Saytın əvvəlki səhifələrindən indiyə qədər araşdırdıqlarımız bizə konkret bir həqiqəti göstərir: təkamül elmi məlumatlarla sübut edilən bir həqiqət deyil, müxtəlif saxtakarlıq və beyin yuma üsulları ilə cəmiyyətə təlqin edilən bir yalandır. Təkamülü cəmiyyətlərə təlqin edən müəyyən qüvvələr vardır. Təkamülü insanlara qəbul etdirməyi ən böyük vəzifə olaraq qəbul edən masonluq haqqında danışılan qüvvələrin ən güclülərindəndir.
Həmin qüvvələrin təkamül üzərində bu qədər dayanmalarının səbəbi isə açıqdır: təkamül dinin göstərdiyi doğrularla qarşı-qarşıya qoyula biləcək tək iddiadır. Siyasi-iqtisadi mənfəətləri səbəbindən dindar deyil, dinsiz bir dünyanı seçən qüvvələr isə, bu səbəbdən, tək çarəni təkamüldə görürlər. Təkamül dinə arxa çevirmək (və çevirtmək) istəyənlər üçün yeganə yoldur. Buna görə də nə cür əsassız, cəfəng və axmaq bir yol olursa-olsun, mütləq və mütləq müdafiə olunur, təlqin edilir və qəbul etdirilir.
Bu səbəbdən, təkamülü müdafiə edən qüvvələrin mövqeyi, əslində, olduqca maraqlıdır: Əvvəl bir yalan uydurur, sonra bu yalana özlərini inandırır və sonra da onu digər insanlara təlqin edirlər. Elə “onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar” (Ənam surəsi / 26) ayəsində xəbər verildiyi kimi.
Təkamülçülərin bu vəziyyəti Quranda (yəni təkamülçülərin yalan hesab etməyə çalışdıqları mənbədə) daha bir çox yerdə ətraflı izah edilir. Quran nəyin insanları inkarda təkid etməyə yönəltdiyini çox hikmətli bir şəkildə bildirir. Bu səbəbdən, təkamülçü (və daha digər inkarçı) düşüncə sisteminin altında nəyin gizləndiyini Qurandan öyrənmək lazımdır.
Quran hər şeydən əvvəl, imanın, əslində, çox asan və təbii olduğunu vurğulayır: canlıların elə mükəmməl, elə heyrətamiz xüsusiyyətləri vardır ki, bunların təsadüflər nəticəsində meydana gəlməsi qətiyyən mümkün deyil. İnsan bir yerdə yazılmış tək bir hərfin belə öz-özünəmi əmələ gəldiyi, yoxsa biri tərəfindənmi yazıldığı sualına açıq şəkildə “bir yazıçı tərəfindən yazılmışdır” cavabını verir. Hərf varsa, müəllifi də vardır. Şəkil varsa, rəssam da vardır. Edilmiş olan hər şey kimsə tərəfindən edilmişdir. Heç bir şey yaradılmadan mövcud olmaz. Quran bu mövzuda insana belə səslənir:
Sonsuz tarazlığa, sonsuz gözəlliyə, sonsuz sənətə sahib olan kainat və içindəkilər də, şübhəsiz, yaradılmış, hazırlanmışdır. Ağıllı və vicdanlı hər insan bunu asanlıqla görə bilər və bütün varlıqların bir Yaradıcının əsəri olduğunu rahatlıqla qavraya bilər.
Etməsi lazım olan tək şey cəmiyyətin düşüncəsini pərdə arxasından istiqamətləndirən və insanları Allah’ı inkar etməyə sürükləyən bəzi qüvvələrin təlqinlərinə, ya da öz eqoist istək və həvəslərinə görə deyil, vicdan və ağlına görə düşünməsidir.
O zaman aşağıdakı ayələrdə ifadə edilən həqiqətləri görə bilər: