən istifadə etməyən cəmiyyətin olması faizdən istifadə edərək mənfəətlərini artırmaq istəyən bu şəxslərin heç xoşuna gəlmirdi. Bu səbəbdən, faizi haram sayan katolik kilsəsinə qarşı ticarət sinifləri və yəhudilər kimi “nizama qarşı” olan qüvvələr tərəfindən dəstəklənən protestant cərəyanı faizi sərbəst buraxdı. Protestant cərəyanı dindəki degenerasiyanı daha da artırdı və katolik kilsəsinə qarşı çıxan yeni qüvvələr tərəfindən dəstəklənən alternativ bir din oldu: “Dünya işlərinə” çox da qarışmadığı, ya da həmin qüvvələrin bu işləri istədiyi şəkildə istiqamətləndirdiyi üçün protestantlıq uyğun bir din modeli olaraq qəbul edilmişdi.

 


Ancaq Katolik kilsəsi ilə dinsiz bir sistemi müdafiə edən bu yeni qüvvələr arasında konflikt xeyli davam etdi. Zamanla bu konflikt böyük bir müharibəyə çevrildi. Kilsə bu yeni qüvvələrə qarşı çıxmaq üçün Avropa cəmiyyətlərini dinə çağırır və bir sistemin qanuniliyi təmin etməsinin ancaq din ilə mümkün ola biləcəyini söyləyirdi. Kilsəyə görə, madam ki, bütün insanlar Allah’ın quludur və bütün dünya da Ona aiddir, o zaman dünyadakı sistem də Onun bildirdiyi (vəhy etdiyi) şəkildə olmalı idi.

 


Elə bu mərhələdə daha çox mənfəət və daha çox güc arxasınca qaçan yeni qüvvələr anladılar ki, insanları dindən ayırmadıqca onlara istədikləri sistemi qəbul etdirmək mümkün deyil. İnsanlar özlərinin Allah tərəfindən yaradıldıqlarını və yol göstəricilərinin də Allah olduğunu qəbul etdikləri müddətcə bu yeni güclərin təklif etdiyi dindən kənar həyat tərzini və cəmiyyət quruluşunu qəbul edə bilməzdilər.

 

Bunun üçün  yalnızca kilsəni deyil, dinin birbaşa özünü aradan qaldırmalı idilər.

Dinə qarşı mübarizə

Xüsusilə 17 və 18-ci əsrlərdə mütəfəkkirlər dinin cəmiyyətdəki təsirini azaldacaq və insanları dindən uzaqlaşdıracaq sistemlər qurdular. İngiltərə, Almaniya və ən sonda da Fransada inkişaf edən və “Aydınlanma” düşüncəsi adlanan cərəyan avropalıları dindən uzaqlaşdırdı və onlara Allah’a baxmayaraq, yəni Allah’ın vəhyinə etinasız yanaşaraq bir dünya qurula biləcəyini təlqin etdi. Bu düşüncə Fransa İnqilabı ilə birlikdə zirvəyə çatdı və kilsəyə qarşı  böyük bir güc qazandı.

 

Ancaq əvvəl də bildirdiyimiz kimi, aydınlanma adlanan bu yeni cərəyan öz-özünə yaranmamışdı. Tam əksinə, kilsənin gücünü yox edərək öz maraqlarına uyğun bir sistem qurmaq istəyən qüvvələr bu yeni dindən kənar düşüncəni meydana gətirmiş və cəmiyyətə qəbul etdirmişdilər. Bu dinsiz qüvvələr bu iş üçün gizli təşkilat da qurmuşdular: Avropanın Katolik kilsəsinə düşmən olan bütün elit təbəqəsini bir araya yığan bu gizli təşkilat masonluq idi. 1700-cü illərin əvvəlində ilk dəfə İngiltərədə varlıqlarını dünyaya elan edən və ardınca qısa müddətə bütün Avropaya yayılan mason təşkilatı Katolik kilsəsinə qarşı aparılan mübarizənin bir nömrəli lideri olmuşdu. Kilsəyə qarşı olan yəhudilərlə də yaxın münasibət quran və onların dəstəyini qazanan masonluq məlum olduğu kimi, aydınlanma cərəyanında və onun təbii nəticəsi olan Fransa İnqilabında aparıcı rol oynadı. Masonların bu kilsə və dinə qarşı münasibəti o qədər aydın idi ki, Papa XIII Leo yayımladığı “Humanum Genus” adlı məşhur bildirişdə dinin ən böyük düşməninin bu təşkilat olduğunu elan etmişdi. Papa danışılan bəyannamədə masonların kilsəyə qarşı böyük bir nifrət içində olduqlarını və ən böyük məqsədlərinin bütün dini qurumları məhv etmək olduğunu bildirir və bir xristianın əsla mason ola bilməyəcəyini çatdırırdı. Masonların yer üzündə “şeytanın krallığı”nı qurmağa çalışdığını söyləyən Papa bütün insanları da bu təhlükəyə qarşı xəbərdar edirdi.

 

XIII Leo başqa bir fərmanında yəhudilərə də diqqət çəkmiş və yəhudi liderlərinin də masonluqla əməkdaşlıq edərək kilsəyə qarşı sistemli mübarizə apardıqlarını söyləmişdi. Həmin fərman Katolik kilsəsinin rəsmi nəşriyyat orqanı olan “Civilta Cattolica” adlı aylıq qəzetdə nəşr olundu. Papa “Civilta Cattolica”nın 1881-də nəşr olunan 32-ci sayında yəhudilərin kilsəyə qarşı böyük nifrət duyduqlarını və yer üzündə narahatlıq və fəsad çıxarmağa çalışdıqlarını elan etdi. Eyni qəzetin 34-cü sayında isə Fransanı masonların idarə etdiyini və masonların idarəsinin də, əslində, yəhudi liderlərin əlində olduğu yazıldı. Papanın nəşriyyat orqanı daha bir çox sayında eyni mövzulara diqqət çəkdi.

 

Lakin Katolik Avropa sisteminə ən azı özləri qədər düşmən olan yəhudilərdən böyük dəstək alan (yəhudilərin böyük iqtisadi gücləri vardı) masonlar Katolik kilsəsinə qarşı başladıqları mübarizədə qalib gəldilər. Bu da əvvəl də bildirdiyimiz kimi, dindən kənar düşüncənin avropalı cəmiyyətlərə qəbul etdirilməsi ilə mümkün oldu. Dindən kənar düşüncənin dinə qarşı qazandığı qalibiyyətin ən açıq nümunəsi isə Fransa İnqilabı idi: inqilabla birlikdə minlərlə dindar öldürülmüş, dini qurumlar məhv edilmişdi. İnqilabdan sonra iqtidara gələn qüvvələrin ortaq xüsusiyyəti isə cəmiyyəti mümkün olduqca dindən uzaqlaşdırmaq oldu. Fransa İnqilabının ən böyük səbəbkarı olan bu dinsiz cərəyan qısa müddət ərzində bütün Avropaya yayıldı.

 

Masonların və yəhudi liderlərinin rəhbərlik etdiyi kilsə əleyhdarı ittifaq Papa nüfuzuna son böyük zərbəni də vurdu. 1870-ci ilədək Orta İtaliyada varlığını davam etdirən Papa hökuməti Madzini (Mazzini), Qaribaldi (Garibaldi) və Kavur (Cavour) kimi üç böyük ustad mason tərəfindən dağıldı. Beləliklə, kilsənin nüfuzu tamamilə sarsıldı və Papa dövləti bugünkü Vatikanın kiçik sərhədinə sıxışdırıldı. Madziniyə və digər mason dostlarına ən böyük dəstəyi isə İtaliyanın Roselli (Rosselli) və Natan (Nathan) adlı zəngin yəhudi xanədanları verdi.

 

Beləliklə, 19-cu əsrdə Avropadakı dini sistemdən narahat olan qüvvələr bu sistemi dağıtmış və yerinə öz mənfəətlərinə uyğun bir sistem gətirmişdilər. Bunun üçün  avropalı cəmiyyətlər dindən qoparılmış və din yerinə yeni meyarları yol göstərici olaraq qəbul etməyə başlamışdılar.

 

Qısası, avropalılar dini sonradan qarışdırılmış xurafatlardan təmizləmək yerinə, onu tamamilə rədd etməyə təhrik edən bəzi güc mərkəzləri tərəfindən yönləndirilmişdi. İnkar (yəni Allah’ı və axirəti tanımamaq) yalnız insanların öz istəkləri ilə dindən uzaqlaşmalarından deyil, güc mərkəzlərinin təlqinlərindən qaynaqlanmışdı.

 

Bu, ümumi bir qaydadır. Quran da bu mövzuya diqqət çəkir və insanların inkara yönəlmələrinin ardındakı səbəbin müstəkbirlərin (Allah’a qarşı böyüklənən və yer üzündə fitnə çıxaran öndə gələn inkarçılar) qurduqları hiylələrin olduğunu bildirmişdir. Ayədə bildirildiyinə görə, bu müstəkbirlərə aldanan xalq axirətdə onlara: “...İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allah’ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz...” (Səba surəsi / 33) -deyə səslənəcək.

 

İnkar öz-özünə yaranmamış, güc mərkəzləri tərəfindən ortaya çıxarılmışdı. Təkamül nəzəriyyəsinin formalaşmasına qədər uzanan dindən qopma mərhələsinin sirri də elə bu idi.

 

Nəzəriyyənin ortaya atılması

Dini sistemdən narahat olan qüvvələrin meydana gətirdiyi dinsiz cərəyan 19-cu əsrdə zirvəyə çatdı. Bu əsrin xüsusiliyi materialist, pozitivist, determinist görüşlərin qəbul edilməsi idi.
Materializm tək mütləq varlığın maddə olduğunu və maddədən başqa da heç bir şeyin mövcud olmadığını iddia edən düşüncə sistemi idi. Buna görə, maddə əzəldən bəri var idi və sonsuza qədər də var olmağı davam etdirəcəkdi. Başqa sözlə, Allah’ın varlığı və mövcud varlıqları yaratdığı həqiqəti rədd edilirdi. Bu halda, bütün insan həyatı maddə üzərində qurulurdu və “məna”nın  heç bir əhəmiyyəti qalmırdı. İnsanlar yalnız və yalnız daha çox tükəndirməyi, daha çox maddəyə sahib olmağı istəyirdilər. Həyatın tək mənası və dəyəri maddi güc, yəni pul idi. Şübhəsiz, bu hal maddi gücü əlində saxlayan və bu güc sayəsində də özünə itaət edilməsini istəyən güc mərkəzləri üçün olduqca əlverişli idi. Beləliklə, masonların rəhbərlik etdiyi güc mərkəzləri öz qövmünə: “Ey xalqım, Misirin mülkü və bu altından axmaqda olan çaylar mənim deyilmi?” (Zuxruf surəsi / 51) -deyə səslənərək ona itaət edilməsini istəyən firon kimi bir nüfuz əldə edəcəkdilər.

 

Pozitivizm və determinizm materializmin təbii bir nəticəsi idi. Pozitivist düşüncə yalnızca elm yolu ilə sübut edilən şeylərin həqiqət olduğunu iddia edirdi. Determinizm isə yaşanan bütün hadisələrin maddələr arasındakı münasibətin bir nəticəsi olduğunu, bir səbəb-nəticə əlaqəsi içində bütün kainatın mexaniki bir şəkildə işlədiyini hesab edirdi. Bu halda, şübhəsiz, qədərin varlığı, yəni hadisələrin Allah’ın iradəsinə görə işlədiyi həqiqəti doğru ola bilməzdi. Avropa bu düşüncələrin qəbul edilməsi ilə birlikdə dindən qopmanın ən uc nöqtəsinə çatdı.
Lakin belə düşüncələri insanlara həqiqət imiş kimi göstərərək onları dindən uzaqlaşdıran güc mərkəzləri üçün bir ehtiyac yaranmışdı. “Maddə əzəldən bəri mövcuddur, hər şey maddədir və bütün hadisələr maddənin öz qanunlarına görə baş verir”, -deməklə kainatın hər nöqtəsində özünü göstərən yaradılış gizlənə bilmirdi. Canlılar dünyasının necə var olduğu, necə bu cür mükəmməl bir tarazlıq üzərində oturduğu açıqlana bilmirdi. İnsanın necə yarandığı, gözə, qulağa necə  sahib olduğu və s. izah edilə bilmirdi.

 

Əslində, bunlar yazının əvvəlində də dediyimiz kimi, heç bir şəkildə “yaradılmamışlıq” təməli üzərində açıqlana bilməzdi. Bir fabrikdə istehsal edilmiş olduğu hər halından məlum olan bir maşının öz-özünə meydana gəldiyi kimi ağıldan kənar bir iddia necə sübut edilə bilməzsə, yaradılmış kainatın öz-özünə və ya təsadüfən yarandığı kimi cəfəng bir iddia da əsla sübut oluna bilməzdi.

 

Amma dinsiz sistemi quran qüvvələr canlıların necə əmələ gəldiyi sualına dindən kənar bir cavab tapmağa məcbur idilər. Bu cavab, şübhəsiz, doğru bir cavab olmayacaqdı, ancaq insanlara doğru kimi göstəriləcəkdi. Yəni bu cavab tamamilə dəlilli və sübutlu bir cavab olmayacaqdı, ancaq insanlara elə imiş kimi təqdim ediləcəkdi. İnsanlar “dini ön mühakimələrdən” xilas edilməli idi (!); bu iş necə olursa-olsun, edilməli idi.

 

Məhz təkamül nəzəriyyəsi də bu ehtiyacı təmin etmək üçün ortaya atıldı. Məqsəd canlıların yaradılmamış olduqlarını sübut etmək idi.
Bu məntiqsiz iddianın məhsulu olan nəzəriyyə bütün canlıların ibtidaidən aliyə doğru bir-birindən təkamül keçirərək yarandığını ortaya atırdı. Buna görə, əvvəlcə, tək hüceyrəli canlılar meydana gəlmişdir. Sonra sudakı həyatın ilk nümunələri, ilk balıqlar yaranmışdı. Sonra günlərin bir günü bu balıqlar gəzmək istəmiş (!) və quruda yaşamağa başlamışdılar. Necə olmuşdursa, birdən qəlsəmələri ağciyərə, üzgəcləri də ayaqlara çevrilmişdi!... Daha sonra bəzi heyvanlar uçmaq istəmiş və qanad sahibi olmuşdular!... Hekayə belə davam edir və ən sonda meymunların insana çevrildiyi kimi təəccüblü bir iddia ilə tamamlanırdı. Yəni insanlar Allah’ın yaratdığı hz. Adəm və yoldaşından başlayaraq çoxalmamış, meymunlardan təkamül etmişdilər. Qısası, yaradılmamışdılar!...

 

Təkamülü ortaya atanların (əvvəlcə, Lamark, sonra Darvin) etdikləri, əslində, bu idi: mütləq və mütləq canlıların yaradılmamış olduqlarını sübut edən bir nəzəriyyə təkmilləşdirməyə çalışırdılar. Bunun üçün düşünüb-daşınmış və sonda bir-birinə bənzəyən canlıların bir-birindən təkamül etdiyi kimi bir iddia ortaya atmışdılar. Həmçinin həyat şərtlərinin heyvanları təkamülə məcbur etdiyini iddia etmişdilər. Məsələn, Lamark zürafələrin boyunlarının uzun olmasını ağacların üstündəki yarpaqlara uzanmaq istəmələrindən qaynaqlandığını iddia etmişdi. Buna görə, müəyyən zaman ərzində zürafələrin boyunları santimetr-santimetr uzanmışdı. Bu iddia görünüşdə ağıllı bir iddia idi, ancaq əslində, bir cəfəngiyat idi. Çünki bir müddət sonra aydın olmuşdu ki, heyvanlar həyat şərtləri səbəbi ilə qazandıqları xüsusiyyətləri bir sonrakı nəslə ötürmürdülər. Yəni bir zürafə məcburi boynunu bir neçə santimetr uzatsa da, balasının boynu yenə standart ölçülərdə olurdu.

 

Lakin Lamarkın nəzəriyyəsinin yanlış olduğunun aydınlaşması təkamül nəzəriyyəsinin fanatik tərəfdarlarının sürətini kəsmədi. Bu dəfə Çarlz Darvin peyda oldu. 1859-cu ildə yazdığı “On The Origin of Species by Means of Natural Selection” (Təbii seleksiya yolu ilə növlərin mənşəyi) adlı kitabında canlıların fərqliliyini “Təbii seleksiya” nəzəriyyəsi ilə açıqlamağa çalışdı. Təbii seleksiya təbii mühitə uyğunlaşa bilməyən zəif canlıların yox olması, bu mühitə uyğunlaşan güclü canlıların da növlərini davam etdirməsinə əsaslanırdı. Darvin Lamarkın qazanılmış   xüsusiyyətlərin (zürafənin boynunun uzanması kimi) bir sonrakı nəslə ötürülməsi fərziyyəsinə təbii seleksiyanı da əlavə edərək canlı növlərinin mənşəyini açıqlamağa çalışmışdı.

 

Ancaq zamanla Darvinin nəzəriyyələrinin də məntiqli olmadığı və canlıların mənşəyini açıqlaya bilmədiyi aydın oldu. Lamarkın irsiyyətlə bağlı nəzəriyyələrinin kökdən yanlış olduğu DNT-in kəşf edilməsi ilə birlikdə sübut olundu. Təbii seleksiyanın isə yeni bir növ yaratmağa kifayət etməyəcəyi aydın oldu: bu sistem bir canlı növü içində ən güclü olanı seçib yaşada bilərdi, lakin yeni bir növ yarada bilməzdi. Məsələn, təbii seleksiya sayəsində sürünən növlərin içində ən güclü olanlar qala bilər və digərləri yox ola bilərdi, lakin əsla və əsla sürünənlər quşlara çevrilə bilməzdi.

 

Ancaq təkamülçülər yenə təslim olmadılar. Bu dəfə neodarvinizm ortaya çıxdı. Bu yeni təkamülçülərin fərziyyəsinə əsasən, canlıların fərqliliyi mutasiyalardan qaynaqlanırdı. Mutasiyaların, yəni başda radiasiya olmaqla, canlıların DNT-sini pozan dəyişikliklərin fərqli növlərin mənşəyi olduğunu iddia etdilər. Halbuki, zamanla bu nəzəriyyə də rəğbət görmədi: çünki mutasiyalar ancaq mövcud DNT kodunu pozurdu, yəni DNT kodları hazırlamırdı. Başqa bir ifadə ilə desək, mutasiyaya məruz qalan canlının ancaq orqanları korlanır və ya yer dəyişdirirdi. Lakin yeni bir orqanın əmələ gəlməsi mümkün deyildi. Üstəlik, mutasiyaların hamısı demək olar ki, zərərli idi. Bu səbəbdən də mutasiya fərziyyəsi təkamül iddiasına əsas ola bilmədi.

 

Təkamülün ardındakı hədəf

Təkamül nəzəriyyəsinin keçirdiyi müddət bizə çox şeyi göstərir: təkamül alimlərin tədqiqatları nəticəsində aşkarladıqları bir həqiqət deyil. Alimlərin böyük əksəriyyəti də təkamülün varlığına əvvəl inanmış, sonra da bunu sübut etmək üçün əllərindən gələni etmişdilər. Ortaya atdıqları təkamül modelləri bir-bir əsassız çıxmış, ancaq yenə də bu nəzəriyyəni müdafiə etməkdən əl çəkməmişdilər.

 

Bu vəziyyətin ən maraqlı nümunələrindən birini Türkiyədəki ən məşhur təkamülçülərdən biri olan prof. dr. Əli Dəmirsoyun “Varislik və təkamül”adlı kitabında yazdığı qəribə məntiqlərdə görə bilərik. Dəmirsoy təkamülü çıxılmaz vəziyyətə qoyan üzvi təkamülün ən əhəmiyyətli mərhələsinin, yəni bir zülalın təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu etiraf edir, ancaq “fövqəltəbii qüvvələr”in (Allah’ı nəzərdə tutur) varlığını qəbul etməkdənsə, bu qeyri-mümkün məntiqi qəbul etməyin daha elmi olduğunu söyləyir:
Özündə bir sitoxrom-C-nin (canlıların meydana gəlməsi üçün əsas ferment) düzülməsini meydana gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır. Yəni canlılar aləmi əgər müəyyən bir düzülüşü tələb edirsə, bunun bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malik olması deyilə bilər. Ya da bizim təyin edə bilməyəcəyimiz fövqəltəbii qüvvələr tərəfindən meydana gətirilmişdir . Bu sonuncusunu qəbul etmək elmi məqsədə uyğun deyil. O halda, birinci fərziyyəni araşdırmaq lazımdır.

 

Əli Dəmirsoyun dediyinə görə, bir elmi məqsəd vardır: bu məqsəd, nə olursa-olsun, canlıların yaradıldıqları rədd edir. Canlıların yaradıldıqlarını qəbul etməkdənsə, Dəmirsoy və başqaları sıfır ehtimal daşıyan təsadüfləri qəbul etməyi seçirlər. Dəmirsoy üstdəki sətirlərinin ardınca “elmi məqsədə daha uyğun” olduğu üçün qəbul etdiyi bu ehtimalın nə cür yalan olduğunu belə etiraf edir:

 

... Sitoxrom-C-nin müəyyən amin turşusu düzülüşünü təmin etmək bir meymunun makinada heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır.

 

Bu sətirlərdə izah edilən məntiq bizə bunu göstərir: təkamül elmi bir məqsəd üçün müdafiə edilmir. Dəmirsoyun elmi məqsəd dediyi şey, əslində, elmi deyil. Çünki elmin ümumi təsvirinə görə, alim əvvəldən doğru olduğunu qəbul etdiyi bir şeyi sübut etmək üçün deyil, doğru olanı tapa bilmək üçün yola çıxır. Halbuki, təkamülə gəlincə bunun tam əksi olan bir vəziyyət ortaya çıxır: təkamül hər nə olursa-olsun, sübut edilməyə, doğruluğu qəbul etdirilməyə çalışılan bir inanca çevrilmişdir.

 

Belə olan təqdirdə isə asanlıqla bu nəticəyə gələ bilərik: təkamül elmi məqsədlər üçün deyil, siyasi məqsədlər üçün müdafiə olunur. Başqa ifadə ilə desək, təkamül bəzi qüvvələrin maraqlarına uyğun bir ideologiyadır və bu səbəbdən, nə olursa-olsun, müdafiə olunur. Təkamüldən əsla imtina etməyən və bütün karyerasını bu quru nəzəriyyəni sübut etməyə həsr edən alimlər də həmin qüvvələrin bir üzvüdürlər və ya bu qüvvələr adına çalışırlar. Təkamülə rəhbərlik edən bu alimlər onlardan və akademik dairələrə yerləşdirilmiş təkamülçü rəsmi ideologiyadan təsirlənən digər bir çox alimlər tərəfindən də izlənilir.

 

Bəs, görəsən, təkamül hansı siyasi məqsədlərə xidmət edir, hansı maraqları qoruyur? Hansı qüvvələr onlara təmin etdiyi bu mənfəətlər qarşılığında təkamülü davamlı olaraq ayaqda və gündəmdə tutmağa çalışırlar?

Təkamül və ideologiyalar

Əvvəlki səhifələrdə Avropa cəmiyyətlərinin dindən uzaqlaşmasından bəhs edərkən bu prosesin ardındakı bəzi ictimai qüvvələrdən bəhs etmişdik. Bu qüvvələr dini əsaslar üzərində qurulan Avropa nizamını öz mənfəətlərinə zidd hesab etmiş və bu səbəbdən də bu nizamı dəyişdirməyə səy göstərmişdilər. Dini sistemi devirməyin tək yolu isə cəmiyyətlərin dindən uzaqlaşması idi. Beləcə, dini hakimiyyətin güc mənbəyi kəsiləcəkdi. Dindən qopmuş bir cəmiyyət təbii olaraq dini hakimiyyətə bağlı qalmağa davam edə bilməzdi. Bu dinsiz cəmiyyət dinsiz nüfuzları asanlıqla qanuni bir rəhbərlik olaraq qəbul edə bilərdi.

 

Avropanın dindən uzaqlaşmasına cəhd edən bu qüvvələr (zənginlər, yəhudilər və mason təşkilatlanması altında toplanan bütün din əleyhdarları) dinin cəmiyyət həyatından çıxarılması ilə təbii boşluğu da ustalıqla doldurdular: həmin qüvvələrin inkişaf etdirdiyi ideologiyalar din əvəzinə Avropa cəmiyyətlərinə (daha sonra da bütün dünyaya) təqdim edildi.
18-ci əsrdə doğulan və 19-cu əsrdə yetkinləşən bu ideologiyaları üç əsas sinfə bölmək olar: liberal kapitalizm, sosializm və faşizm. Bu ideologiyalara nəzər salanda ilk diqqəti çəkən şey bir-biri ilə zidd olan tərəflərinin olmasına baxmayaraq, hamısının ortaq məxrəcdə birləşmələridir: bu ideologiyaların hamısı da dinin cəmiyyət həyatından xaric edilməsi, dini hakimiyyətin gücünün aradan qaldırılması mövzusunda həmfikirdirlər. Bu səbəbdən, hamısı aydınlanma fəlsəfəsindən qaynaqlanan maddəçi (materialist) dünyagörüşünü qəbul edirlər.
Çünki bu ideologiyaların hamısı dini nizamı devirən dinsiz qüvvələrin təsiri altında doğulmuş və inkişaf etmişdir. Kilsənin nüfuzunu sarsıdan və masonluq damı altında təşkilatlanan dinsiz qüvvələr bu ideologiyaların hamısının inkişafında ən əhəmiyyətli rolu oynamışlar. Kapitalist, sosialist və faşist sistemlərin ideoloqlarının arasında masonların və yəhudilərin sayı diqqətçəkən  şəkildə çoxdur.

 

Lakin hamısı da dinsiz dünya fikrini müdafiə edən bu ideologiyalar kitabın əvvəlində də qeyd etdiyimiz kimi, məntiqli əsas deyildilər. Çünki hamısı Allah’ın varlığını tanımayan və ya həqiqətlərə ötəri, laqeyd yanaşan düşüncələrdi. Hamısı kainatı və canlıları təsadüf əsasında açıqlamağa çalışırdılar və yenə əvvəldə bildirdiyimiz kimi, belə bir şey mümkün ola bilməzdi: nə kainatın, nə də canlıların təsadüf əsəri olduqlarını müdafiə edəcək məntiqli bir iddia ortaya atıla bilərdi.

 

Yenə əvvəlki səhifələrdə bildirdiyimiz kimi, bu mövzuda məntiqli bir düşüncə önə sürülə bilməzdi, ancaq insanlara məntiqli imiş kimi göstərilən düşüncələr təqdim edilə bilərdi. Canlıların təsadüf əsəri olduqlarını iddia edən və min bir əziyyətlə doğru və məntiqli bir düşüncə imiş kimi tanıdılan təkamül nəzəriyyəsi elə bu anda ideologiyaların köməyinə çatmışdır. Xüsusilə dindən tamamilə uzaqlaşmış olan iki böyük ideologiya və sistem, yəni kapitalizm və sosializm üçün təkamül sanki bir qurtarıcı olmuşdur. Bu səbəbdən də hər iki ideologiya nəzəriyyənin cəmiyyətə qəbul etdirilməsinin əhəmiyyəti üzərində dayanır.

 

Şübhəsiz, mason təşkilatlanması təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi üçün ən çox məşğul olan gücdür. Masonluğun təkamülçü xətti türk masonlarının nəşriyyat orqanlarına da əks olunmuşdur. Mason jurnalı təkamülün ən əhəmiyyətli funksiyasını belə açıqlayır:
Darvinin təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Tanrının işi olmadığını göstərdi.

 

Başqa bir mason jurnalı olan “Memar Sinan”da isə “Bu gün artıq ən sivil ölkələrdən ən geridə qalmışlarına qədər yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolunu izləyənlərinkidir” kimi ifadə yer almış və yaradılış bir əfsanə olaraq xarakterizə edilərək ifadəyə belə davam edilmişdir: “...amma kilsə də batmadı, digər dinlər də. Yenə dini təlim olaraq müqəddəs kitablardakı Adəm ilə Həvva əfsanəsi öyrədilir”.

 

Təkamül nəzəriyyəsinin “dini əfsanələr” (!) üçün tək alternativ olduğunu görən masonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələrindən biri hesab edirlər. Mason jurnalı 1976-cı ilin dekabr sayında bu masonik vəzifəni belə ifadə edir:

 

Hamımızın öhdəsinə düşən ən böyük masonik vəzifə müsbət (pozitiv) elm və ağıldan ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə yetişdirməkdir.

 

Masonların bu cür üzərində dayandıqları və cəmiyyətə qəbul etdirməyi vəzifə olaraq qəbul etdikləri təkamül təbii olaraq kapitalist sistemin və ona bağlı ideologiyaların bir nömrəli dayağıdır. Çünki dini dəyərlərə tamamilə zidd olan kapitalist əxlaq ancaq Allah’ın hökmlərinin tanınmadığı bir cəmiyyətdə hakim ola bilər. Kapitalizm sisteminin yaranmasında və inkişafında böyük rolu olduğuna şübhə olmayan mason təşkilatlanmasının təkamülü müdafiə etməsinin bir səbəbi budur.

 

Masonluğun bir digər dinsiz ideologiyanın, yəni sosializmin inkişafındakı rolu da, şübhəsiz, təkamül nəzəriyyəsini gündəmə gətirmişdir. Təkamül sosializmin, xüsusilə də özünü elmi sosializm olaraq xarakterizə edən marksizmin də ən böyük dayaqlarından biridir. Bu ideologiyanın qurucuları təkamül nəzəriyyəsini düşüncələrinin təməli olan dialektik materializmin sübutu olaraq gördüklərini, canlıların dialektikasını bu nəzəriyyə üzərində bina etdiklərini açıq şəkildə ifadə etmişlər.

 

Məsələn, Marks 16 yanvar, 1861-ci ildə Lassalleyə yazdığı məktubda belə deyirdi:
Darvinin əsəri böyük əsərdir. Tarixdə sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir.

 

Marks, Engelsə yazdığı 19 dekabr, 1860-cı il tarixli məktubunda isə Darvinin “Növlərin mənşəyi” adlı kitabı üçün “əlbəttə, bizim baxışlarımızın tarixi təməlini təşkil edən kitab məhz budur” ifadəsindən istifadə etmişdir.

 

Engels isə Darvinə olan heyranlığını belə bildirmişdi:
Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləyir. Bununla əlaqədar olaraq, hər kəsdən əvvəl Darvinin adı xatırlanmalıdır.

 

Bu səbəbdən, Marks, Engels və digər materialistlərin bənzəri ifadələrindən aydın olduğu kimi, təkamül nəzəriyyəsi materializmin əsas fikri dayağıdır.
Təkamül, şübhəsiz, faşizm və irqçilik üçün də böyük əhəmiyyət daşıyırdı. Bir irqin digərlərinə üstün olduğu kimi bir cəfəngiyatı sübut etməyə çalışan irqçi mütəfəkkirlər 19-cu əsrdə Darvinin nəzəriyyəsindən dörd əlli yapışdılar. Darvinin canlıların təkamül müddəti içində inkişaf edərək mövcud olduqları və bu səbəbdən, bu müddətdə keçirdikləri mərhələlərə görə bir iyerarxiya içində olduqları iddiasını bu dəfə cəmiyyətlərə təlqin etdilər. “Sosial darvinizm” adlanan və təkamülün yeni forması olan bu nəzəriyyəyə görə, bəzi irqlər təkamül müddəti içində daha çox inkişaf ediblər və elmi şəkildə digər irqlərdən üstün olublar. “Ağ adam”ın digər irqlərə üstün olduğu iddiası, beləcə, özünə elmi dayaq tapdı. 19-cu əsr müstəmləkəçiləri bu nəzəriyyə ilə etdikləri istismarı qanuniləşdirməyə cəhd etdilər.

 

Beləliklə, təkamül nəzəriyyəsi bütün dinsiz ideologiyaların mənbəyinə çevrildi. Kapitalist, sosialist və ya faşist ideologiyaların müdafiəçiləri aralarındakı bütün fərqlərə baxmayaraq, təkamül nəzəriyyəsinə və onun sübut etməyə çalışdığı təsadüf iddiasına sahib çıxdılar. Çünki bu nəzəriyyə sayəsində dinə qarşı məntiqli imiş kimi görünən bir alternativ tapmış oldular. Bu nəzəriyyədən elə şəkildə istifadə etdilər ki, sonda onu birbaşa dinə də tətbiq etməyə çalışdılar.

 

Canlıların varlığını dinsiz bir əsasda açıqlayan nəzəriyyə dinin varlığını da dinsiz bir əsasda açıqlamağa cəhd etdi: nəzəriyyəyə görə, din Allah’ın insanlara göstərdiyi yol deyildi. Din insanların kütləvi inkişaf müddəti içində öz-özlərinə uydurduqları bir inancdı. “Dinlərin təkamülü” adlanan bu nəzəriyyəyə görə, din ilk olaraq ibtidai cəmiyyətlərdə təbiət qüvvələrinə ibadət etmə şəklində başlamış, ardınca da bütə ibadətə çevrilmiş, son olaraq da təkilahlı böyük dinlər yaranmışdı.

 

Qısası, təkamül dinsiz dünyanın inkişaf etdirdiyi bütün ideologiyaların əsasını təşkil edir. Bu səbəbdən, bu dünyanın öndə gələn bütün insan və təşkilatları bu nəzəriyyəni cəmiyyətə mütləq bir həqiqət kimi qəbul etdirmək məcburiyyətindədirlər. Əks təqdirdə, özlərini yaradanın Allah olduğunu həqiqətən anlayan və bu səbəbdən də yalnızca Ona qarşı məsuliyyətli olduqlarını dərk edən insanlar bu ideologiya və sistemləri tanımayacaqdılar. Bu səbəbdən, təkamülün cəmiyyətə qəbul etdirilməsi dinsiz dünyanın mütləq bir şərtidir və yenə buna görə, bir əsrdən də çoxdur ki, həm dünyada, həm də ölkəmizdə təkamül sistemli bir kampaniya ilə cəmiyyətə qəbul etdirilməyə çalışılır.

 

Təkamülün sözdə sübutları və heç cür tapılmayan fosillər

Bura qədər araşdırdığımız bütün səbəblərə görə, mason mənbələrinin də açıq-aşkar söylədiyi kimi, təkamül dinsiz qüvvələrin mütləq və mütləq cəmiyyətə qəbul etdirmək məcburiyyətində qaldıqları bir düşüncədir. Mason jurnalının vurğuladığı kimi, ən böyük masonik vəzifə təkamülü insanlar arasında yaymaqdır.

 

Lakin şübhəsiz, bu böyük masonik vəzifə yalnız təkamül inancını insanlar arasında yaymaqla kifayətlənə bilməz. Bu nəzəriyyə sübut edilməlidir. Çünki insanlara yalnız: “Siz təkamül nəticəsində ortaya çıxmısınız, sizi Allah yaratmadı”, -demək kifayət etməz, bir də bu mövzuda bəzi sübutlar təqdim etmək lazımdır.

 

Məhz təkamül nəzəriyyəsinin qarşılaşdığı ən böyük çətinliklərdən biri budur: təkamül nəzəriyyəsini dəstəkləyəcək konkret dəlillər heç cür tapıla bilməmişdir  və hələ də tapılmır. Günəşi palçıqla suvamaq mümkün olmadığı kimi, tarixin ən böyük yalanlarından biri olan təkamül nəzəriyyəsi də heç bir şəkildə sübut edilə bilmir. Edilən bütün tədqiqatlara və xərclənən böyük məbləğdəki pullara baxmayaraq, təkamül nəzəriyyəsini dəstəkləyəcək tapıntılar heç cür ortaya çıxmır. Halbuki, əgər təkamül deyə bir şey reallaşmış olsaydı, minlərlə, hətta bəlkə milyonlarla dəlil tapılmalı idi.

 

Məlum olduğu kimi, təkamül nəzəriyyəsi bir növün başqa bir növə çevrilməsinin milyonlarla il ərzində yavaş və mərhələ ilə baş tutduğunu iddia edir. Buna görə də ibtidai canlıdan mürəkkəb canlıya keçid çox  vaxt alır və addım-addım irəliləyir. Bu iddianın təbii məntiqi nəticəsi isə bu keçid dövrü əsnasında ara keçid forması adlanan əcaib canlıların yaşamış olmasını tələb edir. Təkamülçülər bütün canlıların pilləli olaraq bir-birlərindən törədiklərini iddia etdikləri üçün də bu ara keçid formalarının növləri və sayları milyonlarla olmalıdır.
Əgər, həqiqətən, bu cür canlılar yaşayıblarsa, fosil qeydlərində bunların qalıqlarına da rast gəlinməlidir. Çünki bu fərziyyəyə görə, ara keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən də çox olmalı və dünyanın dörd tərəfi fosilləşmiş ara keçid forması qalıqları ilə dolu olmalıdır.  Bundan başqa, təkamülçülər 19-cu əsrin ortalarından indiyə qədər dünyanın dörd tərəfində fanatikliklə fosil araşdırmaları apararaq bu ara keçid formalarını axtarırlar. Halbuki, az qala yarım əsrdir böyük həvəslə axtarılan bu ara keçid formalarından əsər-əlamət yoxdur.

 

Əslində, Darvin də bu ara keçid formalarının mövcud olmadığını bilirdi. Lakin yenə də ümid edirdi ki, çox gözlədiyi ara keçid formaları gələcəkdə tapılacaq. Lakin ümidlə gözləməsinə baxmayaraq, nəzəriyyəsini çıxılmaz vəziyyətə qoyan mövzunun da elə fosillər olduğunu görürdü. Buna görə belə yazmışdı:

 

Əgər, həqiqətən, növlər o biri növlərdən ləng dəyişikliklərlə törəyiblərsə, niyə saysız-hesabsız ara keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil, niyə hər şey nizamlanmış və yerli-yerindədir? Saysız ara keçid forması olmalıdır, lakin nə üçün onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə nümunələrlə dolu deyil? Geologiya konkret dəlil ortaya çıxarmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

 

Darvindən müasir dövrümüzə qədər intensiv şəkildə həmişə bu fosillər axtarıldı, lakin təkamülçülər üçün nəticə ümidsizlik dolu utanma hissi idi. Bu dünyada heç bir yerdə -nə bir qitədə, nə də bir okeanın dərinliklərində- tək bir ara keçid formasına belə rast gəlinmədi.

Yer kürəsində həyat qəflətən vəçox müxtəlif formalarda ortaya çıxmışdır

Fosil izləri əvvəl də ifadə etdiyimiz kimi, təkamül nəzəriyyəsinin iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etmirlər. Əksinə, yerin təbəqələri və fosil qeydləri araşdırılanda yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı aydın olur. Canlı varlıqların qalıqlarına rast gəlinən ən dərin yer təbəqəsi 500 milyon il yaşındakı kembri təbəqəsidir.

 

Kembri dövrünə aid təbəqələrdə tapılan canlılar isə heç bir ataları olmadan birdən-birə fosil qalıqlarında meydana çıxır. Kembri qayalıqlarında tapılan fosillər diliklər, ilbizlər, trilobitlər, süngərlər,  qurdlar, meduzalar, dəniz kirpiləri və digər mürəkkəb onurğasızlara aiddir. Kompleks varlıqlardan meydana gələn bu geniş canlı mozaikası valehedici bir şəkildə qəflətən ortaya çıxmışdır. Geoloji ədəbiyyatda bu möcüzəvi hadisə Kembri partlayışı olaraq xatırlanır.

 

Bu təbəqədəki canlıların çoxunda da göz kimi inkişaf etmiş orqanlar və ya qəlsəmə sistemi, qan dövranı kimi mükəmməl sistemlər vardır. Fosil qalıqlarında bu canlıların atalarının olduğuna dair hər hansı bir işarəyə rast gəlinməyib. “Earth Sciences” jurnalının təkamülçü redaktoru R.Monstarski (Richard Monestarsky) canlı varlıqların birdən-birə ortaya çıxmasını belə izah edir:

 

Bu gün gördüyümüz olduqca mürəkkəb heyvan növləri birdən ortaya çıxmışlar. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış heyvan filumları (komandaları) ilkin Kembri dövründə onsuz da mövcud olublar və yenə bu gün olduğu kimi, bir-birlərindən çox fərqli idilər.

 

Canlılar aləminin belə qəflətən minlərlə heyvan növü ilə çoxaldığı və heç bir ortaq atası olmayan ayrı növlərdəki canlıların necə ortaya çıxdığı təkamülçülərin əsla cavablaya bilmədikləri bir sualdır. Bu səbəbdən, təkamülçü mənbələr Kembri dövrünün əvvəlini həyatın başlanğıcının meydana gəldiyi və qeyri-mümkünlüyün reallaşdığı 20 milyon illik xəyali bir dövr kimi qiymətləndirirlər. Bu dövr təkamüllü boşluq kimi adlandırılır. Ancaq bu günə qədər heç kim bu təkamüllü boşluğun nə olduğunu izah edə bilməmişdir.
İngilis bioloq və təkamülçü R.Dokinz (Richard Dawkins) bu mövzuda belə fikir bildirmişdir:

 

... 600 milyon illik Kembri layları (təkamülçülər bu gün Kembrinin başlanğıcını 530 milyon il əvvəl olaraq qəbul edirlər), başlıca onurğasız qruplarını tapdığımız ən köhnə laylardır. Bunlar ilk olaraq ortaya çıxdıqları formaları ilə təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə sahib olmadan o halda, orada meydana gəlmiş kimidirlər. Təbii ki, bu birdən ortaya çıxma yaradılışçıları olduqca məmnun edir.

 

1984-cü ildə Çinin Yunnan bölgəsinin cənub hissəsindəki Cheng Jiangda mürəkkəb onurğasızlar kəşf edildi. Bunların arasında olan və hal-hazırda nəsilləri tükənən trilobitlər ən azından indiki onurğasızlar qədər mürəkkəb quruluşlu idilər.

 

İsveçli təkamülçü paleontoloq Stefan Benqtson bu vəziyyəti belə açıqlayır:
Əgər canlılıq tarixində hər hansı bir hadisə insanın yaradılışı əsatirinə bənzədiləcəksə, o da çox hüceyrəli orqanizmlərin ekologiyada və təkamüldə baş aktyora çevrildikləri okean həyatındakı ani fərqliləşmə dövrüdür. Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də hələ təəccübləndirir.

 

Bəli, həqiqətən də bu kompleks canlıların heç bir əcdadı və ya keçid forması olmadan birdən peyda olmaları bu gün də təkamülçülər üçün olduqca təəccüblü və cansıxıcıdır, eynilə 135 il əvvəl Darvin üçün olduğu kimi. Çünki təkamülçülər Darvindən 135 il sonra belə, bu sirri aça bilmək mövzusunda Darvindən daha irəli gedə bilməyiblər.
Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün iddia etdiyi kimi, ibtidaidən aliyə doğru bir proses izlədiyini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdığını göstərir. Başqa bir ifadə ilə, canlılar təkamüllə əmələ gəlməyiblər, yaradılıblar.

 

“Budur dəlil”, -deyə təqdim etdikləri bütün fosillərin bir-birinin ardınca çürüməsi təkamülçüləri böyük xəyal qırıqlığına məruz qoymuşdur. Ancaq yenə də “bəlkə bir gün çıxar” ümidi ilə dəlil tapma axtarışı davam edir.

Lakin onların “bəlkə tapılacaq” ümidi ilə bu dəlilləri gözləməyə zamanları yoxdur (nə qədər gözləyirlərsə-gözləsinlər, tapa bilməyəcəklər). Bir az əvvəl də ifadə etdiyimiz kimi, təkamül siyasi hədəflərə xidmət edən bir düşüncədir və bu səbəbdən də nə şəkildə olursa-olsun, sübut etdirilməli və cəmiyyətlərə qəbul etdirilməlidir! Bu iş üçün lazım olanda çirkli üsullara, yəni saxtakarlıqlara da əl atılmalıdır.

 

Necə ki, elə də edilmişdir. Təkamülçü fəaliyyətlərin tarixi böyük elmi saxtakarlıqlar ilə doludur.

Çıxarılan saxta dəlillər

Təkamül nəzəriyyəsinə dəlil axtaranların ən çox müraciət etdikləri mənbə fosil qeydləridir. Fosil qeydlərində keçmişdə yaşamış canlıların qalıqları saxlanılır. Diqqətlə və qərəzsiz araşdırılanda bu fosil qeydlərinin təkamülçülərin iddialarının əksinə, təkamül nəzəriyyəsini dəstəklədiyi deyil, yalan olduğunu üzə çıxardığı görünür. Ancaq fosillərin təkamülçülər tərəfindən təhrif edilərək izah edilmələri və ictimaiyyətə də qərəzli bir şəkildə əks etdirilmələri səbəbindən bir çox adam fosil qeydlərinin, həqiqətən, təkamül nəzəriyyəsini dəstəklədiyini düşünür.

 

Fosil qeydlərindəki bəzi tapıntıların hər cür izaha açıq olması təkamülçülərə çox sərf edən bir vəziyyətdir. Tapılan fosilləri düzgün qiymətləndirmək çox da sadə iş deyil. Bunlar natamam və dağılmış sümük parçalarından meydana gəlir. Bu səbəbdən, əldəki məlumatları təhrif etmək və bunları istənilən istiqamətə yönəltmək çox asandır. Fosil qalıqlarına əsaslanaraq edilən rekonstruksiyalar (şəkil, ya da maketlər) təkamülçü fərziyyələri təsdiqləyəcək şəkildə həyata keçirilir. İnsanların gördüklərindən daha asan təsirləndiyinə görə, onları rekonstruksiya edilmiş canlıların keçmişdə həqiqətən yaşadığına inandıra bilmək də çox asandır.

 

Təkamülçü tədqiqatçılar çox vaxt yalnız bir diş və ya çənə sümüyünün bir hissəsi, ya da kiçik bir qol sümüyünü əsas götürərək insanabənzər xəyali varlıqlar çəkir və bunu sensasiyalı bir şəkildə insan təkamülünün bir halqası olaraq ictimaiyyətə təqdim edirlər. Bu şəkillər çox insanın zehnində mövcud ibtidai insanlar imicinin formalaşmasında böyük rol oynamışdır.
Sümük qalıqlarına əsaslanaraq edilən bu çalışmalarla sadəcə əldəki obyektin çox ümumi xüsusiyyətləri ortaya çıxarıla bilər. Halbuki, əsl təyinedici xüsusiyyətlər zamanla çox asanlıqla yox olan yumşaq toxumalardır. Bu səbəbdən, yumşaq toxumaların spekulyativ olaraq izah edilməsi ilə rekonstruksiya edən şəxsin xəyal gücü daxilində hər şey mümkündür. Harvard Universitetindən E.A.Huten (Earnst A. Hooten) bu vəziyyəti belə açıqlayır:

 

Yumşaq hissələrin təkrar inşası çox riskli bir cəhddir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, bir neandertal başını həm bir meymuna, həm də bir filosofa bənzədə bilərsiniz. Əvvəlki insanların qalıqlarına əsaslanaraq edilən canlandırmalar tamamilə heç bir elmi dəyərə malik deyillər və cəmiyyəti yönləndirmək məqsədilə istifadə edilirlər... Bu səbəbdən, rekonstruksiyalara çox etibar edilməməlidir.

 

Təkamülçülər bu mövzuda o qədər rahat davranırlar ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yaraşdıra bilirlər. Məsələn, “australopithecus robustus” (zinjanthropus) adlı fosil üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya bunun məşhur bir nümunəsidir. Oxşar fosil “National Geographic” jurnalının 1960-cı ilin sentyabr sayında və “Sunday Times”ın 1964-cü il 5 aprel sayında bir-birindən çox fərqli təsvirlər edilmişdir. Oxşar fosilin təkamülçü M.Uilson (Maurice Wilson) tərəfindən çəkilən təsvirləri isə bunlardan tamamilə fərqlidir.

 

Fosillərin qərəzli izah olunması və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin yalana nə dərəcədə sıx şəkildə müraciət etdiklərini göstərən dəlillər arasında sayıla bilər. Ancaq bunlar təkamül nəzəriyyəsinin tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə edildikdə çox sadədirlər.

 

Saxtakarlıq olduğu dəfələrlə ortaya çıxmasına baxmayaraq, bu gün belə təkamülçü bir çox kitablarda yerləşdirilən embrion şəkillərinin “rəssamı” Ernst Hekkelin etirafı bu saxtakarlıqlar qədər təəccüblüdür. Hekkel belə deyir:

 

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü qınanmış hesab edirəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların ən yaxşı biologiya kitablarında, fərziyyələrində və jurnallarında mənim etdiyimə bənzər saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən düzəldilmiş şəkillər var.

 

Bu etirafdan da aydın olduğu kimi, təkamül, “elm eşqi” naminə üzərində baş yorulan bir nəzəriyyə deyil. Tam əksinə, nə olursa-olsun, sübut edilməyə çalışılan bir inancdır. Lazım olanda müxtəlif saxtakarlıqlardan istifadə edərək, lazım olanda saxta dəlillər çıxararaq bir çoxları mütləq və mütləq bu əsassız nəzəriyyəni həqiqət imiş kimi insanlara qəbul etdirmək istəyirlər.

 

Çünki bu nəzəriyyənin yalan olduğunun üzə çıxarılmasını əsla qəbul edə bilməzlər. Çünki bu vəziyyətdə (əgər ortaya yeni bir cəfəngiyat da atmasalar), bütün kainatın və insanın yaradılmış olduğunu qəbul etmək məcburiyyətində qalacaqlar. Bu isə dinsiz dünyanın qanuniliyinin aradan qalxması deməkdir.

Saxta fosil çıxartma cəhdləri

Təkamül nəzəriyyəsinə fosil qeydlərində heç bir əsaslı dəlil tapa bilməyən bəzi təkamülçülər nəhayət öz dəlillərini özləri çıxartmağa başladılar. Təkamül saxtakarlıqları adı altında ensiklopediyalara belə keçən bu işlər təkamül nəzəriyyəsinin güclə ayaqda tutulmağa çalışılan bir ideologiya və həyat fəlsəfəsi olduğunun ən gözəl dəlilidir. Bu saxtakarlıqların ən məşhurlarını aşağıda tədqiq edəcəyik.

 

Piltdaun (Piltdown) adamı

Tanınmış həkim və eyni zamanda da həvəskar bir paleontoloq olan Ç.Douson (Charles Dawson) 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlarındakı bir çuxurda bir çənə sümüyü və kəllə sümüyünün bir parçasını tapdığı iddiasını irəli sürdü. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələr “Piltdaun adamı” adlandırıldı, 500 min illik bir tarix hesablandı və müxtəlif muzeylərdə insan təkamülünə konkret bir dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bir müddət ərzində üzərində bir çox elmi məqalələr yazıldı, açıqlamalar və illüstrasiyalar edildi, insanın təkamülünə əhəmiyyətli bir dəlil olaraq təqdim edildi.

 

Məşhur amerikan paleoantropoloqu H.F.Osborn da 1935-ci ildə “British Museum”u ziyarətində: “Təbiət sürprizlərlə doludur; bu, bəşəriyyətin eradan əvvəlki dövrləri haqqında əhəmiyyətli bir tapıntıdır”, -deyirdi.14 1949-cu ildə “British Museum”un paleontologiya bölməsindən K.Okley (Kenneth Oakley) yeni bir yaş təyin etmə testi olan “flor testi” metodunu köhnə bəzi qalıqlar üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də bir təcrübə aparıldı. Nəticə çox təəccüblü idi. Edilən testdə Piltdaun adamının çənə sümüyündə flor olmadığı aydın olmuşdu. Bu çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flor tərkibli kəllə isə sadəcə bir neçə min illik olmalı idi.

 

Flor metoduna əsaslanaraq aparılan son xronoloji araşdırmalar kəllənin ancaq bir neçə min illik olduğunu ortaya çıxartdı. Oranqutana aid çənə sümüyündəki dişlərin isə süni olaraq korlandırıldığı, fosillərin yanında olan ibtidai vasitələrin polad alətlərlə yonulmuş adi bir təqlid olduğu anlaşıldı.15 Vaynerin (Weiner) etdiyi ətraflı analizlərlə bu saxtakarlıq 1953-cü ildə ortaya çıxarıldı. Kəllə 500 yaşındakı bir insana, çənə sümüyü də yeni ölmüş bir meymuna aid idi. Dişlər insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və sıralanmış, oynaq yerləri də törpülənmişdi. Daha sonra da bütün parçalar köhnə görünmələri üçün kalium dixromat ilə ləkələndirilmişdi. Bu ləkələr sümüklər turşuya batırıldıqda itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan L.Q.Klark (Le Gros Clark) bu vəziyyət qarşısında təəccübünü gizlədə bilmirdi:

Köhnəlmə təəssüratını vermək üçün dişlər üzərində süni dəyişikliklərin edildiyi o qədər aydın hiss olunur ki, bu izlərin diqqətdən qaçması təəccüb doğurur.

 

 

Nebraska adamı

1922-ci ildə Amerikan Təbiət Tarixi Muzeyinin rəhbəri H.F.Osborn (Henry Fairfield Osborn) Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Üst Paleolit dövrünə aid bir azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya görə, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Bu mövzu ilə əlaqədar çox dərin elmi müzakirələr başladılmışdı. Bəziləri bu dişi “Pithecanthropus erectus” olaraq izah edirlər, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük müzakirələr yaradan bu fosil “Nebraska adamı” adlandırıldı. Dərhal “elmi” adı da verildi: “Hesperopithecus Haroldcook II”.

 

Bir çox qurum və təşkilat Osbornu dəstəklədi. Bir dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəninin rekonstruksiya şəkilləri çəkildi. Hətta daha da irəli gedilərək Nebraska adamının yoldaşının, uşaqlarının birlikdə təbii mühitdə ailəvi şəkilləri nəşr olundu.

 

Bütün bu ssenarilər tək bir dişdən ilhamlanaraq yaradılmışdı. Təkamülçü dairələr bu xəyali ssenarini elə mənimsəmişdilər ki, U.Brayan (William Bryan) adlı bir tədqiqatçı tək bir azı dişinə əsaslanaraq bu qədər konkret hökmlə qərar verilməsinə qarşı çıxanda kütləvi etirazla qarşılaşdı.

 

Ancaq 1927-ci ildə skeletin o biri hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin “prosthennops” adlı yabanı amerikan donuzunun nəsli kəsilmiş bir cinsinə aid olduğu aydın oldu. Uilyam “Gregory Science” jurnalında nəşr etdirdiyi məqaləsinə belə bir başlıq atmışdı: “Göründüyü kimi, “Hesperopithecus” nə meymundur, nə də insan”.

Nəticədə, “Hesperopithecus haroldcook II”nin və “ailəsi”nin bütün təsvirləri isə tələm-tələsik ədəbiyyatdan çıxarıldı.

 

 

Ramapitekus (Ramapithecus)

Ramapitekus təkamül nəzəriyyəsinin ən böyük və ən uzunmüddətli səhvlərindən biri olaraq qəbul edilir. Bu ad 1932-ci ildə Hindistanda insan ilə meymun arasındakı oxşarlığı sübut edən fosillərə verilmişdi. Bu fosillər 1932-ci ildən 1982-ci ilə qədər 50 il boyu təkamülçülər tərəfindən konkret bir dəlil olaraq istifadə edildi.
Ramapitekusun insan təkamülündəki əhəmiyyəti Elvin Simonsun (Elwyn Simons) “Time” jurnalına yazdığı 1977-ci il noyabr tarixli yazıdan da aydın olurdu: “Yəqin ki, ramapitekus insanın ulu babasıdır. Əgər ulu babamız deyilsə, əlimizdə başqa konkret sübut da yoxdur”.

 

Türkiyədə də Sevinç Karol və yoldaşları tərəfindən hazırlanan və 1979-cu ildə dövrün Milli Təhsil Nazirliyi tərəfindən nəşr olunan “Modern Biologiya” kitabı da ramapitekusu dərhal mənimsəmişdi: kitabda heç tərəddüd edilmədən: “İnsanın ən qədim ulu babası Afrika və Hindistanda tapılmış olan çənə və diş fosillərindən tanınan ramapitekusdur (quyruqsuz meymun)”,  -deyilirdi.

Halbuki, dr. R.Ekxard (Robert Eckhardt) tərəfindən 1972-ci ildə “Scientific American”da nəşr olunan bir neçə səhifəlik məqaləni oxusaydılar, özlərindən bu qədər əmin danışmazdılar. Ekxard drayopitekus (dryopithecus-soyu tükənmiş bir qorilla növü) ilə ramapitekusun dişlərində 24 fərqli ölçü götürmüşdü. Bu ölçülərlə daha əvvəl şimpanzelər arasında etdiyi ölçüləri müqayisə etmişdi. Bu müqayisələrə görə, hələ     də yaşayan şimpanzelərin dişləri arasındakı fərq ramapitekus və drayopitekus arasındakı fərqdən daha çox idi. Ekxard gəldiyi nəticəni belə təqdim edirdi:

 

Əgər hominid kiçik bir üzü və çənəsi olan bir meymun deyilsə, bu müddət ərzində (14 milyon il əvvəl) hər hansı bir insan-meymun arası canlının yaşadığına dair əlimizdə dəlil yoxdur.

Bu yeni ara keçid formasının bir xəta olduğunu və nəsli kəsilmiş bir oranqutandan başqa bir şey olmadığını isə “Science” jurnalında çıxan 1982-ci il tarixli “Bəşəriyyət bir atasını itirir” başlıqlı məqalə belə elan etdi:

 

Harvard Universiteti paleoantropoloqlarından D.Pilbimə (David Pilbeam) görə bu günə qədər atalarımızdan olduğunu düşündüyümüz bir qrup canlı ailə ağacımızdan çıxardılır. Bir çox paleoantropoloq ramapitekusların bizim ən qədim atalarımız olduğunu söyləyirdi. Lakin onların bu iddiası bir neçə diş və çənə parçasına əsaslanırdı. Pilbimə görə, böyük çənə və qalın mina ilə örtülmüş dişlər bəlkə insan atalarının xüsusiyyətlərini daşıyır; ancaq alt çənə sümüyünün mövqeyi, bir-birinə yaxın gözlər, damağın şəkli kimi diqqət çəkən xüsusiyyətlər bunun bir oranqutan atası olduğunu göstərir.

 

Piltdaun adamı, Nebraska adamı və ramapitekus kimi fosillər bizə təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün saxtakarlıq və ya təhrif etməkdən çəkinmədiklərini göstərir.
Bu vəziyyətin şüurunda olaraq təkamül əfsanəsinin digər dəlillərinə nəzər salanda isə yenə buna bənzər bir vəziyyətlə qarşılaşırıq: ortada tamamilə həqiqətdən uzaq olan bir hekayə və bu hekayəni dəstəkləmək üçün hər cür yola baş vura biləcək  könüllülər ordusu vardır.

Təməl formalar belə, təkamüllə açıqlana bilmir

Quru canlıları necə yaranmışdır?

Təkamülçülər quru canlılarının sudan quruya keçərək sürünənlərə çevrilən balıqlardan törədiyini iddia edirlər. Bu və buna bənzər iddialar təkamülçülərin həqiqətlərdən nə dərəcə uzaq bir xəyal dünyasında yaşadıqlarının açıq bir göstəricisidir.

 

Bu iddiaya görə, fosil qeydlərində sudan quruya keçidi göstərən saysız-hesabsız ara keçid formasına aid fosil olmalı idi. Halbuki, təkamülçülərin, əlbəttə, hər mövzuda olduğu kimi, bu mövzuda da əllərində heç bir sübutları yoxdur.

 

Onları belə əsassız bir iddiaya aparan səbəb yaşı 410 milyon il olaraq hesablanan balıq fosili idi. Selekant (coelacanth) adlanan bu balıq bir çox təkamülçü mənbədə ibtidai bir ağciyərə, inkişaf etmiş beyinə, qurudan çıxmağa hazır qan dövranı və həzm sisteminə, hətta ibtidai yerişli bir ara keçid forması olaraq tanıdıldı. Bu anatomik açıqlamalar 1930-cu illərin sonuna qədər bütün elm dünyasında müzakirəsiz qəbul edildi. Balıq sudan quruya keçidi konkret şəkildə sübut edən ara keçid forması kimi təqdim edilirdi.

 

Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı bir kəşf edildi. Yetmiş milyon il əvvəl nəsli kəsilmiş bir ara keçid forması olaraq tanıdılan selekant ailəsinin canlı bir üzvü okeanın sahillərində ələ keçdi! Yox olmuş bir ara keçid forması kimi təqdim edilən canlının “qanlı-canlı” nümunəsinin tapılması təkamülçüləri çox təəccübləndirdi. Təkamülçü paleoantropoloq J.L.B.Smit: “Yolda dinozavra rast gəlsəydim, bundan daha çox təəccüblənməzdim”, - demişdi.

 

Növbəti illərdə selekant başqa bölgələrdə də dəfələrlə tutuldu. 1939-cu ildə Çalumni çayı və Madaqaskar sahillərində 1952 və 1953-cü illərdə Komor adalarında qırxdan çox canlı selekant ələ keçdi.

 

Bunun üstündən, selekant bir anda yox oldu. Hitçinq (Hitching) bu vəziyyəti belə açıqlayır:

 

Köhnə formalarından heç bir fərqi olmayan, təbii dəniz mühitinə tam uyğunlaşmış və quruya çıxmağa heç meyil göstərməyən bir neçə düjün selekant ələ keçiriləndə bunun  ara keçid forması kimi göstərilən örnək rəsmləri dərhal dərs kitablarından çıxarıldı.

Bundan sonra da təkamülçülərin “sudan quruya təkmilləşmə” mövzusunda təqdim edə biləcəkləri heç bir ciddi dəlilləri olmadı.

 

 

Quşlar necə ortaya çıxmışdır?

Təkamülçülərin başqa fantaziyası da quşların yaranması haqqındadır: canlıların sudan quruya keçmələrindən sonra bunlardan bir qisminin də qanadlanaraq quşlara çevrildiyini iddia edirlər. Halbuki, quru canlılarından tamamilə fərqli quruluşda olan quşların heç bir bədən mexanizmi pilləli təkamül modeli ilə açıqlanacaq vəziyyətdə deyil. Hər şeydən əvvəl, quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar təkamül üçün cavabı tapılmayan problemli suallardandır. Türk təkamülçülərdən Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə etiraf edir:

 

Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə təkmilləşmiş vəziyyətdə öz vəzifələrini yerinə yetirə bilmələridir. Başqa bir ifadə ilə, əksik gözlə görmək olmaz, yarım qanadla da uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ açıqlanmamış sirlərindən biri kimi qalmışdır...

 

Göründüyü kimi, qanadların bu qüsursuz quruluşunun bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində meydana gəldiyi iddiası tamamilə əsassızdır. Bir sürünənin ön ayaqlarının genlərində meydana gələn bir pozulma (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevriləcəyi əsla açıqlana bilməz.
Bunların ardınca bir sual da yaranır: bütün bu ağıl və məntiqdən kənar hekayəni doğru saysaq belə, bu hekayəni təsdiqləməli tək qanadlı, yarım qanadlı fosillər nə üçün heç cür tapıla bilmir?

 

Həmçinin bir quru canlısının uça bilməsi üçün yalnız qanadlarının olması da kifayət deyil. Quru canlısı quşların uçmaq üçün istifadə etdiyi digər bir çox mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quru canlılarına nisbətən daha yüngüldür. Ağciyərləri daha fərqli bir quruluş və funksiyaya malikdir. Fərqli bir əzələ və skelet quruluşuna sahibdirlər və daha xüsusiləşmiş bir ürək- qan dövranı sistemləri vardır. Bu xüsusiyyətlər uça bilməyin ən az qanadlar qədər vacib olan mühüm şərtləridir. Canlının uça bilməsi üçün hamısı birlikdə və eyni anda lazım olan bu mexanizmlər yavaş-yavaş, yığılaraq meydana gələ bilməzlər. Quru canlılarının hava canlılarına çevrildiyi nəzəriyyəsi, bu səbəbdən, tamamilə cəfəngiyatdır.
Təkamül nəzəriyyəsinin qurudan havaya keçid iddiasının doğurduğu müzakirələrin bir çoxu arxeopteriks (archæopteryx) adlandırılan quş fosilinə aiddir. Təkamülçülərə görə, 150 milyon il yaşındakı bu fosil qurudan havaya keçidin ən böyük dəlilidir. Təkamülçü paleoantropoloqlar bu canlının skelet quruluşunu velosireptor (velociraptor) və dromozavr (dromeosaur) adlı kiçik quruluşlu dinozavrlara bənzədir. Bu səbəbdən, bu canlının dinozavr-quş əlaqəsini təmin edən ara keçid forması olduğunu iddia edirlər.

 

Arxeopteriksin dinozavrlarla quşlar arasında bir ara keçid forması olmadığının ən açıq dəlili uça bilməsidir. Çünki arxeopteriksi bir ara keçid forması olaraq müəyyən edənlər onun hələ sürünən xüsusiyyətlərinə sahib olan və bu səbəbdən, hələ uça bilməyən bir canlı olduğunu irəli sürürlər. Məşhur tədqiqatçılar, S.Olson (Storris Olson) və A.Feduçia (Alan Fediccua) arxeopteriks üzərində apardıqları anatomik tədqiqatlar nəticəsində bu quşun rahatlıqla uça biləcəyini açıqlayırlar.

Qısası, arxeopteriks yarı sürünən, yarı quş bir canlı (bədəninin yarısı tüklərlə, yarısı pullarla örtülü, uça bilməyən, ancaq havada uça bilən xəyali bir ara keçid forması) deyil.  Tam olaraq uça bilmədiyi iddiaları əsassızdır. Heyvan bildiyimiz quşlar kimi uça bilən istiqanlı bir quşdur.

 

 

Arxeopteriksdən daha qədim quş fosilləri

Təkamülçülər arxeopteriksi bir ara keçid forması kimi təqdim edərkən onun dünyada yaşamış ən qədim quşa bənzər canlı olduğu düşüncəsinə əsaslanmışdılar. Halbuki, özündən daha qədim tarixli bəzi quş fosillərinin tapılması arxeopteriksi quşların atası mövqeyindən qəti olaraq uzaqlaşdırdı. Həm də bu quşlar arxeopteriksə aid edilən sürünən xüsusiyyətlərinin heç birinə sahib olmayan, tam mənası ilə düzgün quşlardı.

 

Bu fosillərin ən mühümü yaşı 225 milyon il olaraq hesablanan protoavisdi. “Nature” jurnalının 1986-cı ilin avqust tarixli sayında “Fosil quş təkamül fərziyyələrini sarsıdır” başlıqlı məqalədə varlığı elan olunan protoavis fosili özündən 75 milyon il daha yaşlı olduğu arxeopteriksin quşların əcdadı olduğu iddiasını alt-üst etdi. Anatomiyası üzərində aparılan araşdırmalar protoavisin mükəmməl şəkildə uça bildiyini göstərirdi. Bu tapıntıdan sonra arxeopteriksin uçan quşların əcdadı olduğu iddiası tam mənası ilə sarsıldı və etibarlılığını itirdi. Həmçinin protoavisin təkamülçülər tərəfindən hesablanan yaşı o qədər qədim idi ki, bu quş yenə təkamülçü qaynaqların verdiyi tarixlərə görə, yer üzündəki ilk dinozavrlardan belə daha yaşlı idi. Bu isə quşların dinozavrlardan təkmilləşdiyi nəzəriyyəsinin qəti olaraq çökməsi demək idi.

 

Bundan əlavə, protoavisdən sonra 1995-ci ildə Çində arxeopteriks ilə eyni yaşda (təxminən 140 milyon illik) və dövrümüzdəki quşlardan heç bir fərqi olmayan başqa bir quş fosili tapıldı (confuciusornis). Yenə Çində 1996-cı ilin noyabrında tapılan başqa bir quş fosili vəziyyəti daha da pisləşdirdi. Liaoninqornis adlı bu quşun varlığı Hou, Martin və A.Feduçia tərəfindən “Science” jurnalında nəşr olunan bir məqalə ilə bildirildi. Liaoninqornisdə dövrümüzdəki quşlarda olduğu kimi uçuş əzələləri ilə örtülən döş qəfəsi mövcud idi. Digər yönləri ilə də bu canlı dövrümüzdəki quşlardan fərqlənmirdi.

 

“Discover” jurnalında nəşr olunan bir məqalədə belə deyilirdi: “Quşların mənşəyi nədir? Bu fosil liaoninqornisin dinozavr olmadığını söyləyir”.

Arxeopterikslə bağlı təkamülçü iddiaları alt-üst edən başqa bir fosil isə elolulavis oldu. Arxeopteriksdən 30 milyon il daha qədim olan elolulavisin qanad quruluşu ilə dövrümüzdəki quşların qanad quruluşu bənzəyirdi. (Bu xüsusiyyət quşun manevr qabiliyyətini artırır, qalxarkən və qonarkən əlavə nəzarət etmək imkanını təmin edir.) Bunun mənası arxeopteriksdən 30 milyon il daha yaşlı sayılan bir quşun çox professional bir şəkildə uça bilməsi idi.

 

Bu məlumatların əsasında arxeopteriks və ya ona bənzəyən digər quşların bir ara keçid forması olmadığı qəti şəkildə sübut edildi.

Medianın beyin yuma üsulları

Təkamül nəzəriyyəsi, əvvəl də araşdırdığımız kimi, din əleyhdarı qüvvələr tərəfindən müxtəlif saxtakarlıqlar və saxta dəlillərlə sübut edilməyə və cəmiyyətə qəbul etdirilməyə çalışılır. Lakin bu elmi saxtakarlıqların bir-bir üstü açılır və gözləniləndən tam əks təsir yaradır. Bu səbəbdən, təkamülü insanlara qəbul etdirməyi ən böyük masonik vəzifə olaraq qəbul edənlər bu vəzifəni əsas olaraq kütləvi informasiya vasitələri, yəni media vasitəsilə yerinə yetirirlər.

 

Əslində, media müəyyən güc mərkəzlərinin cəmiyyətin düşüncəsini idarə etmək üçün tez-tez  istifadə etdiyi bir cihazdır. Bu düşüncə idarəsi təkamüldən başqa mövzuları da əhatə edir. Məşhur amerikalı dilçi və yazıçı N.Çomski (Noam Chomsky) azərbaycancaya “Media həqiqəti” olaraq tərcümə edilən “Necessary Illusions: Thought Control in Democratic Societies” (Gərəkli İllüziyalar: demokratik cəmiyyətlərdə düşüncə nəzarəti) adlı kitabında medianın güc mərkəzləri tərəfindən ictimai düşüncəni idarə etmək üçün istifadə edilən bir vasitə olduğunu ətraflı izah edir. Məşhur yazıçının bildirdiyinə görə, başda ABŞ olmaqla, bütün qərb dövlətləri, əslində, nasist Almaniyası və ya SSRİ kimi totalitar bir dövlətdir (Totalitar: bütün cəmiyyətin dövləti əlində tutan qüvvələr tərəfindən idarə olunduğu, azadlığın olmadığı, bütün cəmiyyətin dövlətin rəsmi ideologiyasına itaətə məcbur buraxıldığı rəhbərlik nizamı, diktatorluq). ABŞ-ın və digər qərb dövlətlərin nasist Almaniyası və SSRİ kimi açıq totalitar dövlətlərdən tək fərqi totalitarizmi daha örtülü bir şəkildə tətbiq etməsi idi. Çomskiyə görə, bu gizli totalitarizm xalqın düşüncəsinin media vasitəsilə idarə edilməsi sayəsində tətbiq edilir.

 

Məsələn, ABŞ başqa bir ölkəyə müdaxilə etmək, ya da müharibə etmək istəyir. Ancaq xalqın böyük hissəsi buna qarşıdır. Bu vəziyyətdə açıq totalitar bir dövlət xalqın nə düşündüyünü vacib hesab etməz və bildiyini edər. Halbuki, ABŞ kimi gizli totalitar bir dövlətin tətbiqi daha fərqlidir: əvvəl xalqın düşüncəsi bu xarici müdaxiləni dəstəkləyəcək bir şəkildə yönləndirilir. Medianın təbliğatı sayəsində xalq hiss etmədən hakim qüvvələrin istədiklərinə razılıq verir. Çomski Amerika tarixində bu idarə şəklinin dəfələrlə istifadə edildiyini, Birinci Dünya Müharibəsindən indiyə qədər hər xarici müdaxilədən və döyüşdən əvvəl bu cür bir “media yolu ilə beyin yuma” proqramı tətbiq olunduğunu və xalqın razılığının istənilən istiqamətdə yönləndirildiyini bildirir.

 

Qısası, demokratik etiketini daşıyan ölkələrdə də cəmiyyətin düşüncəsini istiqamətləndirən, cəmiyyəti rəsmi yalanlarla aldadan qüvvələr hakimdir. Media isə bu qüvvələrin bir cihazı mövqeyindədir. N.Çomski belə deyir: “Xalqa təqdim edilən dünya cədvəlinin həqiqətlə ancaq çox uzaqdan əlaqəsi vardır. Doğru yalanlardan qurulan binaların altında basdırılmışdır”.

 

Bu vəziyyətdə medianın bizə verdiyi təlqinlər üzərində bir az dayanıb düşünmək lazım deyilmi, sizcə?...

Medianın böyük masonik vəzifəsi:təkamülü cəmiyyətə qəbul etdirmək

Heç diqqət etdinizmi?... Qərb dünyasının “Time”, “Newsweek” kimi böyük və təsirli jurnalları müəyyən fasilələrlə təkamül nəzəriyyəsini mövzu edən xəbərlər nəşr edirlər. Bu xəbərlər çox vaxt jurnalın üz qabığında verilir. “Təkamüldə yeni inkişaf”, “təkamüldə böyük nailiyyət”, “Darvini təsdiqləyən mühüm qalıq” kimi başlıqlarla verilən bu xəbərlərdə, əslində, heç də böyük və yeni deyilə biləcək bir dəlil yoxdur. Çox vaxt bir alimin təkamül haqqındakı yeni bir düşüncəsi, ya da təkamülü sübut etməkdən uzaq bir fosil mövzu edilir. Amma bu xəbərlərdə maraqlı bir cəhət vardır: xəbər yalnız bir nəzəriyyə olan təkamülü sübut edilmiş bir həqiqət olaraq qəbul edən bir üslubda yazılmışdır. Bu xəbəri oxuyan, ya da heç olmasa, bir dəfə gözdən keçirən insanların çoxu təkamülü onsuz da on illər əvvəl sübut edilib dəqiqləşmiş mütləq həqiqət hesab edirlər.

 

Bu cür media nəhənglərinin həmin xəbərləri demək olar ki, ölkəmizdəki böyük qəzetlər tərəfindən də cəmiyyətə ötürülür. İstifadə edilən üslub klassikdir: ““Time” jurnalının xəbərinə görə, təkamül zəncirindəki boşluğu tamamlayan çox əhəmiyyətli bir fosil tapıldı”, ya da ““Newsweek”in xəbərinə görə, alimlər təkamülün qaranlıqda qalan son nöqtələrini də aydınlatdılar” kimi cümlələr böyük şriftlərlə göstərilir. Yenə maraqlı bir cəhət vardır: bu nəşriyyat orqanları da təkamülü mütləq bir həqiqət olaraq qəbul etdirmə məqsədi güdürlər. Halbuki, ortada sübut edilmiş heç bir şey yoxdur ki, təkamül zəncirinin son “əskik halqası” tapılmış olsun. Dəlil olaraq önə çıxarılanların hamısı əvvəlki səhifələrdə bəhs etdiyimiz saxta dəlillərdir.

 

Media ilə yanaşı, elmi qaynaqlara, ensiklopediyalara, biologiya kitablarına baxılanda da eyni mənzərə ilə qarşılaşırıq. Bu cür qaynaqların demək olar ki, hamısı təkamülü mütləq bir həqiqət kimi izah edirlər.

 

Qısası, dinsiz güc mərkəzlərinin nəzarətində olan media və akademik qaynaqlar tamamilə təkamülçü bir dünyagörüşünü qoruyur və bunu cəmiyyətə təlqin edir. Bu təlqin elə təsirlidir ki, zamanla təkamül nəzəriyyəsi bir bütə çevrilmişdir: təkamülü inkar etmək elmlə qarşı-qarşıya gəlmək, həqiqətləri görməməzlikdən gəlmək kimi təqdim edilir. Bu səbəbdən də xüsusilə 1950-ci illərdən indiyə qədər təkamülün bu qədər böyük səhvlərinin ortaya çıxmasına və bunların təkamülçü alimlər tərəfindən etiraf edilməsinə baxmayaraq, bu gün belə, mətbuat orqanlarında təkamülü tənqid edən hər hansı bir düşüncə tapmaq demək olar ki, qeyri-mümkündür.

 

Ancaq küçədəki adam böyük bir təlqinin təsirində qaldığını və böyük bir yalanın özünə həqiqət imiş kimi təqdim edildiyini çox vaxt hiss etmir. Onsuz da yenə çox vaxt belə bir şeydən şübhələnəcək və: “Görəsən, aldadılırammı”, -deyə araşdıracaq düşüncəyə sahib deyil. Araşdırsa belə, təkamülü araşdıracaq imkana da sahib deyil. Tək edəcəyi şey qurulan sistemin təlqininə və bu nizama uymuş çoxluğa tabe olmaqdır.

 

Halbuki, əksəriyyətə tabe olmaq insanı doğruya aparmır. Çünki həmin əksəriyyət qəti dəlillərini gördükləri bir mütləq həqiqətə deyil, yalnız quru bir iddiaya inanmışdır. Bu isə Quran ayəsinin xəbər verdiyi kimi yoldan azmaqdır:

 

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi / 116)

 

Təkamül mövzusunda sistemli bir şəkildə edilən və təkamülü sübut edilmiş bir həqiqət kimi təqdim edən təlqinlər isə üzərində bir az düşünüldükdə yalan olduğu aydın olur.

Təkamül nağılları

Əvvəlki səhifələrdə təkamülçülərin çıxardığı saxta dəlillərə və etdikləri təhriflərə toxunmuşduq. Ancaq cəmiyyətə təkamülü qəbul etdirmək üçün istifadə edilən üsullar bu saxtakarlıqlardan daha bəsitdir.

 

Ən əhəmiyyətli və təsirli üsul təkamülçülərin rekonstruksiya təsvirləridir. Təkamülçü nəşrlərə baxanda bu şəkillərə çox rast gələrsiniz. Rəsmlərdə yarı insan, yarı meymun varlıqlar çox vaxt ailəvi təsvir olunur. Tüklü bədənlərə, yüngül əyri yerişə, meymun-insan qarışığı bir üzü olan bu varlıqlar təkamülçü “alimlər” tərəfindən tapılan fosillər əsasında çəkilmişlər.
Halbuki, bu şəkillərin heç bir mənası yoxdur. Çünki tapılan fosillər yalnız canlının sümük quruluşu haqqında məlumat verir. Bu fosili nümunə götürərək canlının bədəninin necə tüklü olduğu haqqında bir fikir irəli sürülə bilməz. Eyni şəkildə, canlının burnu, qulaqları, dodaqları, saçları haqqında da heç bir məlumat ola bilməz. Halbuki, təkamülçülər rəsmlərdə ən çox burun, dodaq və qulaq kimi orqanları yarı insan, yarı meymun şəklində göstərirlər.

 

Bu yolla normal bir insan kəlləsinə də meymun burnu, qulağı və dodağı əlavə edib xəyali bir ara keçid forması əldə edə bilərsiniz.
Necə ki, təkamülçülər bu mövzuda o qədər yalan danışırlar ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yaraşdıra bilirlər. Məsələn, avstralopitek robustus (zinjanthropus) adlı fosil üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya şəkil bunun məşhur bir nümunəsidir. Əvvəlki səhifələrdə toxunduğumuz kimi, bir donuz dişini nümunə götürərək “tapılan” və ailəsi ilə birlikdə yarı insan, yarı meymun bir görünüşlə çəkilən xəyali Nebraska adamı da təkamülçülərin xəyal gücünün nə qədər inkişaf etdiyini göstərən başqa bir nümunədir.

 

Amma bu xəyali təsvirlər bir çox insana görə, təkamülə inanmaq üçün olduqca qənaətbəxş bir dəlildir. “Böyük alimlər” bu cədvəlləri özlərindən uyduracaq deyillər ki! ...
Məhz çox insan bu “böyük alimlər” tərəfindən uydurulan böyük yalana, təkamül nəzəriyyəsinə kor-koranə inanır. Təkamül o qədər qatı bir təbliğat ilə cəmiyyətə qəbul etdirilmişdir ki, insanlar bu nəzəriyyəni qəbul etmək üçün dəlil axtarmırlar belə. Bir çox insan təkamülü dünyanın dairəvi olması qədər qəti bir həqiqət zənn edir.
Təkamülçü D.Devar (Douglas Dewar) nəzəriyyənin cəmiyyətə qəbul etdirilməsində mətbuatın oynadığı rolu belə izah edir:

 

Təkamülçülərin mətbuatı ələ keçirmələrinin əhəmiyyətini çox az insan hiss etmişdir. Bu gün çox az jurnalda təkamül nəzəriyyəsini rədd edən məqalə çıxır. Hətta dini jurnalların belə bir çoxu insanın heyvan nəslindən gəldiyini qəbul edən modernistlərin əlindədir. Ümumiyyətlə, bütün qəzetlərin redaktorları təkamülü sübut edilmiş bir qanun olaraq qəbul edir və nəzəriyyəyə qarşı çıxan hər kəsi cəhalət və ya dəlilikdə günahlandırırlar. Demək olar ki, hamısı. Təkamülçülər tərəfindən nəşr olunan elmi jurnallar isə təkamül anlayışına kiçik kölgə salacaq bir yazını belə nəşr etmək istəmirlər. Kitab nəşr edənlər qüvvədə olan bir nəzəriyyəyə qarşı çıxıb  üzərinə hücumlar yığacaq və ya rəğbət görməyəcək bir kitabı nəşr etməzlər. Hətta çap xərcləri yazıçıya aid olsa belə, nəşriyyatın etibar itirəcəyini düşünürlər. Beləliklə, xalq məsələni birtərəfli bilir. Cəmiyyət təkamül nəzəriyyəsini cazibə qanunu kimi sübut edilmiş bir həqiqət hesab edir.

 

Bəli, insanların əksəriyyəti təkamülü sübut edilmiş bir həqiqət zənn edir. Qatı təbliğat və təlqin sayəsində belə düşünürlər.
Təkamülçülər də bu “beyin yuma” proqramının onlara verdiyi üstünlükdən yaxşı istifadə edirlər. Bir çox insan təkamülün mövcud olduğuna elə inandırılmışdır ki, təkamülçülər nə yazırsa-yazsın, necə və niyə kimi bir sual ağıllarına gəlmir. Bu səbəbdən də təkamülçülər məntiqsiz iddialarını heç bir əsas və dəlil göstərmədən asanlıqla müdafiə edirlər.
Məsələn, ən “elmi” təkamülçü kitablarda belə, təkamülün ən böyük çətinliklərindən biri olan “sudan quruya keçid” mərhələsi uşaqları belə inandıra bilməyəcək bir sadəliklə izah edilir. Təkamülə görə, həyat suda başlamışdır və ilk inkişaf etmiş heyvanlar balıqlardır. Nəzəriyyəyə görə, necə olmuşsa (!), bir gün bu balıqlar özlərini quruya doğru atmağa başlamışlar! (Buna səbəb olaraq çox vaxt quraqlıq göstərilir.) Yenə nəzəriyyəyə görə, quruda yaşamağı seçən balıqlar necə olmuşsa, üzgəc yerinə ayaqlara, qəlsəmə yerinə də ciyərlərə sahib olmuşlar!

 

Bir çox təkamül kitabı bu böyük iddianın “necə”sinə heç girmirlər. Ən “elmi” mənbələrdə “sudan quruya keçid reallaşdı” kimi mənasız bir cümlə ilə bu iddianın qəribəliyi ört-basdır edilir.

 

Görəsən, bu keçid necə reallaşmışdır? Bir balığın sudan çıxanda bir-iki dəqiqədən çox yaşamadığını bilirik. Təkamülçülərin iddia etdiyi kimi, bir quraqlıq yaşandığını və balıqların zəruri olaraq quruya yönəldiklərini qəbul etsək, bu vəziyyətdə balıqların başına nə gəlmiş ola bilər, sizcə? Cavab aydındır: sudan çıxan balıqların hamısı bir-iki dəqiqə içində tək-tək ölər. Bu iş on milyon il davam etsə belə, cavab yenə eynidir: balıqların hamısı tək-tək ölər. Kimsə çıxıb: “Bəlkə də bu balıqlardan bəziləri dördüncü milyon ilin sonunda sudan çıxıb, elə can verdikləri anda birdən-birə ağciyər sahibi olmuşlar”, -deyə bilməz. Çünki bu, ağıl və məntiqə tamamilə ziddir.

 

Ancaq təkamülçülərin iddia etdiyi şey tam olaraq budur. “Sudan quruya keçid”, “qurudan havaya keçid” və daha milyonlarla “sıçrayış” bu məntiqsiz izah ilə açıqlanır. Göz, qulaq kimi son dərəcə mürəkkəb orqanların necə meydana gəldiyi mövzusuna isə təkamülçülər heç toxunmurlar.

 

Bu səbəbdən, təkamül böyük yalandır. Özü də son dərəcə məntiqsiz, son dərəcə əsassız bir yalan. Ancaq kitabın əvvəlki səhifələrində də dediyimiz kimi, məntiqli kimi göstərilməyə çalışılır. Bu da mövzu haqqında dəlillər göstərməkdən çox beyin yuma üsulu ilə həyata keçirilir. Küçədəki adamı elmilik maskası ilə aldatmaq asandır: sudan quruya keçidi təmsil edən xəyali bir şəkil çəkirsiniz, sudakı heyvana, qurudakı “nəvəsinə” və aradakı “ara keçid forması”na (bu xəyali bir heyvandır) latınca adlar uydurub qoyursunuz. Sonra da ehkam kəsirsiniz: “Eusthenopteron” uzun bir təkamül müddəti içində əvvəl “rhipitistian crossoptergian”a, sonra da “ichthyostega”ya çevrildi. Bu cümləni bir də qalın eynəkli, ağ önlüklü bir “alim”ə söylədirsəniz və beləliklə, bir çox insanı əmin etmiş olursunuz. Çünki təkamülü insanlar arasında yaymağı ən böyük masonik vəzifə qəbul edən media ertəsi gün dünyanın dörd tərəfində bu böyük kəşfi böyük həyəcanla insanlara müjdələyəcək. Medianın özünə göstərdiyi dünyadan başqa bir dünya tanımayan cəmiyyət üçün bu “böyük dəlil” təkamülə inanmaq üçün kifayətdir, hətta artıqdır...

 

İnsanın təkamülü nağılı

Medianın təkamülü qəbul etdirmək üçün istifadə etdiyi üsula diqqət yetirin: “Budur ən böyük dəlil” iddiası ilə təqdim edilənlər çox vaxt insanın təkamülünə dəlil olaraq göstərilən kəllələrdir. Çünki təkamülçülər on illərdir davam edən bir səy nəticəsində meymundan insana doğru uzanan bir “kəllə seriyası” anlayışı meydana gətirməyi bacarmışlar. Bunun üçün nəsli tükənmiş bəzi meymun fosillərindən istifadə edilmiş, bəzi təhriflər edilmiş, Yava adamı kimi saxtakarlıqlar edilmişdir. Təkamülçülərin tək məşğuliyyəti hamısına dəbdəbəli latınca ad qoyduqları bu kəllələri bir-birinin ardınca düzüb: “Budur, ən qədim atalarımızdan müasir insana qədər insanın təkamülü”, -deməkdir.

 

Halbuki, nəzəriyyənin digər iddiaları kimi, insanın təkamül iddiaları da tamamilə əsassızdır. Araşdıraq:
Təkamül nəzəriyyəsinin iddiasına görə, insanlar və dövrümüzdəki meymunlar ortaq atalara sahibdirlər. Bu ibtidai varlıqlar zamanla təkamül keçirərək bir qismi indiki meymunları, təkamülün digər bir qolunu izləyən başqa bir qrup da dövrümüzün insanlarını meydana gətirmişdir.

Təkamülçülər meymunlarla insanların ilk ortaq atalarını “Cənubi Afrika meymunu” mənasını verən “avstralopitek” adlandırırlar. Əslində isə nəsli tükənmiş qədim bir meymun növü olan avstralopiteklərin müxtəlif növləri var. Bunların bəziləri iri quruluşlu, bəziləri daha kiçik, daha zərif quruluşlu canlılardır.

İnsan təkamülünün bir sonrakı mərhələsini də təkamülçülər “homo”, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo seriyasındakı canlılar avstralopiteklərdən daha inkişaf etmiş müasir insandan çox fərqi olmayan canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə homo sapiens, yəni dövrümüzün müasir insanının meydana gəldiyi irəli sürülür.
İşin, əslində, təkamülçülərin ortaya atdığı bu xəyali ssenaridə avstralopitek adlandırdıqları canlılar nəsilləri tükənmiş həqiqi meymunlar, homo seriyasındakı canlılar isə qədim tarixlərdə yaşamış, bu gün isə nəsli tükənmiş irqlərə mənsub insanlardır. Təkamülçülər bir “insan təkamülü” sxemi meydana gətirmək üçün müxtəlif meymun və insan fosillərini böyüklüklərinə görə ard-arda düzmüşlər. Halbuki, elmi həqiqətlər bu qalıqların təkamül mərhələsini göstərmədiyini və insanın əcdadları olaraq göstərilən bu canlıların bir qisminin həqiqi meymunlar, bir qisminin də həqiqi insanlar olduğunu göstərmişdir.

İndi xəyali insan təkamülü sxeminin ilk pilləsini təşkil edən avstralopitekləri araşdıraq.

 

 

 

AVSTRALOPİTEKLƏR: HƏQİQİ MEYMUNLAR

 

Təkamülçülərin iddiasına görə, avstralopiteklər dövrümüzdəki insanların ən ibtidai atalarıdır. Bunlar üz və baş quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmləri isə indiki meymunlarınkından daha kiçik qədim növə aid edilir. Ancaq təkamülçülərin iddialarına görə, bu varlıqların insanların əcdadı olmasını sübut edən çox əhəmiyyətli bir xüsusiyyətləri var: iki ayaqlı olmaları.

 

Meymunlarla insanların hərəkət şəkli tamamilə fərqlidir. İnsanlar iki ayaqları ilə hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud bir hərəkət qabiliyyətinə sahibdirlər. Məsələn, ayı və meymun kimi heyvanlar nadir hallarda (məs. ov edərkən) iki ayaqları üzərində qısa müddətli hərəkət edirlər.

 

Təkamülçülərə görə avstralopitek adlı bu ibtidai canlılar hər zaman iki ayaqları üzərində yeriyə bilirdilər; bunlar iki ayaqlı canlılardı. Lakin iki ayaqları üzərində insanlar kimi dik olaraq yeriyə bilmirdilər; ancaq əyilmiş şəkildə yerimək qabiliyyətinə sahib idilər. Məhz bu məhdud iki ayaqlı yeriş belə, təkamülçüləri bu canlıların insanın əcdadı olduqları iddiasında cəsarətləndirməyə kifayət idi.

 

Halbuki, təkamülçülərin avstralopiteklərin iki ayaqlı olduqlarına dair iddialarını alt-üst edən ilk dəlil yenə təkamül tədqiqatçılarının özlərindən gəldi. Avstralopiteklərin fosilləri üzərində aparılan ətraflı araşdırma təkamülçüləri belə, bunların daha çox meymuna bənzədiyini qəbul etməyə məcbur etmişdi. 1970-ci illərin ortalarında avstralopitek fosilləri üzərində anatomik araşdırmalar aparan təkamülçü Ç.E.Oksnard (Charles E.Oxnard) avstralopiteklərin skelet quruluşlarını indiki oranqutanlarınkına bənzədirdi:

 

Avstralopiteklərin çiyin, çanaq, bilək, ayaq, dirsək və əlləri kimi anatomik bölgələri üzərində aparılmış bir çox müqayisəli anatomik araşdırma mövcuddur. Bütün bunlar bunu söyləyir: bu fosillərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün fosil parçaları həm insandan, həm də şimpanze və qorillalardan fərqlidir. Avstralopiteklər qrup şəklində araşdırılanda oranqutana bənzərlikləri aşkar olur.

 

Ancaq təkamülçülər üçün əsas utanma səbəbi avstralopiteklərin iki ayaqlı və əyilmiş şəkildə yeriyə bilməyəcəklərinin aydın olması oldu. İki ayaqlı, ancaq əyilmiş şəkildə yeridiyi iddia edilən avstralopitekin belə bir quruluşa sahib olması fiziki olaraq son dərəcə səmərəsiz olacaqdı və mütənasib olaraq yüksək bir enerji tələb edəcəkdi. Necə ki, 1996-cı ildə kompyuter mütəxəssisi R.Krompton (Robin Crompton) apardığı araşdırmalarda belə qarışıq yerişin qeyri-mümkün olduğunu göstərdi. Kromptonun gəldiyi nəticə bu idi: bir canlı ya tam dik, ya da tam dörd ayağı üzərində yeriyə bilər. Beləcə, avstralopiteklərin əyilmiş halda və iki ayaqla yeriyə bilməyəcəyi aşkarlandı.

 

Avstralopiteklərin iki ayaqlı olmadıqlarına aid ən əhəmiyyətli araşdırmalardan biri tədqiqatçı anatom F.Spuur (Fred Spoor) və qrupuna aid idi. Məşhur tədqiqatçılar 1994-cü ildə İngiltərə Liverpul Universitetinin İnsan anatomiyası və hüceyrə biologiyası şöbəsində fosil canlılar üzərində iki ayaqlılıq araşdırmaları aparmışdılar. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən əsas alaraq tədqiqatlar aparan alimlər avstralopiteklərin qətiyyən iki ayaqlı olmadıqlarını sübut etdilər. Beləliklə, avstralopiteklərin insanabənzər olduqlarına aid iddianın sonu çatdı.

 

 

 

ƏSL İNSAN FOSİLLƏRİ

 

Xəyali insan təkamülünün bir sonrakı pilləsi isə “homo”, yəni insan seriyasıdır. Bu silsilədəki canlılar müasir dövrün insanından çox fərqli olmayan, yalnız irqi bəzi fərqlilikləri olan insanlardır. Təkamülçülər bu fərqlilikləri şişirtməyə çalışaraq həmin insanları dövrümüzdəki insanların irqi olaraq deyil, ayrı bir növü olaraq izah etmişlər. Halbuki, bir azdan da görəcəyimiz kimi homo seriyasındakı insanların hamısı, əslində, normal bir insan irqindən başqa bir şey deyil.

 

Təkamülçülərin xəyali sxeminə görə, homo növünün öz içindəki xəyali təkamülü belədir: Əvvəl “homo erectus”, sonra “arxaik homo sapiens” və “neandertal insanı”, sonra da “cro-magno” adamı və dövrümüzdəki insan meydana gəlir.

 

Homo seriyasındakı yuxarıda saydığımız növlərin hamısı təkamülçülərin əksini iddia etməsinə baxmayaraq, bir az əvvəl də vurğuladığımız kimi əsl insandırlar. Əvvəlcə, təkamülçülərin ən ibtidai növ saydıqları “homo erectus”u araşdıraq.

 

“Homo erectus”un ibtidai növ olmadığını göstərən ən təsiredici dəlil ən qədim “homo erectus” qalıqlarından olan “Turkana uşağı” fosilidir. Turkana uşağı adlı bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman 1.83 boyunda olacağı güman edilir. Bu fosilin dik skelet quruluşu dövrümüzdəki insandan fərqsizdir! Uzun və incə olan skelet quruluşu indiki dövrdə tropik bölgələrdə yaşayan insanların skelet quruluşu ilə tamamilə uyğunlaşır. Bu fosil “homo erectus”un dövrümüzdəki insanın bir irqi olduğunun ən əhəmiyyətli dəlillərindəndir. R.Liki (Richard Leakey) “homo erectus”la dövrümüzdəki insanı belə qarşılaşdırır:

 

Hər hansı bir insan fərqlilikləri anlaya bilər: kəllənin forması, üzün bucağı, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqliliklər bu gün müxtəlif ərazilərdə yaşayan insan irqlərinin bir-birləri arasındakı fərqliliklərdən çox deyil. Belə fərqliliklər bir-birlərindən uzun zaman fasilələrində ayrı saxlandıqları zaman ortaya çıxır.

 

Yəni Liki bunu söyləyir ki, “homo erectus” və bizim aramızdakı fərq, məsələn, zəncilərlə eskimoslar arasındakı fərqliliklərdən çox deyil. “Homo erectus”un bu kəllə xüsusiyyətləri qidalanma forması, genetik köç və digər insan irqləri ilə müəyyən müddət ünsiyyətdə olmama kimi hadisələrin nəticəsində ortaya çıxmışdır.

 

“Homo erectus”un ibtidai növ olmadığının başqa bir dəlili bunların 27.000 illik və hətta 13.000 illik fosillərinin tapılmasıdır. Elm dünyasında böyük əks-sədaya səbəb olan və elmi bir jurnal olan “Time”da belə, nəşr olunan bir məqaləyə görə, Yava adasında yaşının 27.000 illik olduğu müəyyən edilən “homo erectus” fosilləri tapılmışdır. Avstraliyada Kou bataqlığında isə 13.000 illik “homo sapiens-homo erectus” xüsusiyyətləri daşıyan bəzi fosillər tapılmışdır. Bütün bu fosillər “homo erectus”un günümüzə olduqca yaxın tarixlərdə belə həyatını davam etdirmiş olduğunu və bunların bildiyimiz insanın bu günə qədər çata bilməmiş və tarixə basdırılmış bir irqindən başqa bir şey olmadığını göstərir.

 

 

 

ARXAİK HOMO SAPİENS VƏ NEANDERTAL ADAM

 

Arxaik homo sapiens xəyali təkamül sxeminin müasir dövrün insanından bir əvvəlki pilləsini meydana gətirir. Əslində, bu insanlar haqqında təkamülçülər baxımından deyiləcək bir şey yoxdur, çünki bunlar müasir dövrün insanından ancaq çox kiçik fərqliliklərlə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu növün nümayəndələrinin hələ də yaşadıqlarını söyləyərək avstraliyalı Aborigen yerlilərini nümunə göstərirlər. Aborigen yerliləri də eyni bu növ kimi qalın qaş çıxıntılarına, içəri doğru əyilmiş çənə quruluşuna və bir az daha kiçik beyin həcminə sahibdirlər. Həmçinin çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşadığına dair çox ciddi tapıntılar əldə edilmişdir.

 

Təkamülçülər arxaik homo sapiensə ən mühüm nümunə olaraq Hollandiyanın Neander vadisində tapılan və neandertal adamı adlandırılan insan fosillərini göstərirlər. Hal-hazırda da bir çox tədqiqatçı neandertal insanı dövrümüzdəki insanın bir alt növü olaraq təyin edərək “homo sapiens neandertalensis” kimi tanıdırlar. Bu irqin müasir insanla birlikdə eyni anda və eyni coğrafiyada yaşadığı aydındır. Tapıntılar neandertalların ölülərini basdırdıqlarını, müxtəlif musiqi alətləri düzəltdiklərini və eyni dövrdə yaşamış homo sapienslərlə birlikdə inkişaf etmiş bir mədəniyyəti paylaşdıqlarını açıq şəkildə göstərir. Neandertal fosillərinin tamamilə müasir olan kəllə və skelet quruluşları da hər hansı bir fərziyyəyə açıq deyil. Bu mövzuda ciddi  nüfuz sahibi sayılan “New Mexico” Universitetindən Erik Trinkaus belə yazır:

 

Neandertal qalıqları və müasir insan sümükləri arasında aparılan ətraflı müqayisələr bunu göstərir ki, neandertalların anatomiyasında, yaxud da hərəkət, alətdən istifadə, zəka səviyyəsi və ya danışıq qabiliyyəti kimi xüsusiyyətlərində müasir insanlardan aşağı sayılan heç bir şey yoxdur.

 

Bunlardan əlavə olaraq, neandertalların dövrümüzdəki insana görə bəzi üstünlükləri vardır. Neandertalların beyin həcmləri dövrümüzdəki insanınkından daha böyükdür və bədənləri daha sağlam və əzələləri daha güclüdür. Yenə Trinkaus belə deyir:

 

Neandertalların fərqi bədən sümüklərinin ümumi olaraq şişirdilmiş  quruluşlu olmasıdır. Bu sümüklər müasir insanlar tərəfindən nadir olaraq sahib olunan gücə işarə edir. Bundan əlavə, bu xüsusiyyət yalnız yetkin kişilərdə deyil, yetkin qadınlarda, yaşlılarda və hətta uşaqlarda belə görünə bilər.

 

Qısası, neandertallar sadəcə zamanla assimilyasiya olmuş xüsusi insan irqidir.

 

Bütün bunlar, “insanın təkamülü” deyilən bir prosesin tarixdə heç yaşanmadığını göstərir. Tarixdə sadəcə fərqli meymun növləri və bəzi fiziki xüsusiyyətləri bugünkü insandan fərqli olan fərqli insan irqləri yaşamışdır. Təkamülçülər bunları bir-birinin ardınca düzərək xəyali təkamül sxemi meydana gətirirlər.

 

Halbuki, əslində, ortada heç bir keçid forma yoxdur. Yəni insanlar hər zaman insan, meymunlar da hər zaman meymun olmuşlar.

 

Molekulyar təkamül müəmması

Əvvəlki bölmədə araşdırdığımız və “insanın təkamülü” nağılını kökdən sarsıdan dəlillərlə yanaşı, təkamülçülərin gözlərdən uzaq tutmağa çalışdığı minlərlə mövzu vardır. Bunlardan biri də üzvi təkamüldür.

 

Təkamülçülər nəsli tükənmiş meymun növlərinə aid olan bir neçə kəlləni ard-arda düzərək xəyali nəzəriyyələrini sübut edilmiş bir həqiqət imiş kimi təqdim edirlər. Halbuki, insanın təkamülünə gələnə qədər açıqlanması mümkün olmayan milyonlarla mərhələ vardır. Çünki təkamül yalnız insanın meymundan təkamül keçirməsini deyil, bütün canlı həyatın təkamül müddəti içində meydana gəldiyini irəli sürür. Bu fərziyyəyə görə, ilk canlı həyat amin turşularının təsadüfən meydana gəlməsi ilə başlamış, bunu zülallar izləmiş, ardınca tək hüceyrəli canlılar və suda həyat meydana gəlmiş, sudan quruya, qurudan havaya keçid baş vermiş və bu şəkildə, bütün canlılar bir-birlərindən törəmişlər.

 

Halbuki, üstdəki cümlədə çox qısa şəkildə araşdırdığımız bu müddətin meydana gəlməsi ehtimaldan kənar olan milyonlarla təsadüfə əsaslanır.

Ehtimallardan bəhs etməzdən əvvəl “təbiət canlıların ən kiçik quruluş əsası olaraq qəbul edilən amin turşularını meydana gətirə bilərmi?” sualını cavablandıraq.
Bu sualın cavablandırılması təkamülçülər üçün olduqca əhəmiyyətlidir. Çünki əgər təbiət tək bir amin turşusu belə əmələ gətirə bilmirsə, ona “bütün canlıların yaradıcısı” ünvanını yaraşdırmaq heç inandırıcı deyil.

 

“Canlıların ilk olaraq necə ortaya çıxdığı” sualı təkamül nəzəriyyəsi üçün o qədər böyük bir çətinlikdir ki, təkamülçülər bu mövzuya əllərindən gəldiyi qədər toxunmamağa çalışırlar. Mövzunu “ilk canlı aləm bəzi təsadüfi amillərin təsiri ilə suda meydana gəldi” kimi sözlərlə yola verməyə çalışırlar. Çünki bu mövzuda qarşılaşdıqları çətinlik heç bir şəkildə həll ola bilmir. Paleontologiya təkamül mövzularının əksinə, bu mövzuda təhriflər və qərəzli izahlarla nəzəriyyələrinə qata biləcəkləri fosillər də yoxdur. Bu səbəbdən, təkamül nəzəriyyəsi hələ başlanğıc nöqtəsində çox açıq bir şəkildə sarsılır.

 

Bir məsələyə də diqqət etmək lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun ortaya çıxması nəzəriyyənin tamamilə yanlış olduğunu və əsassızlığını sübut etmək üçün kifayətdir. Məsələn, yalnız zülalların təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da alt-üst edir. Bundan sonra insan və meymun kəllələrinin üzərilərində fərziyyə qurmağın da heç bir mənası yoxdur.

 

Canlıların cansız maddələrdən yarana bildiyi uzun müddət təkamülçülərin o qədər də yanaşmaq istəmədiyi problem idi. Ancaq davamlı olaraq görməzlikdən gəldikləri bu problem getdikcə qaça bilmədikləri bir problemə çevrildi və 20-ci əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla açıqlanmağa çalışıldı.

 

İlk cavablandırılması lazım olan sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə ortaya çıxa bilərdi? Daha doğrusu, təkamülçülər bu sual qarşısında necə açıqlama verməli idilər?

 

Sualların cavabı təcrübələrlə tapılmağa çalışıldı. Təkamülçü alimlər və tədqiqatçılar bu sualları cavablandırmaq cəhdi ilə yenə çox maraq oyandırmayan bəzi laboratoriya təcrübələri apardılar. Həyatın mənşəyi mövzusunda təkamülçülərin ən çox etibar etdiyi araşdırma isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən aparılan və “Miller təcrübəsi” və ya “Urey-Miller” təcrübəsi adlandırılan təcrübə oldu.

 

Təkamül prosesinin ilk mərhələsi deyə təqdim edilən molekulyar təkamül fərziyyəsini sübut etmək üçün istifadə edilən yeganə “dəlil” məhz bu təcrübədir. Aradan onlarla il keçməsinə, böyük texnoloji irəliləyişlər qeyd edilməsinə baxmayaraq, bu mövzuda heç bir yeni təşəbbüs göstərilməmişdir. Bu cür səylərin onları dəstəkləmədiyini, əksinə, hər dəfə iddialarını alt-üst etdiyini başa düşən təkamülçülər başqa təcrübələrə girişməkdən qaçırlar.

 

Nəticədə, təkamül nəzəriyyəsi nəinki növlərin meydana gəlməsinə, heç canlıların elementi olan hüceyrələri meydana gətirən tək bir zülal molekulunun belə, təsadüfən necə meydana gəldiyinə bir açıqlama verə bilmirlər. Yəni təkamül zülal mərhələsində dayanır. Buna baxmayaraq, bu təcrübə bu gün belə, dərs kitablarında canlıların ilk dəfə meydana gəlməsinin təkamül izahı olaraq tədris olunur.

 

 

 

MİLLERİN TƏCRÜBƏSİ

 

Miller İkinci Dünya Müharibəsindən dərhal sonra Çikaqo Universitetindəki müəllimi Harold Urey ilə birlikdə bəzi mikrobioloji araşdırmalara girişdi. Hədəfi milyardlarla il əvvəlki cansız dünyada canlılar aləminin özbaşına və təsadüfən meydana gələ biləcəyini göstərmək idi. Canlıların ən kiçik elementləri olan amin turşularının təsadüfən meydana gələ biləcəklərini sübut edən bir təcrübə aparmağa qərar verdi.

 

Miller bu məqsədlə ibtidai dünyanın meydana gəlməsində mövcud olduğunu zənn etdiyi, ancaq daha sonralar həqiqi olmadığı aydın olan bir atmosfer mühitini laboratoriyasında qurdu və fəaliyyətlərinə başladı. Təcrübəsində ibtidai atmosfer olaraq istifadə etdiyi qarışıq ammonyak, metan, hidrogen və su buxarından ibarət idi.

 

Miller metan, ammonyak, su buxarı və hidrogenin təbii şərtlərdə bir-biri ilə reaksiyaya girə bilməyəcəyini bilirdi. Bunların bir-biri ilə reaksiyaya girməsini təmin etmək üçün kənardan enerji əlavə etmək lazım olduğunu da başa düşürdü. Bu səbəbdən, bu enerjinin ibtidai atmosfer mühitində ildırımlardan qaynaqlana biləcəyini qarşıya qoydu. Bu fərziyyəyə əsaslanaraq apardığı təcrübələrində süni  elektrik boşaltma mənbəyindən istifadə etdi.

 

Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, digər tərəfdən də bu isti mühitə elektrik cərəyanı verdi. Həftənin sonunda Miller qabın dibində olan qarışıqdakı kimyəvi maddələri ölçdü və zülalların əsasını təşkil edən 20 növ amin turşusundan üçünün sintez etdiyini müşahidə etdi.

 

Təcrübə təkamülçülər arasında böyük sevinc yaratdı və çox böyük nailiyyət imiş kimi təqdim edildi. Hətta müxtəlif nəşrlər hadisənin təsiri ilə “Miller həyatı yaratdı” şəklində başlıqlar atacaq qədər irəli getdilər. Halbuki, Millerin sintez etdiyi molekullar cansız idi.

 

Bu təcrübənin öz nəzəriyyələrini təsdiq etdiyinə inanan təkamülçülər bundan aldıqları cəsarətlə dərhal ssenari yaratmaq işinə girişdilər. Miller guya amin turşularının öz-özünə əmələ gələ biləcəyini sübut etmişdi. Buna əsaslanaraq sonrakı mərhələlər də dərhal təşkil edildi. Çəkilən ssenariyə görə, ibtidai atmosferdə meydana gələn amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun düzülüşlə birləşmiş və zülalları meydana gətirmişdilər. Təsadüf əsəri meydana gələn bu zülalların bəziləri də özlərini hər hansı bir şəkildə meydana gəlmiş hüceyrə pərdəsinə bənzər quruluşların içinə yerləşdirərək ibtidai hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zamanla yan-yana gəlib birləşərək canlı orqanizmləri meydana gətirmişdilər. Ssenarinin ən böyük dayağı isə Millerin təcrübəsi idi.

 

Halbuki, Miller təcrübəsi əsassız olduğu dəfələrlə sübut edilmiş saxtakarlıqdan başqa bir şey deyildi.

 

 

MİLLERİN TƏCRÜBƏSİ YALNIZ GÖZDƏN PƏRDƏ ASMAQDAN İBARƏT İDİ

 

Demək olar ki, əlli yaşında olan bu təcrübə dəfələrlə əsassızlığı sübut edildiyi halda, bu gün hələ canlılar aləminin özbaşına meydana gəlməsi haqqındakı ən böyük dəlil olaraq təkamülçü ədəbiyyatdakı yerini qoruyur. Halbuki, Miller təcrübəsi qərəzli və birtərəfli təkamülçü məntiqi ilə deyil, açıq şüurla qiymətləndiriləndə vəziyyətin təkamülçülər üçün o qədər ümid verici olmadığı görünür. Çünki hədəfini ibtidai dünya şərtlərində amin turşularının öz-özlərinə əmələ gələ biləcəyini sübut etmək olaraq göstərən təcrübə bir çox cəhətdən bu hədəflə uyğunsuzluq göstərir. Bunları belə sıralaya bilərik:

 

1 – Miller təcrübəsində soyuq tələ (cold trap) adlı bir mexanizmdən istifadə edərək amin turşularını meydana gəldikləri anda mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə, amin turşularını təşkil edən mühitin şərtləri bu molekulları əmələ gəlmələrindən dərhal sonra məhv edərdi.

Halbuki, ultrabənövşəyi şüalar, ildırımlar, müxtəlif kimyəvi maddələr, yüksək oksigen miqdarı və s. kimi ünsürləri ehtiva edən ibtidai dünya şərtlərində bu cür şüurlu qurğuların mövcud olduğunu düşünmək belə mənasızdır. Bu mexanizm olmadan hər hansı bir növ amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqlar. Kimyaçı R.Blis (Richard Bliss) bu ziddiyyəti belə izah edir:

 

Millerin alətləri içərisində ən vacib vasitələrdən biri olan soyuq tələ kimyəvi reaksiyalardan əmələ gəlmiş məhsulları toplamaq vəzifəsini yerinə yetirirdi. Həqiqətən, bu soyuq tələ olmadan kimyəvi məhsullar elektrik qaynağı tərəfindən korlanmış olacaqdı.

 

Miller eyni vəsaitlərdən istifadə etdiyi halda, soyuq tələ yerləşdirmədən etdiyi daha əvvəlki təcrübələrdə tək bir amin turşusu belə əldə edə bilməmişdi.

 

2 - Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. Bu həqiqəti 1980-ci illərin ortalarına doğru mövzu ilə maraqlanan bəzi geoloqlar ortaya çıxardılar. Buna görə, Miller süni mühitdə lazım olan azot və karbondioksidi görməzlikdən gəlir, bunların yerinə metan və ammonyakdan istifadə etməyə üstünlük verirdi.
Bəs təkamülçülər nə üçün ibtidai atmosferdə metan (CH4), ammonyak (NH3) və su buxarının (H2O) olduğu mövzusunda təkid etmişdilər? Cavab sadədir: ammonyak olmadan bir amin turşusunun sintez edilməsi qeyri-mümkün idi. K.M.Kin (Kevin Mc Kean) “Discover” jurnalında nəşr etdiyi məqalədə bu vəziyyəti belə izah edir:

 

Miller və Urey dünyanın qədim atmosferini metan və ammonyak qarışdıraraq süni yolla meydana gətirdilər. Onlara görə, dünya metal, qaya və buzun homogen bir qarışığı idi. Halbuki, son çalışmalarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi aydın olmuşdur. Belə ki, o dövrdəki kimyəvi atmosfer daha çox azot (N2), karbondioksid (CO2) və su buxarından (H2O) meydana gəlməli idi. Halbuki, bunlar üzvi molekulların meydana gəlməsi üçün ammonyak və metan qədər uyğun deyildirlər.

 

Nəticə olaraq, ibtidai dünya atmosferinin Millerin zənn etdiyindən daha fərqli qazlardan meydana gəldiyi ortaya çıxmışdı.
Bəs bu qazların istifadə edilməsi ilə təcrübələrdə amin turşusu əldə edə bilmək mümkün idimi? Amerikalı alimlər J.P.Ferris və C.T.Çenin araşdırmaları bu suala lazım olan cavabı verdi. Ferris və Çen karbondioksid, hidrogen, azot və su buxarından ibarət olan bir atmosfer mühitində Millerin təcrübəsini təkrarladılar və bu qaz qarışığı ilə bir tək molekul amin turşusu belə əldə edə bilmədilər.

 

Uzun müddət səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.

 

3 - Millerin təcrübəsini əsassız edən başqa əhəmiyyətli məsələ  amin turşularının meydana gəldiyi iddia edilən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen tapılması idi. Aparılan geoloji araşdırmalarda tapılan, yaşları 3.5 milyard il olaraq hesablanan daşların dünyanın ən qədim daşlarından olduqları aydın oldu. Daşlarda oksidləşmiş dəmir və uran qalıqları vardı.

 

Oksigen miqdarının bu dövrdə təkamülçülərin iddia etdiyindən daha çox olduğunu göstərən başqa tapıntılar da vardır. Aparılan tədqiqatlar günəşin o dövrdə təkamülçülərin təxminlərindən 10 min dəfə çox ultrabənövşəyi şüa yaydığını göstərmişdir.

 

Bu vəziyyət oksigen nəzərə alınmadan aparılmış Miller təcrübəsini tamamilə əsassız edir. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi.

 

Digər tərəfdən, oksigenin tapılmadığı bir mühitdə  -hələ ozon təbəqəsi mövcud olmadığına görə- çox sıx miqdardakı ultrabənövşəyi şüaların təsirinə məruz qalan dünyada hər hansı bir üzvi molekulun yaşaya bilməyəcəyi aydındır. Nəticədə, ibtidai dünyada oksigenin mövcud olub-olmaması da amin turşuları üçün yox edici bir mühit olması demək idi.
4 - Miller təcrübəsinin nəticəsində sadəcə canlılar aləmi üçün lazım olan amin turşuları əldə edilməmiş, bunlardan daha çox miqdarda canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərdəki üzvi turşular da meydana gəlmişdi. Amin turşularının təcrid edilməyərək bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqları təqdirdə isə bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli birləşmələrə çevrilmələri labüd idi.

 

Həmçinin təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli amin turşusu çıxmışdı. Bu amin turşularının varlığı təkamülü öz məntiqi içində belə çürüdürdü. Çünki sağ əlli amin turşuları canlı quruluşunda istifadə edilə bilməyən amin turşularıdır. Amerikalı bioloqlar Blis və Parker (Gray E. Parker) bu məsələni belə açıqlayırlar:

 

Miller, təcrübəsində sadəcə həyat üçün lazım olan molekulları (sol əlli amin turşuları) əldə etməklə kifayətlənməmiş, eyni zamanda, təkamülə müdaxilə edən sağ əlli amin turşularından meydana gəlmiş uzun bir zəncir də əldə etmişdi.

 

Nəticə olaraq, Millerin təcrübəsindəki amin turşularının meydana gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, ortaya çıxacaq işə yararlı molekulları parçalayıcı, yandırıcı bir turşu qarışığı xüsusiyyətində idi.

 

Bütün bunların göstərdiyi tək bir konkret həqiqət vardır: Miller təcrübəsinin canlılar aləminin ibtidai dünya şərtlərində təsadüfən meydana gələ biləcəyini sübut etmək kimi bir iddiası qəbul edilmir. Hadisə amin turşusu sintez etməyə yönəlmiş şüurlu və idarəli bir laboratoriya təcrübəsindən başqa bir şey deyil. İstifadə edilən qazların növləri və qarışıq nisbətləri amin turşularının meydana gələ bilməsi üçün ən ideal ölçülərdə təyin olunmuşdur. Mühitə verilən enerji miqdarı nə az, nə çox, tamamilə istənilən reaksiyaların reallaşmasını təmin edəcək şəkildə, dəqiqliklə nizamlanmışdır. Təcrübə cihazı ibtidai dünya şərtlərində mövcud ola biləcək heç bir zərərli, məhv edici, ya da amin turşusunun meydana gəlməsinə mane olan ünsürü saxlamayacaq və içəri sızmasını önləyəcək şəkildə istehsal edilmişdir. Amin turşularının quruluşunda olan üç-beş elementdən başqa ibtidai dünyada mövcud olan və reaksiyaların gedişini dəyişdirəcək heç bir element, mineral və ya birləşmə təcrübə balonuna qoyulmamışdır. Oksidləşmə səbəbindən amin turşularının varlığına imkan verməyəcək oksigen bunlardan yalnız biridir. Qaldı ki, hazırlanan ideal laboratoriya şərtlərində belə, yaranan amin turşularının eyni mühitdə parçalanmadan varlıqlarını davam etdirə bilmələri mümkün deyil. Ancaq bu problem də meydana gəldikləri anda amin turşularını mühitdən ayıracaq başqa bir süni qurğu ilə (cold trap) həll edilmişdir.

 

Əslində, bu təcrübə ilə təkamülçülər nəzəriyyələrini öz əlləri ilə alt-üst etmişlər. Çünki təcrübə amin turşularının təsadüfən deyil, ancaq bütün şərtləri xüsusi olaraq nizamlanmış nəzarətli bir laboratoriya mühitində, şüurlu müdaxilələr nəticəsində əldə edilə biləcəyini sübut etmişdir.

 

Yəni canlılar aləmini ortaya çıxaran güc şüursuz təsadüflər deyil, ancaq yaradılış ola bilər. Bu səbəbdən, canlılar aləminin hər mərhələsi bizlərə Allah’ın varlığını və gücünü sübut edən  dəlil xüsusiyyətindədir.

 

 

 

İbtidai dünya mühiti və zülallar

 

Daha əvvəl saydığımız bütün əsassızlıqlarına baxmayaraq, təkamülçülər amin turşularının ibtidai dünya mühitində öz-özünə necə meydana gəldiyi sualından Miller təcrübəsi ilə yayınmağa çalışırlar. Bu uydurma təcrübə ilə həmin problemin çoxdan həll olduğu kimi bir təəssürat verərək bu gün belə, insanları yanıltmağa davam edirlər.

 

Lakin həyatın mənşəyini təsadüflərlə açıqlamaq cəhdinin ikinci mərhələsində təkamülçüləri amin turşularının təşəkkülü ilə müqayisə edilməyəcək dərəcədə böyük bir problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli amin turşularının müəyyən bir sıra ilə bir-birinə əlavə olunaraq meydana gətirdikləri canlılar aləminin əsas elementləri.

 

Zülalların təbii şərtlərdə təsadüfən meydana gəldiklərini iddia etmək amin turşularının təsadüfən meydana gəldiklərini iddia etməkdən daha məntiqsizdir. Amin turşularının zülalları meydana gətirmək üçün uyğun düzülüşlərdə təsadüfən birləşə bilmələrinin riyazi qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesabları ilə araşdırdıq. İndi isə zülal əmələ gəlməsinin kimyəvi olaraq da ibtidai dünya şərtlərində mümkün olmadığını görəcəyik.

 

 

 

SUDA ZÜLAL SİNTEZİ MÜMKÜN DEYİL

 

Amin turşuları zülal meydana gətirmək üçün kimyəvi olaraq birləşərkən aralarında peptid rabitəsi deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu ortaya çıxır.
Bu vəziyyət ibtidai həyatın dənizlərdə ortaya çıxdığını iddia edən təkamülçü izahı qəti şəkildə əsassız edir. Çünki kimyada “Le Châtelier” qanunu olaraq tanınan qanuna görə, ortaya su çıxaran bir reaksiyanın (kondensasiya reaksiyası) su olan bir mühitdə nəticələnməsi mümkün deyil. Sulu bir mühitdə bu növ bir reaksiyanın reallaşa bilməsi kimyəvi reaksiyalar içində əmələgəlmə ehtimalı ən aşağı olanı olaraq xarakterizə edilir.

 

Bu səbəbdən, təkamülçülərin həyatın başladığı və amin turşularının meydana gəldiyi yerlər olaraq ifadə etdikləri okeanlar amin turşularının bir sonrakı mərhələdə birləşərək zülalları meydana gətirməsi üçün qətiyyən uyğun olmayan mühitlərdir. R.E.Dikinson (Richard E. Dickinson) “Scientific American”da belə yazır:

 

Əgər zülal və nuklein turşu polimerləri aparıcı monomerlərdən meydana gəlirsə, polimer zəncirinə hər dəfə monomer birləşəndə bir molekul su atılması şərtdir. Bu vəziyyətdə suyun varlığının polimer meydana gətirmənin əksinə, mühitdəki polimerləri parçalama istiqamətində təsirli olması həqiqəti qarşısında sulu bir mühitdə polimerləşmənin necə getdiyini təxmin etmək çətindir.

 

Digər tərəfdən, təkamülçülərin bu həqiqət qarşısında söz dəyişdirib ibtidai həyatın qurularda meydana gəldiyini qarşıya qoymaları da qeyri-mümkündür. Çünki ibtidai atmosferdə meydana gəldikləri fərz edilən amin turşularını ultrabənövşəyi şüalarından qoruyacaq yeganə mühit dəniz və okeanlardır. Amin turşuları quruda ultrabənövşəyi şüalara görə parçalanırlar. Le chatelier prinsipi isə dənizlərdəki əmələgəlmə iddiasını alt-üst edir. Bu da təkamülü çıxılmaz vəziyyətə salan başqa bir səbəbdir.

Möcüzəvi molekul: DNT

Molekulyar səviyyədə bura qədər araşdırdıqlarımızın göstərdiyi kimi, amin turşularının meydana gəlməsi təkamülçülər tərəfindən heç bir şəkildə aydınlaşdırıla bilməmişdir. Zülalların meydana gəlməsi isə sözün əsl mənasında müəmmadır. Problem isə yalnız amin turşusu və zülallarla məhdudlaşmır: bunlar yalnız başlanğıcdır. Hüceyrə deyilən mükəmməl varlıq təkamülçülər üçün nəhəng boşluq meydana gətirir. Çünki hüceyrə yalnız amin turşusu quruluşlu zülallardan meydana gəlmiş bir yığın deyil. Yüzlərlə inkişaf etmiş sistemi olan, insanın hələ də bütün sirlərini aça bilmədiyi qarışıqlıqda bir canlıdır. Halbuki, əvvəl də ifadə etdiyimiz kimi, təkamülçülər nəinki bu sistemlərin, hüceyrənin hissəciklərinin belə, necə meydana gəldiklərini açıqlaya bilmirlər.

 

Həyatın mənşəyini təsadüflərlə açıqlamaq cəhdində olan təkamül nəzəriyyəsi hüceyrənin quruluşunun ən təməlindəki bu molekulların varlığına belə, məntiqli izah verə bilmir, genetika elmindəki irəliləmələr və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi isə nəzəriyyə üçün yeni problemlər meydana gətirir.

 

1955-ci ildə iki alimin -C.Uotson (James Watson) və F.Krik (Francis Crick)- DNT haqqında apardıqları müşahidələr biologiyada yeni cığır açdı. Bir çox alim genetika mövzusuna yönəldi. İllərlə davam edən tədqiqatlar nəticəsində nəhayət DNT-nin quruluşu öyrənildi.

 

Burada DNT-nin quruluşu və funksiyası haqqında əsas bir neçə məlumatı vermək istəyirik:

 

Bədəndəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində olan DNT adlı molekul insan bədəninin qüsursuz yaradıldığını sübut edir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatı, xarici görünüşdən daxili orqanlarının quruluşlarına qədər hər məlumat DNT-nin içində xüsusi şifrə sistemi ilə qeydiyyatdadır. DNT-dəki məlumat bu molekulu meydana gətirən dörd xüsusi molekulun düzülüş sırası ilə kodlanmışdır. Nukleotid (və ya əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, G, C ilə ifadə edilirlər. İnsanlar arasındakı bütün quruluş fərqləri bu hərflərin düzülüş vəziyyətləri arasındakı fərqdən yaranır. Bir DNT molekulunda təxminən 3.5 milyard nukleotid, yəni 3.5 milyard hərf vardır.

 

Bir orqana və ya bir zülala aid olan DNT üzərindəki məlumatlar gen adlanan xüsusi hissələrdə yerləşir. Məsələn, gözə aid məlumatlar bir sıra xüsusi gendə, ürəyə aid məlumatlar bir sıra başqa gendə olur. Hüceyrədəki zülal istehsalı da bu genlərdəki məlumatlardan istifadə edilərək aparılır. Zülalların quruluşunu meydana gətirən amin turşuları DNT-də iştirak edən üç nukleotidin arxa-arxaya sıralanması ilə ifadə edilmişdir.

 

Bədənimizdəki orqanların hər biri fərqli sayda gen tərəfindən idarə edilir. Məsələn, dəri 2559, beyin 29930, göz 1794, tüpürcək vəzi 186, ürək 6216, sinə 4001, ağciyər 11581, qaraciyər 2309, bağırsaq 3838, skelet əzələsi 1911 və qan hüceyrələri 22092 gen tərəfindən idarə edilir.

 

DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə detallarına qədər təyin edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə sinir şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları tək bir hüceyrənin DNT-sində mövcuddur.

 

Burada bir cəhətə də diqqət etmək lazımdır. Bir geni meydana gətirən nukleotidlərdə meydana gələn bir sıralama səhvi o geni tamamilə faydasız hala gətirir. İnsan bədənində 200 min gen olduğu düşünülsə, bu genləri əmələ gətirən milyonlarla nukleotidin doğru sıralamada təsadüfən əmələ gələ bilməsinin qeyri-mümkünlüyü daha yaxşı aydın olar. Təkamülçü bioloq olan Solsberi (Salisbury) bu mümkünsüzlüklə əlaqədar olaraq bunları söyləyir:

 

Orta böyüklükdəki bir zülal molekulu təxminən 300 amin turşusu ehtiva edir. Buna nəzarət edən DNT zəncirində isə təqribən 1000 nukleotid tapılacaq. Bir DNT zəncirində dörd növ nuklein olduğu xatırlanarsa, 1000 nukleinlik bir sıra 41000 fərqli şəkildə ola biləcək. Kiçik bir loqarifm hesabı ilə tapılan bu rəqəm isə ağılın qavrama sərhədinin çox kənarındadır.38
41000-də bir, kiçik bir loqarifm hesabı nəticəsində 10620-ə bərabər olur. Bu rəqəm 10-un yanına 620 sıfır əlavə olunması ilə əldə edilir. 10-un yanında 11 dənə sıfır 1 trilyonu ifadə edərkən, 620 dənə sıfırlı bir rəqəmin qavranılması mümkün deyil.

 

Təkamülçü prof. dr. Əli Dəmirsoy da bu mövzuda bu etirafı etmək məcburiyyətində qalır:

Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələgəlmə şansı ağıla sığmaz bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin ortaya çıxma şansı astronomik deyiləcək qədər azdır.
Bütün bu qeyri-mümkünlüklərlə yanaşı, DNT çox çətin reaksiyaya girən bir quruluşa malikdir. Çünki DNT cüt zəncirdən meydana gəlmiş möhkəm bir spiral şəklindədir. Bu baxımdan da canlılar aləminin əsası olması düşünülə bilməz.

 

Bundan başqa, DNT yalnız zülal quruluşundakı bir sıra fermentlərin köməyi ilə cütlənə bilərkən bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında reallaşır. Hər ikisi də bir-birindən asılı olduğundan, cütləşmənin meydana gələ bilməsi üçün ikisi də eyni anda mövcud olmalıdır. Ya da ikisindən birinin daha əvvəl yaradılmış olması zəruridir. Amerikalı mikrobioloq H.Yakobson (Homer Jacobson) bu mövzuda belə deyir:

 

İlk canlının ortaya çıxdığı zaman çoxalma planlarının, ətrafdan maddə və enerji təmin etmənin, böyümə sırasının və məlumatları böyüməyə çevirəcək mexanizmlərin hamısına aid əmrlərin o anda bir yerdə olması gərəkir. Bunların hamısının kombinasiyası isə təsadüfən reallaşa bilməz.

 

Yuxarıdakı ifadələr 1955-ci ildə, yəni C.Uotson və F.Krik tərəfindən DNT-nin quruluşunun açılmasından iki il sonra yazılmışdı. Ancaq elmdəki bütün nailiyyətlərə baxmayaraq, bu problem təkamülçülər üçün həlsiz qalmağa davam edir. Qısası, törəmədə DNT-yə duyulan ehtiyac, bu artma üçün bəzi zülalların mövcud olma zəruriliyi və bu zülalların da DNT-dəki məlumatlara görə hazırlanma məcburiyyəti təkamül fərziyyələrini tamamilə əsassız edir.

 

Məsələn, alman alimlər Yunker (Junker) və Şerer (Scherer) də kimyəvi təkamül üçün lazım olan molekulların hamısının sintezinin ayrı-ayrı şərtlər tələb etdiyi və nəzəri olaraq belə əldə edilmə metodu bir-birindən fərqli bir çox maddənin bir yerə gəlmə şansının heç olmadığını belə izah edirlər:

 

İndiyə qədər kimyəvi təkamül üçün lazım olan bütün molekulların əldə ediləcəyi bir təcrübə bilinmir. Başqa sözlə, müxtəlif molekullar fərqli yerlərdə çox uyğun şərtlərdə çıxarılıb, hidroliz və fotoliz kimi zərərli amillərə qarşı qorunub yeni bir reaksiya bölgəsinə daşınmalıdır. Burada təsadüfdən bəhs edilə bilməz, çünki belə bir hadisənin öz-özünə reallaşma ehtimalı yoxdur.

               

Qısası, təkamül nəzəriyyəsi molekulyar səviyyədə reallaşdığı iddia edilən təkamüllə meydana gəlmələrin heç birisini sübut etmir. RNT molekulunun necə olub ki, özünə bir hüceyrə pərdəsi tapdığı, daha sonra hüceyrə orqanoidlərini necə ortaya çıxardığı kimi bir çox sual cavabsız qalır.

 

 

Canlılar aləmi molekul yığınlarından kənar bir anlayışdır

 

Buraya qədər bəhs etdiyimiz bütün imkansızlıq və məntiqsizlikləri bir an üçün unudaq və ibtidai dünya şərtləri kimi ola biləcək ən nəzarətsiz, ən əlverişsiz mühitdə bir zülal molekulunun meydana gəldiyini fərz edək.

 

Tək bir zülalın meydana gəlməsi də kifayət etməyəcək, zülalın bu nəzarətsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi eyni şərtlərdə təsadüfən meydana gələcək başqa bir molekulu da gözləməsi lazım olacaqdı.... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal həmişə təsadüfən eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən əmələ gələnlər o mühitdə ultrabənövşəyi şüaları, şiddətli mexaniki təsirlərə baxmayaraq, heç bir təhrifə məruz qalmadan, səbirlə minlərlə, milyonlarla il yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməli idilər. Sonra kifayət qədər və eyni nöqtədə əmələ gələn bu zülallar bir yerə gələrək hüceyrənin orqanoidlərini əmələ gətirməli idilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, faydasız zülal zənciri qarışmamalı idi. Sonra bu orqanoidlər son dərəcə uyğun və əlaqəli bir şəkildə, bir plan və nizam içərisində bir yerə gəlib, bütün lazımlı fermentləri də yanlarına alıb bir pərdə ilə örtülsəydilər, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi bir maye ilə dolsaydı, bütün bu qeyri-mümkündən də o yana sayılan hadisələr reallaşsaydı belə, meydana gələn molekul yığını sizcə canlana bilərdimi?

 

Cavab, xeyrdir. Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olması lazım olan maddələrin bir yerə gəlməsi kifayət deyil. Həyat üçün lazımlı bütün zülalları yığıb bir təcrübə balonuna qoysaq, yenə də bir canlı hüceyrə əldə etməyi bacara bilmərik.

 

Çünki həyat orqanizmi meydana gətirən parçaların, ya da molekulların bir yerdə olmasından daha uzaq, metafizik bir anlayışdır. Həyat Allah’ın Hayy (həyat sahibi, diri olan) sifətinin əks olunmasıdır. Ancaq Onun diləməsi ilə başlayır, davam edir və sona çatır. Hər şey kimi həyat da Allah’ın tək bir “ol” əmri ilə yaranmış və mövcuddur.

 

Təkamül canlılar aləminin necə başladığını açıqlaya bilmədiyi kimi, canlılar aləmi üçün lazım olan vasitələrin necə yarandığını və bir yerə gəldiyini də açıqlaya bilmir.
Biz yenə də bir an üçün bu qeyri-mümkünlükləri qəbul edək; milyonlarla il əvvəl yaşamaq üçün hər cür vasitəni əldə etmiş bir hüceyrənin meydana gəldiyini və bir şəkildə həyat sahibi olduğunu fərz edək. Ancaq təkamül burada yenə çökür: bu hüceyrə bir müddət həyatını davam etdirsə belə, sonda öləcək və öldükdən sonra ortada heç bir şey qalmayacaq, hər şey başlanğıca qayıdacaq. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra geriyə yeni bir nəsil buraxa bilməyəcək, canlılar aləmi də bunun ölümü ilə birlikdə sona çatacaq.

 

Genetik sistem isə yalnız DNT-dən ibarət deyil. DNT-dən bu şifri oxuyacaq fermentlər, bu şifrlərin oxunması ilə çıxarılacaq mRNT, mRNT-nin bu şifr ilə gedib istehsal üçün üzərinə bağlanacağı ribosom, ribosoma istehsalda istifadə ediləcək amin turşularını daşıyacaq bir daşıyıcı RNT və bunlar kimi saysız-hesabsız ara əməliyyatları təmin edən son dərəcə kompleks fermentlərin də eyni mühitdə olması gərəkir. Həmçinin belə bir mühitdə tələb olunan bütün xammal və enerji imkanları mövcud olmalı, hər istiqamətdən təcrid olunmalı və tamamilə nəzarətli olmalıdır.

 

Nəticədə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə tam formalaşmış bir hüceyrə olaraq mövcud olarsa, həm yaşaya biləcəyi, həm də maddə və enerji mübadiləsinə girə biləcəyi uyğun bir mühitdə olduğu təqdirdə çoxala bilər. Bu da dünyadakı ilk hüceyrənin inanılmaz dərəcədəki kompleks quruluşu ilə bir anda, durduğu yerdə meydana gəldiyi deməkdir.

 

Bəs kompleks bir quruluş bir anda meydana gəlmişdirsə, bunun mənası nədir?

 

Bu sualı bir də belə nümunə ilə izah edək. Hüceyrəni mürəkkəbliyinə görə qabaqcıl texnologiyaya sahib bir avtomobilə bənzədək. (Əslində, hüceyrə, mühərriki və bütün texniki təchizatına baxmayaraq, avtomobildən daha mürəkkəb və inkişaf etmiş bir sistemə malikdir). İndi belə sual verək: bir gün balta girməmiş bir meşənin dərinliklərində gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil tapsanız, nə düşünərsiniz? Görəsən, meşədəki müxtəlif elementlərin milyonlarla il ərzində təsadüfən bir araya gələrək belə məhsul ortaya çıxardığınımı düşünərsiniz? Avtomobili təşkil edən bütün xammal- dəmir, plastik, kauçuk və s. torpaqdan, ya da onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizi bu materialların təsadüfən sintez edilib, sonra da bir araya gələrək ortaya belə bir avtomobil çıxardıqlarını inandıra bilərmi?

 

Əlbəttə ki, ağıl və şüur sahibi olan hər normal insan avtomobilin şüurlu bir dizaynın, yəni bir fabrikin məhsulu olduğunu düşünər və bunun niyə meşədə olduğuna təəccüb edər.
Təkrar hüceyrəyə qayıtsaq, bunu söyləyə bilərik: kompleks bir quruluşun mövcud olduğu yerdə, bir anda bir bütün olaraq ortaya çıxması onun şüurlu bir varlıq tərəfindən yaradıldığını göstərir. Hələ hüceyrə qədər mürəkkəb bir quruluşda bu vəziyyət açıq-aşkar göz qabağındadır. Yararlı, mənalı bir zülalın təsadüfən əmələgəlmə ehtimalı sıfır ikən, bu xəyali zülallardan milyonlarının bir yerə gəlib hüceyrəni meydana gətirməsinin nə dərəcədə qeyri-mümkün olduğu açıqdır.

 

Qeyri-mümkünlüklər zənciri davam edir. İnsan bədəni üçün lazım olan milyonlarla zülalın təsadüfən meydana gəldiyini və təsadüfən eyni nöqtədə bir yerə yığıldığını fərz edək, bunun bir göydələnin daşının, sementinin, tikinti vəsaitlərinin bir yerə öz-özündən yığılması kimi qeyri-real iddiadan heç bir fərqi yoxdur. Bütün bu materialların olduqca kompleks bir plan və layihə çərçivəsində, son dərəcə ölçülü, hesablı, nizamlı, ağıllı və nəzarətli bir şəkildə və bir əmr-komanda zənciri ilə bir yerə gətirilməsi nəticəsində bir göydələn inşa edilə bilər.
Amma bəzi insanlar vardır ki, göydələnləri görəndə “kim tərəfindən inşa edilmişdir” sualını verirlər, canlılara gələndə isə “hansı təsadüf nəticəsində meydana gəlmişdir” deyə araşdırırlar. Bu, həqiqətən də başa düşülməsi çətin vəziyyətdir. Bunu anlamaq ancaq Quranın verdiyi məlumatla mümkündür. Quranda bəzi insanlar haqqında belə buyurulur:

 

Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi / 179)

 

“Təsadüflərin meydana gətirdiyi hüceyrə” nağılı

Təkamül nəzəriyyəsi məlum olduğu kimi canlılar aləminin təsadüflər nəticəsində meydana gələn bir hüceyrə ilə başladığını iddia edir. Daha sonra bu hüceyrə çoxalaraq yeni hüceyrələri meydana gətirmiş, bu hüceyrələr də birləşərək ibtidai canlı növlərini meydana gətirmişlər. İbtidai növlər də zamanla inkişaf etmiş növlərə doğru təkamül keçirərək bugünkü müasir canlıları meydana gətirmişlər. İnsan da bu təkamül zəncirinin ən son halqasıdır.

 

Əgər bu hekayəyə inanırsınızsa, aşağıda danışacağımız buna bənzər bir hekayəyə də inanmamaq üçün bir səbəb yoxdur... Bu, bir şəhərin hekayəsidir:

 

Bir gün quraqlıq bir ərazidə qayaların arasındakı bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq gün çıxanda quruyub qatılaşır və içinə qarışan bəzi mineralların da təsiri ilə bərkiyir. Daha sonra qəlibləşmiş qayalar qopub dağılır və ortaya düzgün formalı, möhkəm bir kərpic çıxır. Bu kərpic illərlə, eyni təbii şərtlərlə yanında eynilə özü kimi bir ikincisinin meydana gəlməsini gözləyir. Daha sonra, oxşar bir üçüncünün yanlarında meydana gəlməsi üçün birlikdə gözləyirlər. Bu vəziyyət eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə meydana gəlməsinə qədər davam edir. Hər kərpicin uyğun yerdə və uyğun şəkildə meydana gəlməsi üçün bəlkə minlərlə il gözlənilir. Bu arada böyük bir təsadüf nəticəsində əvvəl meydana gəlmiş kərpiclərdən heç bir itki olmur. Minlərlə il fırtınalara, yağışlara, küləyə, yandırıcı-qovurucu günəşə, dondurucu soyuğa məruz qalan kərpiclər qırılmır, parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpicləri gözləyirlər. Bundan əlavə, bu kərpiclərin meydana gəldiyi mühitdəki gil və palçıq eyni təbii şərtlərlə bunların da üzərinə yapışıb qatılaşaraq kərpicləri kobud, şəkilsiz və istifadəsiz kütlələrə çevirmir. Bir təhər, bütün kərpiclər eyni forma və mövqelərini qoruyurlar.

 

Kərpiclər kifayət saya çatdıqda külək, fırtına, qasırğa kimi təbii hadisələrin təsiri ilə sovrulub yan-yana və üst-üstə planlı bir şəkildə düzülüb bir bina qururlar. Bu vaxt, əlbəttə ki, kərpicləri bir-birinə yapışdıran sement, əhəng kimi vəsaitlər də çox uyğun zaman ərzində təbii şərtlərlə meydana gəlib qüsursuz bir plan içərisində kərpiclərin arasına girir və bunları bir-birlərinə birləşdirirlər. Əlbəttə, bütün bu əməliyyatlar başlayarkən torpağın altındakı dəmir filizləri də təbii şərtlərlə şəkillənib torpağın xaricinə uzanaraq kərpiclərin meydana gətirəcəyi binanın bünövrəsini qoyurlar. Nəticədə, hər cür vəsaiti, emalı, qurğusu ilə qüsursuz bir bina ortaya çıxır.

 

Əlbəttə ki, bina yalnız bünövrədən, kərpicdən və əhəngdən ibarət deyil. Elə isə digər əskiklər necə tamamlanmışdır? Cavab çox sadədir: binanın ehtiyacı olan hər cür vəsait üzərində yüksəldiyi torpaqda mövcuddur. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis və tirlər, sütunlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur. Taxta doğrama problemi də yaxın bir meşədəki ağacların baş verən qasırğa və fırtınalar nəticəsində sökülüb yonularaq binada istifadə edilməyə ən uyğun şəkildə sel suları ilə inşaat yerinə sürüşdürülməsi ilə həll edilir. Artıq bütün bu materialların binanın içinə yerləşmələri də təbii şərtlərin öhdəsinə götürülmüşdür. Əsən külək, yağan yağış, bir az da fırtınanın köməyi ilə bütün qurğular, emal, aksesuarlar kərpiclərin arasında yerli yerinə oturur. İşlər o qədər yerində getmişdir ki, kərpiclər gələcəkdə təbii şərtlərlə şüşə deyə bir şeyin meydana gələcəyini bilirlərmiş kimi tələb olunan pəncərə boşluqlarını buraxaraq düzülmüşlər. Hətta irəlidə yenə təsadüflərlə meydana gələcək su, elektrik, qızdırıcı qurğularının içlərindən keçə biləcəyi boşluqları buraxmağı da unutmamışlar. Dediyimiz kimi, işlər o qədər yerində getmişdir ki, bu fəaliyyət əsnasında tək bir çatışmazlıq, əskiklik, çoxluq, zamansızlıq, uyğunsuzluq meydana gəlməmişdir. Hər hansı bir mərhələdəki çatışmazlıq binanın çökməsinə, parçalanmasına, ya da heç bir işə yaramayan bir kərpic yığınına çevrilməsinə səbəb ola bilərdi. Lakin “təsadüflər” və “təbii şərtlər” həm ağıllı, dəqiq bir mühəndis, həm intizamlı, məsuliyyət sahibi bir usta, həm də çalışqan, məharətli bir işçi kimi çalışıb möhtəşəm bir uyğunlaşma və əməkdaşlıq göstərmişlər...

 

Əgər bu hekayəyə inandınızsa, bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, səkilərin, infrastruktura, xəbərləşmə və nəqliyyat sistemlərinin necə meydana gəldiyini də siz düşünüb tapa bilərsiniz. Hətta əgər bir az texniki məlumatınız varsa və mövzu ilə də bir az əlaqəniz varsa, məsələn, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud strukturlarla uyğunlaşması” haqqındakı nəzəriyyənizi göstərərək bir neçə cildlik son dərəcə “elmi” bir əsər belə hazırlaya bilərsiniz. Bu işlərinizə görə, akademik bir mükafata belə layiq görülə bilər, özünüzü insanlıq tarixini işıqlandıracaq bir dahi olaraq görə bilərsiniz. Ancaq belə bir vəziyyətin insanın öz ağılsızlığını qeyd etməkdən başqa bir mənası yoxdur.

 

 

 

Hüceyrədəki möcüzə və təkamül nəzəriyyəsinin sonu

 

Əgər bir şəxs canlılar aləminin təkamülün qarşıya qoyduğu kimi ibtidai dünya şərtlərində, təsadüflərlə yaranan bir hüceyrədən başladığına inanırsa, yuxarıdakı şəhərin hekayəsinə də rahatlıqla inana biləcək dərəcədə ağılsızdır. Çünki tək başına bir hüceyrə bütün iş sistemləri, xəbərləşməsi, nəqliyyatı və rəhbərliyi ilə böyük bir şəhərlə bənzər bir kompleksliyə malikdir.

 

Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar, həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər, istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeydiyyatda olduğu bir məlumat bankı, bir bölgədən digərinə xammalları və məhsulları nəql edən kompleks daşıma sistemləri və boru kəmərləri, xaricdən gələn xammalları faydalı parçalara ayıran inkişaf etmiş laboratoriya və təmizləyicilər, hüceyrənin içinə alınacaq və ya xaricinə göndəriləcək vəsaitlərin giriş-çıxışına nəzarət edən ixtisaslaşmış hüceyrə pərdəsi zülalları bu kompleks quruluşun sadəcə bir hissəsini əmələ gətirirlər.

 

Hüceyrənin nəinki ibtidai dünya şərtlərində meydana gəlməsi, dövrümüzün ən qabaqcıl texnologiyaya sahib laboratoriyalarında belə süni olaraq sintez edilməsi mümkün olmamışdır. Hüceyrənin əsası olan amin turşularından və bunların meydana gətirdiyi zülalları əsas alaraq nəinki hüceyrə, heç mitoxondri, ribosom və s. kimi hüceyrənin tək bir orqanoidi belə əmələ gətirilə bilməz. Bu səbəbdən, təkamülün təsadüfən meydana gəldiyini iddia etdiyi ilk hüceyrə yalnız bir xəyal gücü və fantaziya məhsulu olaraq qalmışdır.

 

Hüceyrə elm dünyasının ortaq fikri qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş ünvanını qoruyur. Hələ də kəşf edilməmiş bir çox sirri içində saxlayan hüceyrə təkamül nəzəriyyəsinin də ən böyük müəmmalarından birini təşkil edir. Necə ki, məşhur rus təkamülçüsü Oparin  bu həqiqəti belə ifadə edir:
Təəssüf ki, hüceyrənin meydana gəlməsi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir.

 

Bu etirafdan təkamülün qarşısının hələ ilk mərhələdə tıxandığı və daha çox irəli getmə şansının qalmadığı rahatlıqla aydın olur. Çünki bilindiyi kimi, canlı orqanizminin başlıca elementi hüceyrədir. Bu səbəbdən, hüceyrənin, hətta hüceyrəni meydana gətirən zülalların və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənin dünyadakı canlıların ortaya çıxması haqqında bir izah gətirməsi mümkün deyil.

 

Əksinə, hüceyrə insanın yaradılmış olduğunun ən möhtəşəm dəlillərindən biridir.

 

Həqiqətən də hüceyrənin həyatını davam etdirə bilməsi üçün müxtəlif funksiyalara malik olan bütün əsas parçalar bir yerdə olmalıdır. Bu səbəbdən, əgər hüceyrə təkamül nəticəsində meydana gəlsəydi, milyonlarla parçasının eyni anda və eyni yerdə mövcud olması, bunların da eyni anda müəyyən bir nizam və plan içində bir yerə gəlmələri lazım idi. Belə bir hadisənin təsadüfən reallaşa bilməsi isə ehtimal sərhədlərinin çox kənarında olduğundan haqqında danışılan quruluşun varlığının yaradılış xaricində heç bir izahı ola bilməz.
Hüceyrənin təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gələ bilməsi, nəşriyyat evindəki bir partlayışla təsadüfən bir ensiklopediyanın nəşr edilməsindən daha aşağı bir ehtimala malikdir.

 

Buna bənzər başqa bənzətməni ingilis riyaziyyatçısı və astronomu S.F.Hoyl (Sir Fred Hoyle) 12 noyabr, 1981-ci ildə “Nature” jurnalına verdiyi bir müsahibədə etmişdir. Özü də bir təkamülçü olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində canlı bir hüceyrənin meydana gəlməsi ilə bir dəmir yığınının başına gələn qasırğanın apardığı parçalarla təsadüfən bir “Boeing 747”nin meydana gəlməsi arasında bir fərq olmadığını bildirir.

 

Hüceyrənin içindəki minlərlə kiçik orqanoid hər saniyə minlərlə kompleks əməliyyat həyata keçirir. Tək bir canlı hüceyrəsində enerji istehsalından bədəndə istifadə edilən zülalların və fermentlərin sintezinə, kənardan alınan kimyəvi maddələrin seçilib fərqləndirilməsindən istifadə edilə biləcək hala gətirilməsinə, hüceyrə içində istifadə ediləcək maddələrin növlərinə görə toplanmasına qədər bir çox kompleks əməliyyat və bu əməliyyatlar üçün lazım olan minlərlə başqa əməliyyat və proses hər an davam edir.

 

Bu əməliyyatlarda son dərəcə mürəkkəb və ixtisaslaşmış orqanoid adlı mikroskopik hüceyrə işçiləri vəzifə yerinə yetirir. Nə qədər mikroskopik olsalar da, hər biri ən azı bir fabrik və ya laboratoriya qədər kompleks və xüsusiləşmiş bu orqanoidlərin etdikləri əməliyyatların bir çoxu dövrümüzün texnologiya möcüzəsi olan laboratoriyalarında belə həyata keçirilə bilmir. Məsələn, hüceyrədə olduqca kompleks bir əməliyyat nəticəsində çıxarılan fermentlərin və zülalların çoxunu bu gün süni üsullarla istənilən səmərədə və müvəffəqiyyətdə əldə etmək mümkün deyil. Bitki hüceyrələrində aparılan fotosintez əməliyyatı süni üsullarla reallaşdırıla bilinmədiyi kimi, bu əməliyyatın bitki hüceyrəsində meydana gələn bir çox mərhələsi də bu gün hələ kəşf edilə bilməmişdir.

 

Buna baxmayaraq, təkamülçülər ibtidai dünya şərtləri kimi ola biləcək ən nəzarətsiz mühitdə canlılar aləminin təsadüflərlə ortaya çıxdığını hələ də iddia edirlər. Halbuki, bu, heç vaxt elmi məlumatlarla uyğunlaşmayan bir iddiadır. Həmçinin ən sadə ehtimal hesabları belə, nəinki canlı bir hüceyrənin, o hüceyrədəki milyonlarla zülaldan birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi olaraq sübut etmişdir.

Hüceyrədəki möcüzə və təkamül nəzəriyyəsinin sonu

Əgər bir şəxs canlılar aləminin təkamülün qarşıya qoyduğu kimi ibtidai dünya şərtlərində, təsadüflərlə yaranan bir hüceyrədən başladığına inanırsa, yuxarıdakı şəhərin hekayəsinə də rahatlıqla inana biləcək dərəcədə ağılsızdır. Çünki tək başına bir hüceyrə bütün iş sistemləri, xəbərləşməsi, nəqliyyatı və rəhbərliyi ilə böyük bir şəhərlə bənzər bir kompleksliyə malikdir.

 

Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar, həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər, istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeydiyyatda olduğu bir məlumat bankı, bir bölgədən digərinə xammalları və məhsulları nəql edən kompleks daşıma sistemləri və boru kəmərləri, xaricdən gələn xammalları faydalı parçalara ayıran inkişaf etmiş laboratoriya və təmizləyicilər, hüceyrənin içinə alınacaq və ya xaricinə göndəriləcək vəsaitlərin giriş-çıxışına nəzarət edən ixtisaslaşmış hüceyrə pərdəsi zülalları bu kompleks quruluşun sadəcə bir hissəsini əmələ gətirirlər.

 

Hüceyrənin nəinki ibtidai dünya şərtlərində meydana gəlməsi, dövrümüzün ən qabaqcıl texnologiyaya sahib laboratoriyalarında belə süni olaraq sintez edilməsi mümkün olmamışdır. Hüceyrənin əsası olan amin turşularından və bunların meydana gətirdiyi zülalları əsas alaraq nəinki hüceyrə, heç mitoxondri, ribosom və s. kimi hüceyrənin tək bir orqanoidi belə əmələ gətirilə bilməz. Bu səbəbdən, təkamülün təsadüfən meydana gəldiyini iddia etdiyi ilk hüceyrə yalnız bir xəyal gücü və fantaziya məhsulu olaraq qalmışdır.

 

Hüceyrə elm dünyasının ortaq fikri qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş ünvanını qoruyur. Hələ də kəşf edilməmiş bir çox sirri içində saxlayan hüceyrə təkamül nəzəriyyəsinin də ən böyük müəmmalarından birini təşkil edir. Necə ki, məşhur rus təkamülçüsü Oparin  bu həqiqəti belə ifadə edir:
Təəssüf ki, hüceyrənin meydana gəlməsi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir.

 

Bu etirafdan təkamülün qarşısının hələ ilk mərhələdə tıxandığı və daha çox irəli getmə şansının qalmadığı rahatlıqla aydın olur. Çünki bilindiyi kimi, canlı orqanizminin başlıca elementi hüceyrədir. Bu səbəbdən, hüceyrənin, hətta hüceyrəni meydana gətirən zülalların və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənin dünyadakı canlıların ortaya çıxması haqqında bir izah gətirməsi mümkün deyil.

 

Əksinə, hüceyrə insanın yaradılmış olduğunun ən möhtəşəm dəlillərindən biridir.

 

Həqiqətən də hüceyrənin həyatını davam etdirə bilməsi üçün müxtəlif funksiyalara malik olan bütün əsas parçalar bir yerdə olmalıdır. Bu səbəbdən, əgər hüceyrə təkamül nəticəsində meydana gəlsəydi, milyonlarla parçasının eyni anda və eyni yerdə mövcud olması, bunların da eyni anda müəyyən bir nizam və plan içində bir yerə gəlmələri lazım idi. Belə bir hadisənin təsadüfən reallaşa bilməsi isə ehtimal sərhədlərinin çox kənarında olduğundan haqqında danışılan quruluşun varlığının yaradılış xaricində heç bir izahı ola bilməz.
Hüceyrənin təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gələ bilməsi, nəşriyyat evindəki bir partlayışla təsadüfən bir ensiklopediyanın nəşr edilməsindən daha aşağı bir ehtimala malikdir.

 

Buna bənzər başqa bənzətməni ingilis riyaziyyatçısı və astronomu S.F.Hoyl (Sir Fred Hoyle) 12 noyabr, 1981-ci ildə “Nature” jurnalına verdiyi bir müsahibədə etmişdir. Özü də bir təkamülçü olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində canlı bir hüceyrənin meydana gəlməsi ilə bir dəmir yığınının başına gələn qasırğanın apardığı parçalarla təsadüfən bir “Boeing 747”nin meydana gəlməsi arasında bir fərq olmadığını bildirir.

 

Hüceyrənin içindəki minlərlə kiçik orqanoid hər saniyə minlərlə kompleks əməliyyat həyata keçirir. Tək bir canlı hüceyrəsində enerji istehsalından bədəndə istifadə edilən zülalların və fermentlərin sintezinə, kənardan alınan kimyəvi maddələrin seçilib fərqləndirilməsindən istifadə edilə biləcək hala gətirilməsinə, hüceyrə içində istifadə ediləcək maddələrin növlərinə görə toplanmasına qədər bir çox kompleks əməliyyat və bu əməliyyatlar üçün lazım olan minlərlə başqa əməliyyat və proses hər an davam edir.

 

Bu əməliyyatlarda son dərəcə mürəkkəb və ixtisaslaşmış orqanoid adlı mikroskopik hüceyrə işçiləri vəzifə yerinə yetirir. Nə qədər mikroskopik olsalar da, hər biri ən azı bir fabrik və ya laboratoriya qədər kompleks və xüsusiləşmiş bu orqanoidlərin etdikləri əməliyyatların bir çoxu dövrümüzün texnologiya möcüzəsi olan laboratoriyalarında belə həyata keçirilə bilmir. Məsələn, hüceyrədə olduqca kompleks bir əməliyyat nəticəsində çıxarılan fermentlərin və zülalların çoxunu bu gün süni üsullarla istənilən səmərədə və müvəffəqiyyətdə əldə etmək mümkün deyil. Bitki hüceyrələrində aparılan fotosintez əməliyyatı süni üsullarla reallaşdırıla bilinmədiyi kimi, bu əməliyyatın bitki hüceyrəsində meydana gələn bir çox mərhələsi də bu gün hələ kəşf edilə bilməmişdir.

 

Buna baxmayaraq, təkamülçülər ibtidai dünya şərtləri kimi ola biləcək ən nəzarətsiz mühitdə canlılar aləminin təsadüflərlə ortaya çıxdığını hələ də iddia edirlər. Halbuki, bu, heç vaxt elmi məlumatlarla uyğunlaşmayan bir iddiadır. Həmçinin ən sadə ehtimal hesabları belə, nəinki canlı bir hüceyrənin, o hüceyrədəki milyonlarla zülaldan birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi olaraq sübut etmişdir.

Yaradılış və göz

Təkamülçülərin heç bir şəkildə açıqlaya bilmədikləri və bu səbəbdən də gizlətməyə çalışdıqları minlərlə yaradılış möcüzəsi vardır. Məsələn, göz son dərəcə qeyri-adi bir orqandır və təsadüf ilə açıqlanması qətiyyən mümkün deyil. Çünki göz, məsələn, insan gözü 20-dən çox ayrı hissədən ibarətdir: retina təbəqəsi, büllur, xarici əzələlər, gözyaşı vəziləri, beyinə gedən sinirlər və bir gözün işləyə bilməsi üçün bu fərqli hissələrin hamısı eyni anda mövcud olub işləməlidir.

 

İndi belə mürəkkəb bir orqan olan gözün təsadüfən ortaya çıxma ehtimalını düşünək: gözün əmələ gəlməsindən əvvəl canlılar təbii olaraq gözsüz, yəni görə bilməyən, görmə anlayışına sahib olmayan canlılardı. Belə bir canlının gözlərinin sizcə təkamül nəticəsində meydana gəlməsi mümkündürmü? Bu canlı görmək deyə bir anlayışı tanımayıbsa, öz-özlüyündən bir göz necə meydana gətirə bilər? (Siz altıncı bir duyğu yaradıb, onu qəbul edəcək bir orqan təsəvvür edə bilirsinizmi?) Bu canlının belə bir tələbi olsa belə, öz bədənində bir göz yarada bilməyəcəyi aydındır.

 

Gözün meydana gəlməsi ilə əlaqədar olaraq bir də klassik təsadüf açıqlamasını düşünək. Sizcə, gözü olmayan bir canlıda necə olur ki, təsadüfən bir göz meydana gələ bilir? Əvvəl təsadüfən kəllənin içində gözə uyğun iki boşluq meydana gələ bilərmi? Sonra yenə təsadüfən bu boşluqların içində işığı keçirən bir maye dolu iki kürə meydana gələ bilərmi? Sonra bu mayelərin ön tərəfində yenə təsadüfən işığın qırılmasını təmin edən və işığı gözün arxa divarında fokuslayan iki büllur meydana gələ bilərmi? Yenə təsadüfən gözün ətrafa baxa bilməsi üçün göz əzələləri öz-özünə meydana gələ bilərmi? Təsadüfən gözün arxa tərəfində işığı qəbul edə biləcək retina təbəqəsi meydana gələ bilərmi? Təsadüfən gözü beyinə bağlayacaq sinirlər öz-özlərinə, durduğu yerdə yarana bilərlərmi? Təsadüfən gözün qurumamasını təmin edəcək göz yaşı vəziləri meydana gələ bilərmi? Təsadüfən gözü toz və buna bənzər xarici maddələrdən qoruyacaq iki göz qapağı və kirpik meydana gələ bilərmi?

 

Düşünün, bunların hamısı təsadüfən meydana gələ bilərmi? Həm də saydığımız orqanların hamısı eyni canlıda meydana gəlməlidir. Təkamülçülərin qəbul etdiyi qaydaya görə, bədənin içində işləməyən orqanlar sıradan çıxır (Dallo qaydası). Buna görə, əgər gözün hər hansı bir hissəsi təsadüfən meydana gəlsə belə, -hətta bu, praktikada qeyri-mümkündür- bu hissə istifadəsiz olduğu üçün korlanardı. Çünki gözün görə bilməsi üçün bütün parçaları tam olaraq mövcud olmalı və işləməlidir. Gözyaşı vəziləri də çalışmasa, bir göz beş-on dəqiqə içində quruyar və funksiyasını itirər.

 

Göz ilk dəfə hansı canlıda meydana gəldisə, tam və qüsursuz olaraq bir anda meydana gəlmişdir. Bu gözün yaradılmış olması deməkdir. Bəli, aydındır ki, göz Allah tərəfindən yaradılmışdır. Quran bu mövzuda insana belə səslənir:

 

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi / 78)

 

Gözün yaradıldığı o qədər açıq bir həqiqətdir ki, Darvin: “Canlıların gözlərini düşünmək məni bu nəzəriyyədən soyutdu”, - demişdi. Əli Dəmirsoy da mövzu haqqında yenə bir “inci” tökmüş və gözün meydana gəlməsinin “təkamül möcüzəsi” olduğunu söyləmişdir.

 

Göz haqqında izah edilənlər qulaq, qaraciyər, ürək, böyrək və digər bütün orqanlara, hətta bütün orqanizmə aiddir. İnsan orqanizmi olduqca mürəkkəb olan minlərlə ayrı sistemin uyğunlaşma içərisində çalışması sayəsində mövcuddur. Böyrəksiz, qaraciyərsiz, damarsız, sümüksüz və ya qırmızı qan hüceyrəsi olmadan bir insan yaşaya bilməz. Bu orqanların hamısı eyni anda mövcud olmalı və fasiləsiz fəaliyyət göstərməlidir. İnsanın əvvəl təsadüfən bir böyrəyə, sonra yenə təsadüfən bir qaraciyərə sahib olması kimi bir axmaqlıq düşünülə bilməz. Bu səbəbdən, insan bədəni tam bir bütün olaraq ortaya çıxmış, yəni yaradılmışdır.

 

Nəticə

Saytın əvvəlki səhifələrindən indiyə qədər araşdırdıqlarımız bizə konkret bir həqiqəti göstərir: təkamül elmi məlumatlarla sübut edilən bir həqiqət deyil, müxtəlif saxtakarlıq və beyin yuma üsulları ilə cəmiyyətə təlqin edilən bir yalandır. Təkamülü cəmiyyətlərə təlqin edən müəyyən qüvvələr vardır. Təkamülü insanlara qəbul etdirməyi ən böyük vəzifə olaraq qəbul edən masonluq haqqında danışılan qüvvələrin ən güclülərindəndir.

 

Həmin qüvvələrin təkamül üzərində bu qədər dayanmalarının səbəbi isə açıqdır: təkamül dinin göstərdiyi doğrularla qarşı-qarşıya qoyula biləcək tək iddiadır. Siyasi-iqtisadi mənfəətləri səbəbindən dindar deyil, dinsiz bir dünyanı seçən qüvvələr isə, bu səbəbdən, tək çarəni təkamüldə görürlər. Təkamül dinə arxa çevirmək (və çevirtmək) istəyənlər üçün yeganə yoldur. Buna görə də nə cür əsassız, cəfəng və axmaq bir yol olursa-olsun, mütləq və mütləq müdafiə olunur, təlqin edilir və qəbul etdirilir.

 

Bu səbəbdən, təkamülü müdafiə edən qüvvələrin mövqeyi, əslində, olduqca maraqlıdır: Əvvəl bir yalan uydurur, sonra bu yalana özlərini inandırır və sonra da onu digər insanlara təlqin edirlər. Elə “onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar” (Ənam surəsi / 26) ayəsində xəbər verildiyi kimi.

 

Təkamülçülərin bu vəziyyəti Quranda (yəni təkamülçülərin yalan hesab etməyə çalışdıqları mənbədə) daha bir çox yerdə ətraflı izah edilir. Quran nəyin insanları inkarda təkid etməyə yönəltdiyini çox hikmətli bir şəkildə bildirir. Bu səbəbdən, təkamülçü (və daha digər inkarçı) düşüncə sisteminin altında nəyin gizləndiyini Qurandan öyrənmək lazımdır.

 

Quran hər şeydən əvvəl, imanın, əslində, çox asan və təbii olduğunu vurğulayır: canlıların elə mükəmməl, elə heyrətamiz xüsusiyyətləri vardır ki, bunların təsadüflər nəticəsində meydana gəlməsi qətiyyən mümkün deyil. İnsan bir yerdə yazılmış tək bir hərfin belə öz-özünəmi əmələ gəldiyi, yoxsa biri tərəfindənmi yazıldığı sualına açıq şəkildə “bir yazıçı tərəfindən yazılmışdır” cavabını verir. Hərf varsa, müəllifi də vardır. Şəkil varsa, rəssam da vardır. Edilmiş olan hər şey kimsə tərəfindən edilmişdir. Heç bir şey yaradılmadan mövcud olmaz. Quran bu mövzuda insana belə səslənir:

 

Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. (Tur surəsi / 35-36)

 

Sonsuz tarazlığa, sonsuz gözəlliyə, sonsuz sənətə sahib olan kainat və içindəkilər də, şübhəsiz, yaradılmış, hazırlanmışdır. Ağıllı və vicdanlı hər insan bunu asanlıqla görə bilər və bütün varlıqların bir Yaradıcının əsəri olduğunu rahatlıqla qavraya bilər.

 

Etməsi lazım olan tək şey cəmiyyətin düşüncəsini pərdə arxasından istiqamətləndirən və insanları Allah’ı inkar etməyə sürükləyən bəzi qüvvələrin təlqinlərinə, ya da öz eqoist istək və həvəslərinə görə deyil, vicdan və ağlına görə düşünməsidir.

 

O zaman aşağıdakı ayələrdə ifadə edilən həqiqətləri görə bilər:

 

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz və deyərdiniz: “Biz ziyana uğradıq. Daha doğrusu nemətlərdən məhrum olduq!” İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?Elə isə Ulu Rəbbinin adına təriflər de! (Vaqiə surəsi / 57-74)