Elm tarixinin ən böyük yalanı: Darvinizm

Elm tarixinin ən böyük yalanı: Darvinizm

Həyat kainatdakı mükəmməl nizamın qurucusu Allah tərəfindən yaradılmış, hər bir canlı özünə xas özəlliklərlə var edilmişdir.

Mövzular

Təkamül nəzəriyyəsinin arxa planı

Təkamül nəzəriyyəsi bu gün dünyanı öz təsiri altına salan digər düşüncə sistemləri kimi Avropada doğulmuş və oradan digər cəmiyyətlərə təbliğat yolu ilə ixrac edilmişdir. Bu səbəbdən, bu nəzəriyyənin hansı məqsədlə ortaya atıldığını və nəyə görə daim gündəmdə tutulduğunu anlamaq üçün Avropada baş verən böyük dəyişiklikdən bir az bəhs etmək istəyirik.

 

Avropa orta əsrlər boyu dinin idarə etdiyi cəmiyyətlərdən ibarət idi. Din insanların ən böyük yol göstəricisi olaraq qəbul edilirdi. İnsanlar özlərinin və kainatın Allah tərəfindən yaradıldığına və yenə Onun tərəfindən yox ediləcəyinə, ölümün ardınca da Ona hesab verəcəklərinə inanırdılar. Cəmiyyət nizamı bu inanc üzərində, yəni insanın və kainatın “yaradılmış” olduğu həqiqətinə əsaslanaraq qurulmuşdu.

 

Ancaq orta əsrlər Avropası nə qədər mühüm sayılan doğruları ehtiva etsə də, bir çox yanlışları da var idi. Hər şeydən əvvəl, din deyilən şey Allah’ın insanlara verdiyi həqiqi və orijinal din (haqq din) deyildi. Dinə bir çox yad ünsür qarışmışdı. Dinin saflığının pozulması fanatizmin doğulmasına gətirib çıxarmışdı. Kilsənin mühafizəkar və dar görüşlü bəzi yönləri vardı. Həmçinin dinə bir çox xurafat qarışmışdı və bu xurafatlar da təbii olaraq ağıl və məntiqə uyğun gəlmirdi. İnsanlar kilsənin təzyiqi ilə xurafatlarla qarışdığı üçün məntiqli olmayan, insan ruhuna zidd olan bu dini bir az çətinlik çəksələr də, qəbul edirdilər. Ancaq bu vəziyyət belə davam edə bilməzdi. İki ehtimal vardı, birincisi, dinin xurafatlardan təmizlənməsi və təmiz isəvi (hz. İsadan gələn) ənənəsinə geri qayıdılması idi ki, bu, Avropanın həqiqi qurtuluşu olardı. İkinci ehtimal isə dinin tamamilə rədd edilməsi idi ki, bu, Avropanın fəlakəti demək olardı.

 


15-ci əsrdə başlayan və 19-cu əsrdə kulminasiya nöqtəsinə çatan bir dəyişiklik müddəti nəticəsində ikinci ehtimal həqiqətə çevrildi və Avropa dini tərk etdi.
Ancaq bu dəyişiklik öz-özünə olmamışdı. Avropanı birinci seçimdən, yəni dini xurafatlardan təmizləməkdən saxlayan və onu ikinci seçimə, yəni dini tamamilə rədd etməyə yönəldən bəzi mühüm amillər vardı. Bu faktorlar avropalı cəmiyyətlər içində mövcud olan bəzi cəmiyyət qrupları idi. Bunlar dini şəxsi mənfəətləri üçün çox böyük bir rəqib olaraq görür və dini nizamın nə olursa-olsun, pozulmasını istəyirdilər. Xüsusilə ticarət yolu ilə zənginləşənlər və yəhudilər kimi katolik kilsəsi ilə fəlsəfi olaraq uyğunlaşmayan cəmiyyətlər şəxsi mənfəətlərini Avropanın dindən tamamilə uzaqlaşmasında görürdülər. Ancaq bu şəkildə daha çox qazanc əldə edəcəkləri və güclənə biləcəkləri bir sistem qurulacağına inanırdılar. Məsələn, Avropanın katolik kilsəsinin qurduğu nizama görə, faizdən istifadə etməyən cəmiyyətin olması faizdən istifadə edərək mənfəətlərini artırmaq istəyən bu şəxslərin heç xoşuna gəlmirdi. Bu səbəbdən, faizi haram sayan katolik kilsəsinə qarşı ticarət sinifləri və yəhudilər kimi “nizama qarşı” olan qüvvələr tərəfindən dəstəklənən protestant cərəyanı faizi sərbəst buraxdı. Protestant cərəyanı dindəki degenerasiyanı daha da artırdı və katolik kilsəsinə qarşı çıxan yeni qüvvələr tərəfindən dəstəklənən alternativ bir din oldu: “Dünya işlərinə” çox da qarışmadığı, ya da həmin qüvvələrin bu işləri istədiyi şəkildə istiqamətləndirdiyi üçün protestantlıq uyğun bir din modeli olaraq qəbul edilmişdi.

 


Ancaq Katolik kilsəsi ilə dinsiz bir sistemi müdafiə edən bu yeni qüvvələr arasında konflikt xeyli davam etdi. Zamanla bu konflikt böyük bir müharibəyə çevrildi. Kilsə bu yeni qüvvələrə qarşı çıxmaq üçün Avropa cəmiyyətlərini dinə çağırır və bir sistemin qanuniliyi təmin etməsinin ancaq din ilə mümkün ola biləcəyini söyləyirdi. Kilsəyə görə, madam ki, bütün insanlar Allah’ın quludur və bütün dünya da Ona aiddir, o zaman dünyadakı sistem də Onun bildirdiyi (vəhy etdiyi) şəkildə olmalı idi.

 


Elə bu mərhələdə daha çox mənfəət və daha çox güc arxasınca qaçan yeni qüvvələr anladılar ki, insanları dindən ayırmadıqca onlara istədikləri sistemi qəbul etdirmək mümkün deyil. İnsanlar özlərinin Allah tərəfindən yaradıldıqlarını və yol göstəricilərinin də Allah olduğunu qəbul etdikləri müddətcə bu yeni güclərin təklif etdiyi dindən kənar həyat tərzini və cəmiyyət quruluşunu qəbul edə bilməzdilər.

 

Bunun üçün  yalnızca kilsəni deyil, dinin birbaşa özünü aradan qaldırmalı idilər.

Dinə qarşı mübarizə

Xüsusilə 17 və 18-ci əsrlərdə mütəfəkkirlər dinin cəmiyyətdəki təsirini azaldacaq və insanları dindən uzaqlaşdıracaq sistemlər qurdular. İngiltərə, Almaniya və ən sonda da Fransada inkişaf edən və “Aydınlanma” düşüncəsi adlanan cərəyan avropalıları dindən uzaqlaşdırdı və onlara Allah’a baxmayaraq, yəni Allah’ın vəhyinə etinasız yanaşaraq bir dünya qurula biləcəyini təlqin etdi. Bu düşüncə Fransa İnqilabı ilə birlikdə zirvəyə çatdı və kilsəyə qarşı  böyük bir güc qazandı.

 

Ancaq əvvəl də bildirdiyimiz kimi, aydınlanma adlanan bu yeni cərəyan öz-özünə yaranmamışdı. Tam əksinə, kilsənin gücünü yox edərək öz maraqlarına uyğun bir sistem qurmaq istəyən qüvvələr bu yeni dindən kənar düşüncəni meydana gətirmiş və cəmiyyətə qəbul etdirmişdilər. Bu dinsiz qüvvələr bu iş üçün gizli təşkilat da qurmuşdular: Avropanın Katolik kilsəsinə düşmən olan bütün elit təbəqəsini bir araya yığan bu gizli təşkilat masonluq idi. 1700-cü illərin əvvəlində ilk dəfə İngiltərədə varlıqlarını dünyaya elan edən və ardınca qısa müddətə bütün Avropaya yayılan mason təşkilatı Katolik kilsəsinə qarşı aparılan mübarizənin bir nömrəli lideri olmuşdu. Kilsəyə qarşı olan yəhudilərlə də yaxın münasibət quran və onların dəstəyini qazanan masonluq məlum olduğu kimi, aydınlanma cərəyanında və onun təbii nəticəsi olan Fransa İnqilabında aparıcı rol oynadı. Masonların bu kilsə və dinə qarşı münasibəti o qədər aydın idi ki, Papa XIII Leo yayımladığı “Humanum Genus” adlı məşhur bildirişdə dinin ən böyük düşməninin bu təşkilat olduğunu elan etmişdi. Papa danışılan bəyannamədə masonların kilsəyə qarşı böyük bir nifrət içində olduqlarını və ən böyük məqsədlərinin bütün dini qurumları məhv etmək olduğunu bildirir və bir xristianın əsla mason ola bilməyəcəyini çatdırırdı. Masonların yer üzündə “şeytanın krallığı”nı qurmağa çalışdığını söyləyən Papa bütün insanları da bu təhlükəyə qarşı xəbərdar edirdi.

 

XIII Leo başqa bir fərmanında yəhudilərə də diqqət çəkmiş və yəhudi liderlərinin də masonluqla əməkdaşlıq edərək kilsəyə qarşı sistemli mübarizə apardıqlarını söyləmişdi. Həmin fərman Katolik kilsəsinin rəsmi nəşriyyat orqanı olan “Civilta Cattolica” adlı aylıq qəzetdə nəşr olundu. Papa “Civilta Cattolica”nın 1881-də nəşr olunan 32-ci sayında yəhudilərin kilsəyə qarşı böyük nifrət duyduqlarını və yer üzündə narahatlıq və fəsad çıxarmağa çalışdıqlarını elan etdi. Eyni qəzetin 34-cü sayında isə Fransanı masonların idarə etdiyini və masonların idarəsinin də, əslində, yəhudi liderlərin əlində olduğu yazıldı. Papanın nəşriyyat orqanı daha bir çox sayında eyni mövzulara diqqət çəkdi.

 

Lakin Katolik Avropa sisteminə ən azı özləri qədər düşmən olan yəhudilərdən böyük dəstək alan (yəhudilərin böyük iqtisadi gücləri vardı) masonlar Katolik kilsəsinə qarşı başladıqları mübarizədə qalib gəldilər. Bu da əvvəl də bildirdiyimiz kimi, dindən kənar düşüncənin avropalı cəmiyyətlərə qəbul etdirilməsi ilə mümkün oldu. Dindən kənar düşüncənin dinə qarşı qazandığı qalibiyyətin ən açıq nümunəsi isə Fransa İnqilabı idi: inqilabla birlikdə minlərlə dindar öldürülmüş, dini qurumlar məhv edilmişdi. İnqilabdan sonra iqtidara gələn qüvvələrin ortaq xüsusiyyəti isə cəmiyyəti mümkün olduqca dindən uzaqlaşdırmaq oldu. Fransa İnqilabının ən böyük səbəbkarı olan bu dinsiz cərəyan qısa müddət ərzində bütün Avropaya yayıldı.

 

Masonların və yəhudi liderlərinin rəhbərlik etdiyi kilsə əleyhdarı ittifaq Papa nüfuzuna son böyük zərbəni də vurdu. 1870-ci ilədək Orta İtaliyada varlığını davam etdirən Papa hökuməti Madzini (Mazzini), Qaribaldi (Garibaldi) və Kavur (Cavour) kimi üç böyük ustad mason tərəfindən dağıldı. Beləliklə, kilsənin nüfuzu tamamilə sarsıldı və Papa dövləti bugünkü Vatikanın kiçik sərhədinə sıxışdırıldı. Madziniyə və digər mason dostlarına ən böyük dəstəyi isə İtaliyanın Roselli (Rosselli) və Natan (Nathan) adlı zəngin yəhudi xanədanları verdi.

 

Beləliklə, 19-cu əsrdə Avropadakı dini sistemdən narahat olan qüvvələr bu sistemi dağıtmış və yerinə öz mənfəətlərinə uyğun bir sistem gətirmişdilər. Bunun üçün  avropalı cəmiyyətlər dindən qoparılmış və din yerinə yeni meyarları yol göstərici olaraq qəbul etməyə başlamışdılar.

 

Qısası, avropalılar dini sonradan qarışdırılmış xurafatlardan təmizləmək yerinə, onu tamamilə rədd etməyə təhrik edən bəzi güc mərkəzləri tərəfindən yönləndirilmişdi. İnkar (yəni Allah’ı və axirəti tanımamaq) yalnız insanların öz istəkləri ilə dindən uzaqlaşmalarından deyil, güc mərkəzlərinin təlqinlərindən qaynaqlanmışdı.

 

Bu, ümumi bir qaydadır. Quran da bu mövzuya diqqət çəkir və insanların inkara yönəlmələrinin ardındakı səbəbin müstəkbirlərin (Allah’a qarşı böyüklənən və yer üzündə fitnə çıxaran öndə gələn inkarçılar) qurduqları hiylələrin olduğunu bildirmişdir. Ayədə bildirildiyinə görə, bu müstəkbirlərə aldanan xalq axirətdə onlara: “...İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allah’ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz...” (Səba surəsi / 33) -deyə səslənəcək.

 

İnkar öz-özünə yaranmamış, güc mərkəzləri tərəfindən ortaya çıxarılmışdı. Təkamül nəzəriyyəsinin formalaşmasına qədər uzanan dindən qopma mərhələsinin sirri də elə bu idi.

 

Nəzəriyyənin ortaya atılması

Dini sistemdən narahat olan qüvvələrin meydana gətirdiyi dinsiz cərəyan 19-cu əsrdə zirvəyə çatdı. Bu əsrin xüsusiliyi materialist, pozitivist, determinist görüşlərin qəbul edilməsi idi.
Materializm tək mütləq varlığın maddə olduğunu və maddədən başqa da heç bir şeyin mövcud olmadığını iddia edən düşüncə sistemi idi. Buna görə, maddə əzəldən bəri var idi və sonsuza qədər də var olmağı davam etdirəcəkdi. Başqa sözlə, Allah’ın varlığı və mövcud varlıqları yaratdığı həqiqəti rədd edilirdi. Bu halda, bütün insan həyatı maddə üzərində qurulurdu və “məna”nın  heç bir əhəmiyyəti qalmırdı. İnsanlar yalnız və yalnız daha çox tükəndirməyi, daha çox maddəyə sahib olmağı istəyirdilər. Həyatın tək mənası və dəyəri maddi güc, yəni pul idi. Şübhəsiz, bu hal maddi gücü əlində saxlayan və bu güc sayəsində də özünə itaət edilməsini istəyən güc mərkəzləri üçün olduqca əlverişli idi. Beləliklə, masonların rəhbərlik etdiyi güc mərkəzləri öz qövmünə: “Ey xalqım, Misirin mülkü və bu altından axmaqda olan çaylar mənim deyilmi?” (Zuxruf surəsi / 51) -deyə səslənərək ona itaət edilməsini istəyən firon kimi bir nüfuz əldə edəcəkdilər.

 

Pozitivizm və determinizm materializmin təbii bir nəticəsi idi. Pozitivist düşüncə yalnızca elm yolu ilə sübut edilən şeylərin həqiqət olduğunu iddia edirdi. Determinizm isə yaşanan bütün hadisələrin maddələr arasındakı münasibətin bir nəticəsi olduğunu, bir səbəb-nəticə əlaqəsi içində bütün kainatın mexaniki bir şəkildə işlədiyini hesab edirdi. Bu halda, şübhəsiz, qədərin varlığı, yəni hadisələrin Allah’ın iradəsinə görə işlədiyi həqiqəti doğru ola bilməzdi. Avropa bu düşüncələrin qəbul edilməsi ilə birlikdə dindən qopmanın ən uc nöqtəsinə çatdı.
Lakin belə düşüncələri insanlara həqiqət imiş kimi göstərərək onları dindən uzaqlaşdıran güc mərkəzləri üçün bir ehtiyac yaranmışdı. “Maddə əzəldən bəri mövcuddur, hər şey maddədir və bütün hadisələr maddənin öz qanunlarına görə baş verir”, -deməklə kainatın hər nöqtəsində özünü göstərən yaradılış gizlənə bilmirdi. Canlılar dünyasının necə var olduğu, necə bu cür mükəmməl bir tarazlıq üzərində oturduğu açıqlana bilmirdi. İnsanın necə yarandığı, gözə, qulağa necə  sahib olduğu və s. izah edilə bilmirdi.

 

Əslində, bunlar yazının əvvəlində də dediyimiz kimi, heç bir şəkildə “yaradılmamışlıq” təməli üzərində açıqlana bilməzdi. Bir fabrikdə istehsal edilmiş olduğu hər halından məlum olan bir maşının öz-özünə meydana gəldiyi kimi ağıldan kənar bir iddia necə sübut edilə bilməzsə, yaradılmış kainatın öz-özünə və ya təsadüfən yarandığı kimi cəfəng bir iddia da əsla sübut oluna bilməzdi.

 

Amma dinsiz sistemi quran qüvvələr canlıların necə əmələ gəldiyi sualına dindən kənar bir cavab tapmağa məcbur idilər. Bu cavab, şübhəsiz, doğru bir cavab olmayacaqdı, ancaq insanlara doğru kimi göstəriləcəkdi. Yəni bu cavab tamamilə dəlilli və sübutlu bir cavab olmayacaqdı, ancaq insanlara elə imiş kimi təqdim ediləcəkdi. İnsanlar “dini ön mühakimələrdən” xilas edilməli idi (!); bu iş necə olursa-olsun, edilməli idi.

 

Məhz təkamül nəzəriyyəsi də bu ehtiyacı təmin etmək üçün ortaya atıldı. Məqsəd canlıların yaradılmamış olduqlarını sübut etmək idi.
Bu məntiqsiz iddianın məhsulu olan nəzəriyyə bütün canlıların ibtidaidən aliyə doğru bir-birindən təkamül keçirərək yarandığını ortaya atırdı. Buna görə, əvvəlcə, tək hüceyrəli canlılar meydana gəlmişdir. Sonra sudakı həyatın ilk nümunələri, ilk balıqlar yaranmışdı. Sonra günlərin bir günü bu balıqlar gəzmək istəmiş (!) və quruda yaşamağa başlamışdılar. Necə olmuşdursa, birdən qəlsəmələri ağciyərə, üzgəcləri də ayaqlara çevrilmişdi!... Daha sonra bəzi heyvanlar uçmaq istəmiş və qanad sahibi olmuşdular!... Hekayə belə davam edir və ən sonda meymunların insana çevrildiyi kimi təəccüblü bir iddia ilə tamamlanırdı. Yəni insanlar Allah’ın yaratdığı hz. Adəm və yoldaşından başlayaraq çoxalmamış, meymunlardan təkamül etmişdilər. Qısası, yaradılmamışdılar!...

 

Təkamülü ortaya atanların (əvvəlcə, Lamark, sonra Darvin) etdikləri, əslində, bu idi: mütləq və mütləq canlıların yaradılmamış olduqlarını sübut edən bir nəzəriyyə təkmilləşdirməyə çalışırdılar. Bunun üçün düşünüb-daşınmış və sonda bir-birinə bənzəyən canlıların bir-birindən təkamül etdiyi kimi bir iddia ortaya atmışdılar. Həmçinin həyat şərtlərinin heyvanları təkamülə məcbur etdiyini iddia etmişdilər. Məsələn, Lamark zürafələrin boyunlarının uzun olmasını ağacların üstündəki yarpaqlara uzanmaq istəmələrindən qaynaqlandığını iddia etmişdi. Buna görə, müəyyən zaman ərzində zürafələrin boyunları santimetr-santimetr uzanmışdı. Bu iddia görünüşdə ağıllı bir iddia idi, ancaq əslində, bir cəfəngiyat idi. Çünki bir müddət sonra aydın olmuşdu ki, heyvanlar həyat şərtləri səbəbi ilə qazandıqları xüsusiyyətləri bir sonrakı nəslə ötürmürdülər. Yəni bir zürafə məcburi boynunu bir neçə santimetr uzatsa da, balasının boynu yenə standart ölçülərdə olurdu.

 

Lakin Lamarkın nəzəriyyəsinin yanlış olduğunun aydınlaşması təkamül nəzəriyyəsinin fanatik tərəfdarlarının sürətini kəsmədi. Bu dəfə Çarlz Darvin peyda oldu. 1859-cu ildə yazdığı “On The Origin of Species by Means of Natural Selection” (Təbii seleksiya yolu ilə növlərin mənşəyi) adlı kitabında canlıların fərqliliyini “Təbii seleksiya” nəzəriyyəsi ilə açıqlamağa çalışdı. Təbii seleksiya təbii mühitə uyğunlaşa bilməyən zəif canlıların yox olması, bu mühitə uyğunlaşan güclü canlıların da növlərini davam etdirməsinə əsaslanırdı. Darvin Lamarkın qazanılmış   xüsusiyyətlərin (zürafənin boynunun uzanması kimi) bir sonrakı nəslə ötürülməsi fərziyyəsinə təbii seleksiyanı da əlavə edərək canlı növlərinin mənşəyini açıqlamağa çalışmışdı.

 

Ancaq zamanla Darvinin nəzəriyyələrinin də məntiqli olmadığı və canlıların mənşəyini açıqlaya bilmədiyi aydın oldu. Lamarkın irsiyyətlə bağlı nəzəriyyələrinin kökdən yanlış olduğu DNT-in kəşf edilməsi ilə birlikdə sübut olundu. Təbii seleksiyanın isə yeni bir növ yaratmağa kifayət etməyəcəyi aydın oldu: bu sistem bir canlı növü içində ən güclü olanı seçib yaşada bilərdi, lakin yeni bir növ yarada bilməzdi. Məsələn, təbii seleksiya sayəsində sürünən növlərin içində ən güclü olanlar qala bilər və digərləri yox ola bilərdi, lakin əsla və əsla sürünənlər quşlara çevrilə bilməzdi.

 

Ancaq təkamülçülər yenə təslim olmadılar. Bu dəfə neodarvinizm ortaya çıxdı. Bu yeni təkamülçülərin fərziyyəsinə əsasən, canlıların fərqliliyi mutasiyalardan qaynaqlanırdı. Mutasiyaların, yəni başda radiasiya olmaqla, canlıların DNT-sini pozan dəyişikliklərin fərqli növlərin mənşəyi olduğunu iddia etdilər. Halbuki, zamanla bu nəzəriyyə də rəğbət görmədi: çünki mutasiyalar ancaq mövcud DNT kodunu pozurdu, yəni DNT kodları hazırlamırdı. Başqa bir ifadə ilə desək, mutasiyaya məruz qalan canlının ancaq orqanları korlanır və ya yer dəyişdirirdi. Lakin yeni bir orqanın əmələ gəlməsi mümkün deyildi. Üstəlik, mutasiyaların hamısı demək olar ki, zərərli idi. Bu səbəbdən də mutasiya fərziyyəsi təkamül iddiasına əsas ola bilmədi.

 

Təkamülün ardındakı hədəf

Təkamül nəzəriyyəsinin keçirdiyi müddət bizə çox şeyi göstərir: təkamül alimlərin tədqiqatları nəticəsində aşkarladıqları bir həqiqət deyil. Alimlərin böyük əksəriyyəti də təkamülün varlığına əvvəl inanmış, sonra da bunu sübut etmək üçün əllərindən gələni etmişdilər. Ortaya atdıqları təkamül modelləri bir-bir əsassız çıxmış, ancaq yenə də bu nəzəriyyəni müdafiə etməkdən əl çəkməmişdilər.

 

Bu vəziyyətin ən maraqlı nümunələrindən birini Türkiyədəki ən məşhur təkamülçülərdən biri olan prof. dr. Əli Dəmirsoyun “Varislik və təkamül”adlı kitabında yazdığı qəribə məntiqlərdə görə bilərik. Dəmirsoy təkamülü çıxılmaz vəziyyətə qoyan üzvi təkamülün ən əhəmiyyətli mərhələsinin, yəni bir zülalın təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu etiraf edir, ancaq “fövqəltəbii qüvvələr”in (Allah’ı nəzərdə tutur) varlığını qəbul etməkdənsə, bu qeyri-mümkün məntiqi qəbul etməyin daha elmi olduğunu söyləyir:
Özündə bir sitoxrom-C-nin (canlıların meydana gəlməsi üçün əsas ferment) düzülməsini meydana gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır. Yəni canlılar aləmi əgər müəyyən bir düzülüşü tələb edirsə, bunun bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malik olması deyilə bilər. Ya da bizim təyin edə bilməyəcəyimiz fövqəltəbii qüvvələr tərəfindən meydana gətirilmişdir . Bu sonuncusunu qəbul etmək elmi məqsədə uyğun deyil. O halda, birinci fərziyyəni araşdırmaq lazımdır.

 

Əli Dəmirsoyun dediyinə görə, bir elmi məqsəd vardır: bu məqsəd, nə olursa-olsun, canlıların yaradıldıqları rədd edir. Canlıların yaradıldıqlarını qəbul etməkdənsə, Dəmirsoy və başqaları sıfır ehtimal daşıyan təsadüfləri qəbul etməyi seçirlər. Dəmirsoy üstdəki sətirlərinin ardınca “elmi məqsədə daha uyğun” olduğu üçün qəbul etdiyi bu ehtimalın nə cür yalan olduğunu belə etiraf edir:

 

... Sitoxrom-C-nin müəyyən amin turşusu düzülüşünü təmin etmək bir meymunun makinada heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır.

 

Bu sətirlərdə izah edilən məntiq bizə bunu göstərir: təkamül elmi bir məqsəd üçün müdafiə edilmir. Dəmirsoyun elmi məqsəd dediyi şey, əslində, elmi deyil. Çünki elmin ümumi təsvirinə görə, alim əvvəldən doğru olduğunu qəbul etdiyi bir şeyi sübut etmək üçün deyil, doğru olanı tapa bilmək üçün yola çıxır. Halbuki, təkamülə gəlincə bunun tam əksi olan bir vəziyyət ortaya çıxır: təkamül hər nə olursa-olsun, sübut edilməyə, doğruluğu qəbul etdirilməyə çalışılan bir inanca çevrilmişdir.

 

Belə olan təqdirdə isə asanlıqla bu nəticəyə gələ bilərik: təkamül elmi məqsədlər üçün deyil, siyasi məqsədlər üçün müdafiə olunur. Başqa ifadə ilə desək, təkamül bəzi qüvvələrin maraqlarına uyğun bir ideologiyadır və bu səbəbdən, nə olursa-olsun, müdafiə olunur. Təkamüldən əsla imtina etməyən və bütün karyerasını bu quru nəzəriyyəni sübut etməyə həsr edən alimlər də həmin qüvvələrin bir üzvüdürlər və ya bu qüvvələr adına çalışırlar. Təkamülə rəhbərlik edən bu alimlər onlardan və akademik dairələrə yerləşdirilmiş təkamülçü rəsmi ideologiyadan təsirlənən digər bir çox alimlər tərəfindən də izlənilir.

 

Bəs, görəsən, təkamül hansı siyasi məqsədlərə xidmət edir, hansı maraqları qoruyur? Hansı qüvvələr onlara təmin etdiyi bu mənfəətlər qarşılığında təkamülü davamlı olaraq ayaqda və gündəmdə tutmağa çalışırlar?

Təkamül və ideologiyalar

Əvvəlki səhifələrdə Avropa cəmiyyətlərinin dindən uzaqlaşmasından bəhs edərkən bu prosesin ardındakı bəzi ictimai qüvvələrdən bəhs etmişdik. Bu qüvvələr dini əsaslar üzərində qurulan Avropa nizamını öz mənfəətlərinə zidd hesab etmiş və bu səbəbdən də bu nizamı dəyişdirməyə səy göstərmişdilər. Dini sistemi devirməyin tək yolu isə cəmiyyətlərin dindən uzaqlaşması idi. Beləcə, dini hakimiyyətin güc mənbəyi kəsiləcəkdi. Dindən qopmuş bir cəmiyyət təbii olaraq dini hakimiyyətə bağlı qalmağa davam edə bilməzdi. Bu dinsiz cəmiyyət dinsiz nüfuzları asanlıqla qanuni bir rəhbərlik olaraq qəbul edə bilərdi.

 

Avropanın dindən uzaqlaşmasına cəhd edən bu qüvvələr (zənginlər, yəhudilər və mason təşkilatlanması altında toplanan bütün din əleyhdarları) dinin cəmiyyət həyatından çıxarılması ilə təbii boşluğu da ustalıqla doldurdular: həmin qüvvələrin inkişaf etdirdiyi ideologiyalar din əvəzinə Avropa cəmiyyətlərinə (daha sonra da bütün dünyaya) təqdim edildi.
18-ci əsrdə doğulan və 19-cu əsrdə yetkinləşən bu ideologiyaları üç əsas sinfə bölmək olar: liberal kapitalizm, sosializm və faşizm. Bu ideologiyalara nəzər salanda ilk diqqəti çəkən şey bir-biri ilə zidd olan tərəflərinin olmasına baxmayaraq, hamısının ortaq məxrəcdə birləşmələridir: bu ideologiyaların hamısı da dinin cəmiyyət həyatından xaric edilməsi, dini hakimiyyətin gücünün aradan qaldırılması mövzusunda həmfikirdirlər. Bu səbəbdən, hamısı aydınlanma fəlsəfəsindən qaynaqlanan maddəçi (materialist) dünyagörüşünü qəbul edirlər.
Çünki bu ideologiyaların hamısı dini nizamı devirən dinsiz qüvvələrin təsiri altında doğulmuş və inkişaf etmişdir. Kilsənin nüfuzunu sarsıdan və masonluq damı altında təşkilatlanan dinsiz qüvvələr bu ideologiyaların hamısının inkişafında ən əhəmiyyətli rolu oynamışlar. Kapitalist, sosialist və faşist sistemlərin ideoloqlarının arasında masonların və yəhudilərin sayı diqqətçəkən  şəkildə çoxdur.

 

Lakin hamısı da dinsiz dünya fikrini müdafiə edən bu ideologiyalar kitabın əvvəlində də qeyd etdiyimiz kimi, məntiqli əsas deyildilər. Çünki hamısı Allah’ın varlığını tanımayan və ya həqiqətlərə ötəri, laqeyd yanaşan düşüncələrdi. Hamısı kainatı və canlıları təsadüf əsasında açıqlamağa çalışırdılar və yenə əvvəldə bildirdiyimiz kimi, belə bir şey mümkün ola bilməzdi: nə kainatın, nə də canlıların təsadüf əsəri olduqlarını müdafiə edəcək məntiqli bir iddia ortaya atıla bilərdi.

 

Yenə əvvəlki səhifələrdə bildirdiyimiz kimi, bu mövzuda məntiqli bir düşüncə önə sürülə bilməzdi, ancaq insanlara məntiqli imiş kimi göstərilən düşüncələr təqdim edilə bilərdi. Canlıların təsadüf əsəri olduqlarını iddia edən və min bir əziyyətlə doğru və məntiqli bir düşüncə imiş kimi tanıdılan təkamül nəzəriyyəsi elə bu anda ideologiyaların köməyinə çatmışdır. Xüsusilə dindən tamamilə uzaqlaşmış olan iki böyük ideologiya və sistem, yəni kapitalizm və sosializm üçün təkamül sanki bir qurtarıcı olmuşdur. Bu səbəbdən də hər iki ideologiya nəzəriyyənin cəmiyyətə qəbul etdirilməsinin əhəmiyyəti üzərində dayanır.

 

Şübhəsiz, mason təşkilatlanması təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi üçün ən çox məşğul olan gücdür. Masonluğun təkamülçü xətti türk masonlarının nəşriyyat orqanlarına da əks olunmuşdur. Mason jurnalı təkamülün ən əhəmiyyətli funksiyasını belə açıqlayır:
Darvinin təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Tanrının işi olmadığını göstərdi.

 

Başqa bir mason jurnalı olan “Memar Sinan”da isə “Bu gün artıq ən sivil ölkələrdən ən geridə qalmışlarına qədər yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolunu izləyənlərinkidir” kimi ifadə yer almış və yaradılış bir əfsanə olaraq xarakterizə edilərək ifadəyə belə davam edilmişdir: “...amma kilsə də batmadı, digər dinlər də. Yenə dini təlim olaraq müqəddəs kitablardakı Adəm ilə Həvva əfsanəsi öyrədilir”.

 

Təkamül nəzəriyyəsinin “dini əfsanələr” (!) üçün tək alternativ olduğunu görən masonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələrindən biri hesab edirlər. Mason jurnalı 1976-cı ilin dekabr sayında bu masonik vəzifəni belə ifadə edir:

 

Hamımızın öhdəsinə düşən ən böyük masonik vəzifə müsbət (pozitiv) elm və ağıldan ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə yetişdirməkdir.

 

Masonların bu cür üzərində dayandıqları və cəmiyyətə qəbul etdirməyi vəzifə olaraq qəbul etdikləri təkamül təbii olaraq kapitalist sistemin və ona bağlı ideologiyaların bir nömrəli dayağıdır. Çünki dini dəyərlərə tamamilə zidd olan kapitalist əxlaq ancaq Allah’ın hökmlərinin tanınmadığı bir cəmiyyətdə hakim ola bilər. Kapitalizm sisteminin yaranmasında və inkişafında böyük rolu olduğuna şübhə olmayan mason təşkilatlanmasının təkamülü müdafiə etməsinin bir səbəbi budur.

 

Masonluğun bir digər dinsiz ideologiyanın, yəni sosializmin inkişafındakı rolu da, şübhəsiz, təkamül nəzəriyyəsini gündəmə gətirmişdir. Təkamül sosializmin, xüsusilə də özünü elmi sosializm olaraq xarakterizə edən marksizmin də ən böyük dayaqlarından biridir. Bu ideologiyanın qurucuları təkamül nəzəriyyəsini düşüncələrinin təməli olan dialektik materializmin sübutu olaraq gördüklərini, canlıların dialektikasını bu nəzəriyyə üzərində bina etdiklərini açıq şəkildə ifadə etmişlər.

 

Məsələn, Marks 16 yanvar, 1861-ci ildə Lassalleyə yazdığı məktubda belə deyirdi:
Darvinin əsəri böyük əsərdir. Tarixdə sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir.

 

Marks, Engelsə yazdığı 19 dekabr, 1860-cı il tarixli məktubunda isə Darvinin “Növlərin mənşəyi” adlı kitabı üçün “əlbəttə, bizim baxışlarımızın tarixi təməlini təşkil edən kitab məhz budur” ifadəsindən istifadə etmişdir.

 

Engels isə Darvinə olan heyranlığını belə bildirmişdi:
Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləyir. Bununla əlaqədar olaraq, hər kəsdən əvvəl Darvinin adı xatırlanmalıdır.

 

Bu səbəbdən, Marks, Engels və digər materialistlərin bənzəri ifadələrindən aydın olduğu kimi, təkamül nəzəriyyəsi materializmin əsas fikri dayağıdır.
Təkamül, şübhəsiz, faşizm və irqçilik üçün də böyük əhəmiyyət daşıyırdı. Bir irqin digərlərinə üstün olduğu kimi bir cəfəngiyatı sübut etməyə çalışan irqçi mütəfəkkirlər 19-cu əsrdə Darvinin nəzəriyyəsindən dörd əlli yapışdılar. Darvinin canlıların təkamül müddəti içində inkişaf edərək mövcud olduqları və bu səbəbdən, bu müddətdə keçirdikləri mərhələlərə görə bir iyerarxiya içində olduqları iddiasını bu dəfə cəmiyyətlərə təlqin etdilər. “Sosial darvinizm” adlanan və təkamülün yeni forması olan bu nəzəriyyəyə görə, bəzi irqlər təkamül müddəti içində daha çox inkişaf ediblər və elmi şəkildə digər irqlərdən üstün olublar. “Ağ adam”ın digər irqlərə üstün olduğu iddiası, beləcə, özünə elmi dayaq tapdı. 19-cu əsr müstəmləkəçiləri bu nəzəriyyə ilə etdikləri istismarı qanuniləşdirməyə cəhd etdilər.

 

Beləliklə, təkamül nəzəriyyəsi bütün dinsiz ideologiyaların mənbəyinə çevrildi. Kapitalist, sosialist və ya faşist ideologiyaların müdafiəçiləri aralarındakı bütün fərqlərə baxmayaraq, təkamül nəzəriyyəsinə və onun sübut etməyə çalışdığı təsadüf iddiasına sahib çıxdılar. Çünki bu nəzəriyyə sayəsində dinə qarşı məntiqli imiş kimi görünən bir alternativ tapmış oldular. Bu nəzəriyyədən elə şəkildə istifadə etdilər ki, sonda onu birbaşa dinə də tətbiq etməyə çalışdılar.

 

Canlıların varlığını dinsiz bir əsasda açıqlayan nəzəriyyə dinin varlığını da dinsiz bir əsasda açıqlamağa cəhd etdi: nəzəriyyəyə görə, din Allah’ın insanlara göstərdiyi yol deyildi. Din insanların kütləvi inkişaf müddəti içində öz-özlərinə uydurduqları bir inancdı. “Dinlərin təkamülü” adlanan bu nəzəriyyəyə görə, din ilk olaraq ibtidai cəmiyyətlərdə təbiət qüvvələrinə ibadət etmə şəklində başlamış, ardınca da bütə ibadətə çevrilmiş, son olaraq da təkilahlı böyük dinlər yaranmışdı.

 

Qısası, təkamül dinsiz dünyanın inkişaf etdirdiyi bütün ideologiyaların əsasını təşkil edir. Bu səbəbdən, bu dünyanın öndə gələn bütün insan və təşkilatları bu nəzəriyyəni cəmiyyətə mütləq bir həqiqət kimi qəbul etdirmək məcburiyyətindədirlər. Əks təqdirdə, özlərini yaradanın Allah olduğunu həqiqətən anlayan və bu səbəbdən də yalnızca Ona qarşı məsuliyyətli olduqlarını dərk edən insanlar bu ideologiya və sistemləri tanımayacaqdılar. Bu səbəbdən, təkamülün cəmiyyətə qəbul etdirilməsi dinsiz dünyanın mütləq bir şərtidir və yenə buna görə, bir əsrdən də çoxdur ki, həm dünyada, həm də ölkəmizdə təkamül sistemli bir kampaniya ilə cəmiyyətə qəbul etdirilməyə çalışılır.

 

Təkamülün sözdə sübutları və heç cür tapılmayan fosillər

Bura qədər araşdırdığımız bütün səbəblərə görə, mason mənbələrinin də açıq-aşkar söylədiyi kimi, təkamül dinsiz qüvvələrin mütləq və mütləq cəmiyyətə qəbul etdirmək məcburiyyətində qaldıqları bir düşüncədir. Mason jurnalının vurğuladığı kimi, ən böyük masonik vəzifə təkamülü insanlar arasında yaymaqdır.

 

Lakin şübhəsiz, bu böyük masonik vəzifə yalnız təkamül inancını insanlar arasında yaymaqla kifayətlənə bilməz. Bu nəzəriyyə sübut edilməlidir. Çünki insanlara yalnız: “Siz təkamül nəticəsində ortaya çıxmısınız, sizi Allah yaratmadı”, -demək kifayət etməz, bir də bu mövzuda bəzi sübutlar təqdim etmək lazımdır.

 

Məhz təkamül nəzəriyyəsinin qarşılaşdığı ən böyük çətinliklərdən biri budur: təkamül nəzəriyyəsini dəstəkləyəcək konkret dəlillər heç cür tapıla bilməmişdir  və hələ də tapılmır. Günəşi palçıqla suvamaq mümkün olmadığı kimi, tarixin ən böyük yalanlarından biri olan təkamül nəzəriyyəsi də heç bir şəkildə sübut edilə bilmir. Edilən bütün tədqiqatlara və xərclənən böyük məbləğdəki pullara baxmayaraq, təkamül nəzəriyyəsini dəstəkləyəcək tapıntılar heç cür ortaya çıxmır. Halbuki, əgər təkamül deyə bir şey reallaşmış olsaydı, minlərlə, hətta bəlkə milyonlarla dəlil tapılmalı idi.

 

Məlum olduğu kimi, təkamül nəzəriyyəsi bir növün başqa bir növə çevrilməsinin milyonlarla il ərzində yavaş və mərhələ ilə baş tutduğunu iddia edir. Buna görə də ibtidai canlıdan mürəkkəb canlıya keçid çox  vaxt alır və addım-addım irəliləyir. Bu iddianın təbii məntiqi nəticəsi isə bu keçid dövrü əsnasında ara keçid forması adlanan əcaib canlıların yaşamış olmasını tələb edir. Təkamülçülər bütün canlıların pilləli olaraq bir-birlərindən törədiklərini iddia etdikləri üçün də bu ara keçid formalarının növləri və sayları milyonlarla olmalıdır.
Əgər, həqiqətən, bu cür canlılar yaşayıblarsa, fosil qeydlərində bunların qalıqlarına da rast gəlinməlidir. Çünki bu fərziyyəyə görə, ara keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən də çox olmalı və dünyanın dörd tərəfi fosilləşmiş ara keçid forması qalıqları ilə dolu olmalıdır.  Bundan başqa, təkamülçülər 19-cu əsrin ortalarından indiyə qədər dünyanın dörd tərəfində fanatikliklə fosil araşdırmaları apararaq bu ara keçid formalarını axtarırlar. Halbuki, az qala yarım əsrdir böyük həvəslə axtarılan bu ara keçid formalarından əsər-əlamət yoxdur.

 

Əslində, Darvin də bu ara keçid formalarının mövcud olmadığını bilirdi. Lakin yenə də ümid edirdi ki, çox gözlədiyi ara keçid formaları gələcəkdə tapılacaq. Lakin ümidlə gözləməsinə baxmayaraq, nəzəriyyəsini çıxılmaz vəziyyətə qoyan mövzunun da elə fosillər olduğunu görürdü. Buna görə belə yazmışdı:

 

Əgər, həqiqətən, növlər o biri növlərdən ləng dəyişikliklərlə törəyiblərsə, niyə saysız-hesabsız ara keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil, niyə hər şey nizamlanmış və yerli-yerindədir? Saysız ara keçid forması olmalıdır, lakin nə üçün onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə nümunələrlə dolu deyil? Geologiya konkret dəlil ortaya çıxarmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

 

Darvindən müasir dövrümüzə qədər intensiv şəkildə həmişə bu fosillər axtarıldı, lakin təkamülçülər üçün nəticə ümidsizlik dolu utanma hissi idi. Bu dünyada heç bir yerdə -nə bir qitədə, nə də bir okeanın dərinliklərində- tək bir ara keçid formasına belə rast gəlinmədi.

Yer kürəsində həyat qəflətən vəçox müxtəlif formalarda ortaya çıxmışdır

Fosil izləri əvvəl də ifadə etdiyimiz kimi, təkamül nəzəriyyəsinin iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etmirlər. Əksinə, yerin təbəqələri və fosil qeydləri araşdırılanda yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı aydın olur. Canlı varlıqların qalıqlarına rast gəlinən ən dərin yer təbəqəsi 500 milyon il yaşındakı kembri təbəqəsidir.

 

Kembri dövrünə aid təbəqələrdə tapılan canlılar isə heç bir ataları olmadan birdən-birə fosil qalıqlarında meydana çıxır. Kembri qayalıqlarında tapılan fosillər diliklər, ilbizlər, trilobitlər, süngərlər,  qurdlar, meduzalar, dəniz kirpiləri və digər mürəkkəb onurğasızlara aiddir. Kompleks varlıqlardan meydana gələn bu geniş canlı mozaikası valehedici bir şəkildə qəflətən ortaya çıxmışdır. Geoloji ədəbiyyatda bu möcüzəvi hadisə Kembri partlayışı olaraq xatırlanır.

 

Bu təbəqədəki canlıların çoxunda da göz kimi inkişaf etmiş orqanlar və ya qəlsəmə sistemi, qan dövranı kimi mükəmməl sistemlər vardır. Fosil qalıqlarında bu canlıların atalarının olduğuna dair hər hansı bir işarəyə rast gəlinməyib. “Earth Sciences” jurnalının təkamülçü redaktoru R.Monstarski (Richard Monestarsky) canlı varlıqların birdən-birə ortaya çıxmasını belə izah edir:

 

Bu gün gördüyümüz olduqca mürəkkəb heyvan növləri birdən ortaya çıxmışlar. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış heyvan filumları (komandaları) ilkin Kembri dövründə onsuz da mövcud olublar və yenə bu gün olduğu kimi, bir-birlərindən çox fərqli idilər.

 

Canlılar aləminin belə qəflətən minlərlə heyvan növü ilə çoxaldığı və heç bir ortaq atası olmayan ayrı növlərdəki canlıların necə ortaya çıxdığı təkamülçülərin əsla cavablaya bilmədikləri bir sualdır. Bu səbəbdən, təkamülçü mənbələr Kembri dövrünün əvvəlini həyatın başlanğıcının meydana gəldiyi və qeyri-mümkünlüyün reallaşdığı 20 milyon illik xəyali bir dövr kimi qiymətləndirirlər. Bu dövr təkamüllü boşluq kimi adlandırılır. Ancaq bu günə qədər heç kim bu təkamüllü boşluğun nə olduğunu izah edə bilməmişdir.
İngilis bioloq və təkamülçü R.Dokinz (Richard Dawkins) bu mövzuda belə fikir bildirmişdir:

 

... 600 milyon illik Kembri layları (təkamülçülər bu gün Kembrinin başlanğıcını 530 milyon il əvvəl olaraq qəbul edirlər), başlıca onurğasız qruplarını tapdığımız ən köhnə laylardır. Bunlar ilk olaraq ortaya çıxdıqları formaları ilə təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə sahib olmadan o halda, orada meydana gəlmiş kimidirlər. Təbii ki, bu birdən ortaya çıxma yaradılışçıları olduqca məmnun edir.

 

1984-cü ildə Çinin Yunnan bölgəsinin cənub hissəsindəki Cheng Jiangda mürəkkəb onurğasızlar kəşf edildi. Bunların arasında olan və hal-hazırda nəsilləri tükənən trilobitlər ən azından indiki onurğasızlar qədər mürəkkəb quruluşlu idilər.

 

İsveçli təkamülçü paleontoloq Stefan Benqtson bu vəziyyəti belə açıqlayır:
Əgər canlılıq tarixində hər hansı bir hadisə insanın yaradılışı əsatirinə bənzədiləcəksə, o da çox hüceyrəli orqanizmlərin ekologiyada və təkamüldə baş aktyora çevrildikləri okean həyatındakı ani fərqliləşmə dövrüdür. Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də hələ təəccübləndirir.

 

Bəli, həqiqətən də bu kompleks canlıların heç bir əcdadı və ya keçid forması olmadan birdən peyda olmaları bu gün də təkamülçülər üçün olduqca təəccüblü və cansıxıcıdır, eynilə 135 il əvvəl Darvin üçün olduğu kimi. Çünki təkamülçülər Darvindən 135 il sonra belə, bu sirri aça bilmək mövzusunda Darvindən daha irəli gedə bilməyiblər.
Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün iddia etdiyi kimi, ibtidaidən aliyə doğru bir proses izlədiyini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdığını göstərir. Başqa bir ifadə ilə, canlılar təkamüllə əmələ gəlməyiblər, yaradılıblar.

 

“Budur dəlil”, -deyə təqdim etdikləri bütün fosillərin bir-birinin ardınca çürüməsi təkamülçüləri böyük xəyal qırıqlığına məruz qoymuşdur. Ancaq yenə də “bəlkə bir gün çıxar” ümidi ilə dəlil tapma axtarışı davam edir.

Lakin onların “bəlkə tapılacaq” ümidi ilə bu dəlilləri gözləməyə zamanları yoxdur (nə qədər gözləyirlərsə-gözləsinlər, tapa bilməyəcəklər). Bir az əvvəl də ifadə etdiyimiz kimi, təkamül siyasi hədəflərə xidmət edən bir düşüncədir və bu səbəbdən də nə şəkildə olursa-olsun, sübut etdirilməli və cəmiyyətlərə qəbul etdirilməlidir! Bu iş üçün lazım olanda çirkli üsullara, yəni saxtakarlıqlara da əl atılmalıdır.

 

Necə ki, elə də edilmişdir. Təkamülçü fəaliyyətlərin tarixi böyük elmi saxtakarlıqlar ilə doludur.

Çıxarılan saxta dəlillər

Təkamül nəzəriyyəsinə dəlil axtaranların ən çox müraciət etdikləri mənbə fosil qeydləridir. Fosil qeydlərində keçmişdə yaşamış canlıların qalıqları saxlanılır. Diqqətlə və qərəzsiz araşdırılanda bu fosil qeydlərinin təkamülçülərin iddialarının əksinə, təkamül nəzəriyyəsini dəstəklədiyi deyil, yalan olduğunu üzə çıxardığı görünür. Ancaq fosillərin təkamülçülər tərəfindən təhrif edilərək izah edilmələri və ictimaiyyətə də qərəzli bir şəkildə əks etdirilmələri səbəbindən bir çox adam fosil qeydlərinin, həqiqətən, təkamül nəzəriyyəsini dəstəklədiyini düşünür.

 

Fosil qeydlərindəki bəzi tapıntıların hər cür izaha açıq olması təkamülçülərə çox sərf edən bir vəziyyətdir. Tapılan fosilləri düzgün qiymətləndirmək çox da sadə iş deyil. Bunlar natamam və dağılmış sümük parçalarından meydana gəlir. Bu səbəbdən, əldəki məlumatları təhrif etmək və bunları istənilən istiqamətə yönəltmək çox asandır. Fosil qalıqlarına əsaslanaraq edilən rekonstruksiyalar (şəkil, ya da maketlər) təkamülçü fərziyyələri təsdiqləyəcək şəkildə həyata keçirilir. İnsanların gördüklərindən daha asan təsirləndiyinə görə, onları rekonstruksiya edilmiş canlıların keçmişdə həqiqətən yaşadığına inandıra bilmək də çox asandır.

 

Təkamülçü tədqiqatçılar çox vaxt yalnız bir diş və ya çənə sümüyünün bir hissəsi, ya da kiçik bir qol sümüyünü əsas götürərək insanabənzər xəyali varlıqlar çəkir və bunu sensasiyalı bir şəkildə insan təkamülünün bir halqası olaraq ictimaiyyətə təqdim edirlər. Bu şəkillər çox insanın zehnində mövcud ibtidai insanlar imicinin formalaşmasında böyük rol oynamışdır.
Sümük qalıqlarına əsaslanaraq edilən bu çalışmalarla sadəcə əldəki obyektin çox ümumi xüsusiyyətləri ortaya çıxarıla bilər. Halbuki, əsl təyinedici xüsusiyyətlər zamanla çox asanlıqla yox olan yumşaq toxumalardır. Bu səbəbdən, yumşaq toxumaların spekulyativ olaraq izah edilməsi ilə rekonstruksiya edən şəxsin xəyal gücü daxilində hər şey mümkündür. Harvard Universitetindən E.A.Huten (Earnst A. Hooten) bu vəziyyəti belə açıqlayır:

 

Yumşaq hissələrin təkrar inşası çox riskli bir cəhddir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, bir neandertal başını həm bir meymuna, həm də bir filosofa bənzədə bilərsiniz. Əvvəlki insanların qalıqlarına əsaslanaraq edilən canlandırmalar tamamilə heç bir elmi dəyərə malik deyillər və cəmiyyəti yönləndirmək məqsədilə istifadə edilirlər... Bu səbəbdən, rekonstruksiyalara çox etibar edilməməlidir.

 

Təkamülçülər bu mövzuda o qədər rahat davranırlar ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yaraşdıra bilirlər. Məsələn, “australopithecus robustus” (zinjanthropus) adlı fosil üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya bunun məşhur bir nümunəsidir. Oxşar fosil “National Geographic” jurnalının 1960-cı ilin sentyabr sayında və “Sunday Times”ın 1964-cü il 5 aprel sayında bir-birindən çox fərqli təsvirlər edilmişdir. Oxşar fosilin təkamülçü M.Uilson (Maurice Wilson) tərəfindən çəkilən təsvirləri isə bunlardan tamamilə fərqlidir.

 

Fosillərin qərəzli izah olunması və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin yalana nə dərəcədə sıx şəkildə müraciət etdiklərini göstərən dəlillər arasında sayıla bilər. Ancaq bunlar təkamül nəzəriyyəsinin tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə edildikdə çox sadədirlər.

 

Saxtakarlıq olduğu dəfələrlə ortaya çıxmasına baxmayaraq, bu gün belə təkamülçü bir çox kitablarda yerləşdirilən embrion şəkillərinin “rəssamı” Ernst Hekkelin etirafı bu saxtakarlıqlar qədər təəccüblüdür. Hekkel belə deyir:

 

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü qınanmış hesab edirəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların ən yaxşı biologiya kitablarında, fərziyyələrində və jurnallarında mənim etdiyimə bənzər saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən düzəldilmiş şəkillər var.

 

Bu etirafdan da aydın olduğu kimi, təkamül, “elm eşqi” naminə üzərində baş yorulan bir nəzəriyyə deyil. Tam əksinə, nə olursa-olsun, sübut edilməyə çalışılan bir inancdır. Lazım olanda müxtəlif saxtakarlıqlardan istifadə edərək, lazım olanda saxta dəlillər çıxararaq bir çoxları mütləq və mütləq bu əsassız nəzəriyyəni həqiqət imiş kimi insanlara qəbul etdirmək istəyirlər.

 

Çünki bu nəzəriyyənin yalan olduğunun üzə çıxarılmasını əsla qəbul edə bilməzlər. Çünki bu vəziyyətdə (əgər ortaya yeni bir cəfəngiyat da atmasalar), bütün kainatın və insanın yaradılmış olduğunu qəbul etmək məcburiyyətində qalacaqlar. Bu isə dinsiz dünyanın qanuniliyinin aradan qalxması deməkdir.